Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Ermənilərin Kəlbəcərdə basdırdıqları minalar zərərsizləşdirilib

© AR Ministry of DefenceTəxribat məqsədilə Kəlbəcər istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirilib
Təxribat məqsədilə Kəlbəcər istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirilib - Sputnik Azərbaycan, 1920, 28.09.2022
Abunə olmaq
İndiyədək Alagöllər ərazisi ümumilikdə 543 ədəd piyada əleyhinə PMN-Э və 8 ədəd tank əleyhinə TM-62M minasından təmizlənib.
BAKI, 28 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi prosesi davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Kəlbəcər rayonunun Alagöllər ərazisində aşkar edilən növbəti 259 ədəd piyada əleyhinə PMN-Э tipli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Sentyabrın 28-dək Kəlbəcər rayonunun Alagöllər ərazisi ümumilikdə 543 ədəd piyada əleyhinə PMN-Э və 8 ədəd tank əleyhinə TM-62M minasından təmizlənib.
Xəbər lenti
0