Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Gürcüstanda rəsmi səfərdədir

© Photo : ONN MediaAzərbaycan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev
Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev  - Sputnik Azərbaycan, 1920, 28.09.2022
Abunə olmaq
Görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.
BAKI, 28 sentyabr — Sputnik. Sentyabrın 28-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Gürcüstana rəsmi səfəri başlayıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.
Xəbər lenti
0