Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Balın qiyməti aşağı düşəcəkmi?

© Sputnik / Murad OrujovBal satışı
Bal satışı - Sputnik Azərbaycan, 1920, 28.09.2022
Abunə olmaq
Mütəxəssis deyir ki, Qarabağa illərdir ki, heyvan ayağının dəyməməsi işğaldan azad olunan ərazilərdə məhsuldarlığın yüksək olmasının əsas səbəbidir.
BAKI, 28 sentyabr — Sputnik. Əvvəlki illərlə müqayisıdə balın bahalaşmasının əsas səbəblərindən biri arıların yerlərinin dəyişdirilməsi zamanı nəqliyyat xərclərinin, arıçılıqda istifadə olunan vasitələrin qiymətinin artmasıdır. Bunu Sputnik Azərbaycan-a açıqlamasında İsmayıllı və Kəlbəcərdə bal istehsalı ilə məşğul olan arıçı Ruslan Musafayev deyib.
"Yerli bazar bəzi tələbləri ödəmədiyi üçün xaricdən idxallar həyata keçirilir. Bal istehsal etmək üçün bir sıra ləvazimatlar alınır, bundan başqa arılar üçün dərmanlar da vaxtında alınmalıdır. Bu kimi nüanslar da balın qiymətinə təsir edir", - deyə fermer bildirib.
Bir arıçının xərci nə qədər olur?
R.Mustafayev bildirib ki, arıların sayından asılı olaraq xərclər də artır:
"Dövlət tərəfindən hər arı ailəsinə il ərzində 10 manat subsidiya verilir. Bu vəsait çəkilən xərclərlə müqayisədə çox aşağıdır. Bu vəsait arılar üçün heç dərmanın pulu da deyil. Təsəvvür edin, bir mövsümdə - yəni balın süzülməsinədək təxminən 100 arıya 30 min xərc çəkilir. Təbii ki, subsidiya məbləği artırılsaydı, balın qiyməti də azalardı. Bundan başqa əlimizdəki məhsulların dövlət tərəfindən alınaraq satışının təşkil olunması da qiymətlərin azalmasına səbəb ola bilər".
Hazırkı qiymətlər təxminən necədir?
Üç yüz arı ailəsi olan həmsöhbətimiz deyir ki, onların istehsal etdiyi İsmayıllının cökə balının bir kiloqramı 25, Kəlbəcərin cökə balının bir kiloqramı isə 35 manatdır.
Arıçılar balın pərakəndə qiymətini azaltmaqda da o qədər həvəsli görünmürlər
Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov Sputnik Azərbaycan-a açıqlamasında isə bildirib ki, Azərbaycanda balın qiyməti kifayət qədər yüksək deyil. Yaxın zamanlarda da balın qiymətinin qalxması gözlənilmir. Onun sözlərinə görə, bunun əsas səbəbi son bir neçə ildə arı sayında artımın olması ilə əlaqədardır. Belə olan halda məhsuldarlıq da iki dəfəyə yaxın artır. Cari ilə nəzər saldıqda da görə bilərik ki, 2022-ci il məhsuldarlığa görə son 10 ildə ən yaxşı illərdən biridir.
O həmçinin bildirib ki, məhsuldarlıq yüksək olduğuna görə cari ildə balın qiymətinin qalxması gözlənilmir:

"Son zamanlar balın topdan satış qiymətlərində azalmalar müşahidə olunub. Lakin bu pərakəndə qiymətlərə o qədər də təsir etmir. Çünki insanlarda belə düşüncə var ki, bal yüksək keyfiyyətlidirsə, o zaman niyə qiyməti aşağıdır. Yəni belə bir düşüncə var ki, yaxşı bal baha olar. Bundan başqa, arıçılar balın pərakəndə qiymətini azaltmaqda da o qədər həvəsli görünmürlər".

İqlimin məhuldarlığa, qiymətə təsiri var
Həmsöhbətimiz bildirir ki, bu sahədə yüksək məhsuldarlığa nail olmaq həm də iqlimdən, yəni illik vəziyyətdən daha çox asılıdır:

"Bu il əsasən Zaqatala-Balakən, Astara-Lənkəran bölgələrində vəziyyət nisbətən ürəkaçan olmadı. Digər bölgələrdə, xüsusən də Qarabağda - Kəlbəcər, Laçında məhsuldarlıq yüksək oldu. İşğaldan azad olunan ərazilərdə məhsuldarlığın yüksək olmasının əsas səbəbi isə Qarabağa illərdir ki, demək olar ki, heyvan ayağının dəyməməsi olub. Belə olan halda təbiət arı üçün istər-istəməz münbit şərait yaratmış olur".

Yaxın zamanlarda balın qiymətinin azalacağı gözlənilir
Azərbaycan Arıçılar Assosasiyasının sədri Bəhrəddin Həsrətov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, balın qiymətinin qalxmasına səbəb olan bir sıra amillər var:

"Arıçılıq üçün xaricdən idxalllar daha çox olur. Bütün bu millər də balın qiymətinin artmasına təsir edir. Əvvələr balın bir kiloqramı 20-25 manat civarında idisə, hazırda bu rəqəm 25-30 manat civarındadır".

O həmçinin bildirib ki, əsasən işğaldan azad olunan əraizlərdə istehsal olunan balların qiymətində artım var:

"Bu da həmin bala tələbatın daha çox olması ilə bağlıdır. Lakin düşünürəm ki, balın yaxın zamanlarda qiymətində artım gözlənilmir. Əksinə, yaxın zamanlarda balın qiymətində azalmalar gözləniləndir".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 1 kq yerli balın qiyməti yanvarda 27.82, avqustda isə 28.83 manat olub. İdxal edilən balın orta aylıq qiyməti yanvarda 34.04, avqustda isə 34.58 manat olub. Arı ailələrinin sayınф gəldikdə isə, 2000-ci ildə ölkədə arı ailələri 56 min 972 vahid olub.
Xəbər lenti
0