https://sputnik.az/20220928/hikmet-haciyev-abs-da-baydenin-musaviri-ve-ermenistanli-hemkari-ile-gorusub--446793169.html
Hikmət Hacıyev ABŞ-da Sallivan və Qriqoryanla görüşüb
Hikmət Hacıyev ABŞ-da Sallivan və Qriqoryanla görüşüb
Sputnik Azərbaycan
Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri öz Twitter hesabında yazıb ki, görüşdə sabit və davamlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar... 28.09.2022, Sputnik Azərbaycan
2022-09-28T09:57+0400
2022-09-28T09:57+0400
2022-09-28T10:43+0400
siyasət
azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev
co bayden
abş prezidenti cozef bayden
https://cdnn1.img.sputnik.az/img/07e6/06/07/442622296_0:267:521:560_1920x0_80_0_0_629d422c5af9af50e81cf2b302f4c91e.jpg
BAKI, 28 sentyabr - Sputnik. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Birləşmiş Ştatlar Prezidenti Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanla görüşüb.Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri bildirib.“Bu gün mən Hikmət Hacıyev və Armen Qriqoryanı birbaşa və konstruktiv danışıqlar üçün qəbul etdim. Biz növbəti zorakılığın qarşısının alınmasının, vaxt məhdudiyyətli və məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz həmçinin sabit və davamlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyən etmişik”, - Ceyk Sallivan qeyd edib.Hikmət Hacıyev də Ermənistan TŞ katibi Armen Qriqoryanla görüşünə dair açıqlama verib. Prezident köməkçisi görüşdə sülh sazişi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və humanitar gündəlik, ələlxüsus mina problemi və itkin düşmüş azərbaycanlıların məsələsinin müzakirə olunduğunu bildirib.“Əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir”, - deyə Hacıyev jurnalistlərə qeyd edib.Xatırladaq ki, bundan əvvəl Avqustun 19-da Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşmüşdü."Brüsseldə Azərbaycan-Ermənistan münasibətləri və Aİ-nin prosesdə iştirakı ilə bağlı Hikmət Hacıyev və Armen Qriqoryan ilə yaxşı və əsaslı müzakirələrimiz oldu", - deyə Toivo Klaar Twitter hesabında yazmışdı. Bu görüşün nəticələri barədə ictimaiyyətə hər hansı ətraflı məlumat verilməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/07/442622296_0:218:521:609_1920x0_80_0_0_8da073ec66086baeebeb952673f3ac60.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev, co bayden, abş prezidenti cozef bayden
azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev, co bayden, abş prezidenti cozef bayden
Hikmət Hacıyev ABŞ-da Sallivan və Qriqoryanla görüşüb
09:57 28.09.2022 (Yenilənib: 10:43 28.09.2022) Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri öz Twitter hesabında yazıb ki, görüşdə sabit və davamlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar müəyyən ediblər.
BAKI, 28 sentyabr - Sputnik. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Birləşmiş Ştatlar Prezidenti Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanla görüşüb.
Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri bildirib.
“Bu gün mən Hikmət Hacıyev və Armen Qriqoryanı birbaşa və konstruktiv danışıqlar üçün qəbul etdim. Biz növbəti zorakılığın qarşısının alınmasının, vaxt məhdudiyyətli və məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz həmçinin sabit və davamlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyən etmişik”, - Ceyk Sallivan qeyd edib.
Hikmət Hacıyev də Ermənistan TŞ katibi Armen Qriqoryanla görüşünə dair açıqlama verib. Prezident köməkçisi görüşdə sülh sazişi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və humanitar gündəlik, ələlxüsus mina problemi və itkin düşmüş azərbaycanlıların məsələsinin müzakirə olunduğunu bildirib.
“Əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir”, - deyə Hacıyev jurnalistlərə qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Avqustun 19-da Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşmüşdü.
"Brüsseldə Azərbaycan-Ermənistan münasibətləri və Aİ-nin prosesdə iştirakı ilə bağlı Hikmət Hacıyev və Armen Qriqoryan ilə yaxşı və əsaslı müzakirələrimiz oldu", - deyə Toivo Klaar Twitter hesabında yazmışdı. Bu görüşün nəticələri barədə ictimaiyyətə hər hansı ətraflı məlumat verilməyib.