https://sputnik.az/20220928/fransanin-cenubi-qafqaz-uzre-xususi-numayendesi-bolgeye-sefer-edecek-446823563.html
Fransanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bölgəyə səfər edəcək
Fransanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bölgəyə səfər edəcək
Sputnik Azərbaycan
Bu həftə ərzində Fransanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bris Rokfey Azərbaycan və Ermənistana səfər edəcək. 28.09.2022, Sputnik Azərbaycan
2022-09-28T18:23+0400
2022-09-28T18:23+0400
2022-09-28T18:44+0400
dünya xəbərləri
fransa
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/01/14/426013685_0:0:3072:1728_1920x0_80_0_0_927c69b5ba4d5f6512df46805625f891.jpg
BAKI, 28 sentyabr - Sputnik. Fransanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bris Rokfey Azərbaycan və Ermənistana səfər edəcək.Bu barədə Sputnik Ermənistan Fransa Xarici İşlər Nazirliyinə istinadla məlumat verib. Səfər bu həftə ərzində baş tutacaq."Fransanın xüsusi nümayəndəsi Bris Rokfey tərəflər arasında həll edilməmiş məsələlərin həllinə kömək etmək üçün həftənin sonuna kimi Ermənistan və Azərbaycana səfər edəcək".Bu barədə çərşənbə günü keçirdiyi brifinqdə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü bildirib. “Respublika prezidenti Emmanuel Makronun erməni və azərbaycanlı həmkarları ilə danışıqlarının davamı olaraq, Cənubi Qafqaz üzrə xüsusi nümayəndə, səfir Bris Rokfey bu həftə Bakıya, oradan isə Yerevana gedəcək”, - deyə rəsmi şəxs Fransa mediasına bildirib. Qeyd edək ki, bundan əvvəl Fransanın müdafiə naziri Sebastiyen Lekornyü erməni həmkarı Suren Papikyanla görüşündə Parisin Azərbaycanla sərhəd bölgəsində vəziyyəti qiymətləndirmək üçün Ermənistana nümayəndə heyəti göndərəcəyini bildirib. Tərəflər hərbi əməliyyatların dayandırılmasının və Azərbaycan Silahlı Qüvvələrinin ilkin mövqelərinə qaytarılmasının zəruriliyini qeyd ediblər.Xatırladaq ki, Ermənistan-Azərbaycan sərhəddində baş verən son eskalasiyadan sonra ABŞ və Avropa siyasətçilərinin iki ölkənin rəhbərliyi ilə təmasları güclənib. Eynu zamanda bölgəyə səfərlər də intensivləşib. Fransa isə məxsusi fəallıq göstərir.Sentyabrın 27-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Fransa Prezidenti sentyabrın 26-da Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş haqqında dövlətimizin başçısına məlumat verib. Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirib.Söhbət zamanı Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar haqqında müzakirə aparılıb. Prezidentlər Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının tezliklə başlanması barədə danışıblar.Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 26-da Fransaya işgüzar səfərə gedib və Fransa Prezidenti Emmanuel Makronla görüşüb.Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalamağa başlayıblar.Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/14/426013685_341:0:3072:2048_1920x0_80_0_0_112dca2c5629426e856a187b36ead31b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
fransa, ermənistan
Fransanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bölgəyə səfər edəcək
18:23 28.09.2022 (Yenilənib: 18:44 28.09.2022) Bu həftə ərzində Fransanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bris Rokfey Azərbaycan və Ermənistana səfər edəcək.
BAKI, 28 sentyabr - Sputnik. Fransanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bris Rokfey Azərbaycan və Ermənistana səfər edəcək.
Bu barədə Sputnik Ermənistan Fransa Xarici İşlər Nazirliyinə istinadla məlumat verib. Səfər bu həftə ərzində baş tutacaq.
"Fransanın xüsusi nümayəndəsi Bris Rokfey tərəflər arasında həll edilməmiş məsələlərin həllinə kömək etmək üçün həftənin sonuna kimi Ermənistan və Azərbaycana səfər edəcək".
Bu barədə çərşənbə günü keçirdiyi brifinqdə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
“Respublika prezidenti Emmanuel Makronun erməni və azərbaycanlı həmkarları ilə danışıqlarının davamı olaraq, Cənubi Qafqaz üzrə xüsusi nümayəndə, səfir Bris Rokfey bu həftə Bakıya, oradan isə Yerevana gedəcək”, - deyə rəsmi şəxs Fransa mediasına bildirib.
Qeyd edək ki, bundan əvvəl Fransanın müdafiə naziri Sebastiyen Lekornyü erməni həmkarı Suren Papikyanla görüşündə Parisin Azərbaycanla sərhəd bölgəsində vəziyyəti qiymətləndirmək üçün Ermənistana nümayəndə heyəti göndərəcəyini bildirib. Tərəflər hərbi əməliyyatların dayandırılmasının və Azərbaycan Silahlı Qüvvələrinin ilkin mövqelərinə qaytarılmasının zəruriliyini qeyd ediblər.
Xatırladaq ki, Ermənistan-Azərbaycan sərhəddində baş verən son eskalasiyadan sonra ABŞ və Avropa siyasətçilərinin iki ölkənin rəhbərliyi ilə təmasları güclənib. Eynu zamanda bölgəyə səfərlər də intensivləşib. Fransa isə məxsusi fəallıq göstərir.
Sentyabrın 27-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Fransa Prezidenti sentyabrın 26-da Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş haqqında dövlətimizin başçısına məlumat verib. Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirib.
Söhbət zamanı Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar haqqında müzakirə aparılıb. Prezidentlər Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının tezliklə başlanması barədə danışıblar.
Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 26-da Fransaya işgüzar səfərə gedib və Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalamağa başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.