https://sputnik.az/20220928/azerbaycanda-minimum-pensiyanin-artirilmasi-gozlenilir-446804614.html
Azərbaycanda minimum pensiyanın artırılması gözlənilir
Azərbaycanda minimum pensiyanın artırılması gözlənilir
Sputnik Azərbaycan
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. 28.09.2022, Sputnik Azərbaycan
2022-09-28T14:29+0400
2022-09-28T14:29+0400
2022-09-28T14:29+0400
pensiya təminatı
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796447_0:0:3132:1762_1920x0_80_0_0_02c40fb331631d1d45de18987e78fd71.jpg
BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanda aparılan sosial islahatların əsas istiqamətlərindən biri də pensiyaçıların rifahının yaxşılaşdırılmasıdır. Bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.Bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov sentyabrın 28-də Milli Məclisdə "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.O, qanun layihəsinin qəbul edilməsinin vacibliyindən danışaraq bildirib ki, sənəd pensiyaçıların rifahının daha da yaxşılaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, qanun layihəsinə görə, minimum və orta aylıq pensiyanın məbləğinin yüksəldilməsi nəzərdə tutulur."Ölkəmizdə bütün növ pensiyaların məbləği 370 manata yaxınlaşır. Pensiyaların məbləğinə görə Azərbaycan MDB ölkələri arasında ilk yerlərdən birini tutur", - deyə nazir müavini qeyd edib.Qeyd edək ki, sentyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilir. Komitə sədri Musa Quliyev iclasın gündəliyinə dörd məsələnin daxil edildiyini deyib.O bildirib ki, iclasda "Əmək pensiyaları haqqında" qanunda, Əmək Məcəlləsində, Vergi Məcəlləsində, "Sosial sığorta haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Tibbi sığorta haqqında" və "Daşınar əmlakın yüklülüyü haqqında" və digər qanunlarda dəyişiklik müzakirə ediləcək.Xatırladaq ki, minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artımla 200 manatdan 240 manata çatdırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796447_274:0:3005:2048_1920x0_80_0_0_5c4007f86c5421ccd9923b8e8ede46bf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pensiya təminatı
Azərbaycanda minimum pensiyanın artırılması gözlənilir
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanda aparılan sosial islahatların əsas istiqamətlərindən biri də pensiyaçıların rifahının yaxşılaşdırılmasıdır. Bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.
Bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov sentyabrın 28-də Milli Məclisdə "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.
O, qanun layihəsinin qəbul edilməsinin vacibliyindən danışaraq bildirib ki, sənəd pensiyaçıların rifahının daha da yaxşılaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, qanun layihəsinə görə, minimum və orta aylıq pensiyanın məbləğinin yüksəldilməsi nəzərdə tutulur.
"Ölkəmizdə bütün növ pensiyaların məbləği 370 manata yaxınlaşır. Pensiyaların məbləğinə görə Azərbaycan MDB ölkələri arasında ilk yerlərdən birini tutur", - deyə nazir müavini qeyd edib.
Qeyd edək ki, sentyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilir. Komitə sədri Musa Quliyev iclasın gündəliyinə dörd məsələnin daxil edildiyini deyib.
O bildirib ki, iclasda "Əmək pensiyaları haqqında" qanunda, Əmək Məcəlləsində, Vergi Məcəlləsində, "Sosial sığorta haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Tibbi sığorta haqqında" və "Daşınar əmlakın yüklülüyü haqqında" və digər qanunlarda dəyişiklik müzakirə ediləcək.
Xatırladaq ki, minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artımla 200 manatdan 240 manata çatdırılıb.