CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 15-17 yaşlı gəlinlər arasında artıq boşananlar var

© AFP 2023 / SAID KHATIBQadın
Qadın - Sputnik Azərbaycan, 1920, 28.09.2022
Abunə olmaq
Dövlət Statistika Komitəsinin hesabatına görə, ötən il 17566 uşaq rəsmi qeydә alınmamış münasibətdə olan qadınlar tәrәfindәn dünyaya gətirilib.
BAKI, 28 sentyabr — Sputnik. Ötən il Azərbaycanda ümumilikdə 17191 boşanma qeydə alınıb.
Dövlət Statistika Komitəsinin hesabatına görə, ötən il 15-29 yaşda olan 3107 kişi həyat yoldaşından ayırılıb. Bu kişilərdən 2-si 18-19, 421-i 20-24, 2684-ü 25-29 yaşında olub.
Ötən il 15-29 yaşda həyat yoldaşından ayrılan qadınların sayı 6642 olub. Onlardan 5-i 15-17, 175-i 18-19, 2207-si 20-24, 4255-i 25-29 yaşında olub.
Nikahlar
Ötən il Azərbaycanda ümumilikdə 56314 nikah qeydə alınıb. 2021-ci ildə ailə quran kişilərdən 35418-i 15-29 yaşda olub. Ailə həyatı quran bəylərdən biri 15-17, 169-u 18-19, 9842-si 20-24, 25406-sı 25-29 yaşda olub. 2021 nikaha daxil olan gəlinlərin sayı 46708 olub. Onlardan 137-si 15-17, 11399-u 18-19, 22642-si 20-24, 12530-u 25-29 yaşında olub.
Qeyri-rəsmi münasibətdən doğulan körpələr
DSK 2010-2021-ci illərə dair rәsmi qeydә alınmamış münasibətdə olan qadınlar tәrәfindәn diri doğulan uşaqların sayını açıqlayıb.
Belə ki, 2010-cu ildə 25385, 2015-ci ildə 24038, 2016-cı ildə 26288, 2017-ci ildə 22796, 2018-ci ildə 20716, 2019-cu ildə 21453, 2020-cu ildə 17714, 2021-ci ildə isə 17566 uşaq rəsmi qeydә alınmamış münasibətdə olan qadınlar tәrәfindәn dünyaya gətirilib.
15-19 yaşda rәsmi qeydә alınmamış münasibətdə olan qadınlar tәrәfindәn 2010-cu ildə 4787, 2015-ci ildə 6370, 2016-cı ildə 7094, 2017-ci ildə 6065, 2018-ci ildə 5527, 2019-cu ildə 5850, 2020-cu ildə 4955, 2021-ci ildə isə 4547 uşaq dünyaya gəlib.
15-29 yaşlı rәsmi qeydә alınmamış münasibətdə olan qadınlar tәrәfindәn 2010-cu ildə 20518, 2015-ci ildə 19701, 2016-cı ildə 21662, 2017-ci ildə 18671, 2018-ci ildə 16792, 2019-cu ildə 17160, 2020-cu ildə 14085, 2021-ci ildə isə 13694 uşaq doğulub.
Xəbər lenti
0