https://sputnik.az/20220928/a-corek-igtisaslari-ile-uz-uzedir-avropadaki-bohrandan-kim-qazanir-446785946.html
Aİ çörək iğtişaşları ilə üz-üzədir. Avropadakı böhrandan kim qazanır
Aİ çörək iğtişaşları ilə üz-üzədir. Avropadakı böhrandan kim qazanır
Sputnik Azərbaycan
Avqust ayında Aİ-də çörək illik ifadədə orta hesabla 18 faiz bahalaşıb. 28.09.2022, Sputnik Azərbaycan
2022-09-28T08:33+0400
2022-09-28T08:33+0400
2022-09-28T08:33+0400
çörək
təhlil
avropa
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437866022_0:90:3073:1818_1920x0_80_0_0_732da3ca554cbeeb3b815e03bc342a7c.jpg
BAKI, 28 sentyabr — Sputnik. Avropada inflyasiya tarixi rekordları yeniləyir: elektrik enerjisi qiymətləri yüksəlir, ardınca ərzaq qiymətləri bahalaşır. Adi avropalılar kəmərlərini sıxır, şirkətlər isə bizneslərini ixtisar edirlər. Analitiklər xəbərdarlıq edirlər ki, Aİ uzun bir tənəzzüllə üz-üzədir, xalq iğtişaşları mümkündür. "RİA Novosti" bölgədəki böhranın necə bitəcəyini araşdırıb.Qiymətlər rekordları yeniləyir"Eurostat" məlumat yayıb ki, avqust ayında Aİ-də çörək illik ifadədə orta hesabla 18 faiz bahalaşıb. Bu, ən əhəmiyyətli dərəcədə Macarıstanda - 66 faiz, Litva, Latviya, Estoniya və Slovakiyada - 30 faizdən çox baş verib.Avropanın qərb hissəsində vəziyyət daha yaxşıdır. Məsələn, Fransada ərzaq qiymətləri səkkiz faiz, Hollandiya və Lüksemburqda on faiz bahalaşıb.Xorvatiyanın "Advance" nəşri qeyd edir ki, kasıb ölkələr üçün bu daha çətindir.Ukrayna taxılının Avropa bazarına tədarükünün yazda azalması öz təsirini göstərib - təxminən, 4,5 milyon ton xammal Qara dəniz limanlarında ilişib qalıb.Üstəgəl, bu yay Köhnə Dünyanı son 500 ilin ən şiddətli quraqlığı vurub. Artıq iyul ayında Avropa Komissiyası region ölkələrinin yarısında məhsul çatışmazlığı barədə xəbərdarlıq etmişdi. Ən pis vəziyyət İrlandiyanın şərqində, İtaliya, Macarıstan, Rumıniya, Moldova, Finlandiyadadır.Rusiya taxıllarının ixracına qarşı sanksiyalar, sanki, yanan ocağın üzərinə yağ əlavə edilmiş təsirini bağışladı. "BitRiver"in maliyyə analitiki Vladislav Antonov deyir: "Avropa İttifaqı məhdudiyyətlərlə bağlı problemlərini daha da gücləndirdi. Anomal istilər isə vəziyyəti daha da gərginləşdirdi. Ehtimal ki, yığım 15-20 faiz azalacaq".Hava Ukraynanın buğda tədarükünü əvəzləməyə ümid edən Hindistanın xeyrinə olmadı. Bununla belə, ölkədə bahar isti keçib. İxracı məhdudlaşdırmq lazım oldu, ona görə də bazarda yenidən xammal çatışmır.Amma söhbət təkcə təbii fəlakətlərdən getmir. Aİ Rusiya qazından imtina nəticəsində yaranan enerji böhranı ilə üz-üzədir. Avropada kotirovkalar kəskin artıb - hazırda hər min kubmetr üçün o, üç min dollardan yuxarı qalxıb.Avropalılar elektrik enerjisi istehsal etmək üçün mavi yanacaqdan istifadə edirlər. Nəticədə bir il ərzində çatdırılma ilə elektrik fyuçerslərinin qiyməti tarixi rekordu yenilədi. Almaniya və Fransada o, meqavat/saat üçün min avronu keçib.Bundan əlavə, Aİ-də su elektrik stansiyaları üçün kifayət qədər su yoxdur. Məsələn, Norveçin enerji balansında onların payı 95 faizə çatır. Ölkə İsveçrə, Danimarka və Hollandiyaya elektrik enerjisi ixrac edir.Xərclər artır, müəssisələr məhsulların qiymətini qaldırmağa məcbur olurlar. Adi avropalılara ancaq xərcləri azaltmaq qalır.İtaliyanın "La Stampa" qəzeti xəbərdarlıq edir ki, çörəyin qiymətinin sürətlə artması xalq iğtişaşları ilə təhdid edir. Aİ əhalisi artıq küçələrə çıxıb, elektrik enerjisi və qaz tariflərinin məhdudlaşdırılmasını tələb edir. Bölgədə fabriklər bir-bir bağlanır, şirkətlər öz bizneslərini dayandırırlar.Bununla belə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə inansaq, AB sakinləri Rusiya ilə döyüşmək üçün əziyyət çəkməyə hazırdırlar.Buna görə də, Brüssel ofislərdə və ictimai yerlərdə temperaturu azaltmaqdan daha yaxşı bir şey tapmayıb. Rəsmilər hesab edirlər ki, insanların "çox qalmadığı" binaların qızdırılmasına, ümumiyyətlə, ehtiyac yoxdur.Yeni asılılıqBrüssel istiliyə qənaət edərkən, Aİ-də illik inflyasiya yeni zirvələrə çatır. Avqustda bu, on faizi ötüb. İyulda - 9,8. "TeleTrade" informasiya və analitik mərkəzinin baş iqtisadçısı Mark Qoyxman, "Bu, əsasən Qərb mərkəzi banklarının ultra yumşaq siyasəti ilə bağlıdır. Onlar pandemiya səbəbindən tənəzzülü aradan qaldırmaq üçün iqtisadiyyata pul köçürdülər", – deyə fikrini bildirib. Üstəlik, geosiyasi gərginliklər, enerji resurslarının bahalaşması, məhsul çatışmazlığı da öz sözünü deyib.Analitiklər qeyd edirlər ki, son zamanlar bu amillər getdikcə kəskinliyini itirir. Tənzimləyicilər faiz dərəcələrini artırırlar.Rusiya və Ukrayna taxıllarının idxalı bərpa olunub. Avropanın yeraltı qaz anbarları 80-85 faiz dolub. Mavi yanacağın qiyməti avqustdakı zirvəsindən aşağı enib. Qara qızıl da geri qalmır: Brent nefti birjada 90 dollardan aşağı satılır.Bununla belə, istirahət etmək hələ tezdir. Sinoptiklər Köhnə Dünyada soyuq qış olacağını proqnozlaşdırırlar. Qazın verilməsində fasilələrin olmasını heç kim istisna etmir.Baş nazirin müavini Aleksandr Novak bildirib ki, bu il onun Rusiyadan Aİ-yə nəqli 50 milyard kubmetr azalıb.Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Avropa İttifaqı 2021-ci ildə 155 milyard kubmetr qaz alıb. Beləliklə, tədarüklər demək olar ki, üçdə bir azaldıla bilər.Bundan əlavə, taxılın ən çox istehsal və istehlak edildiyi Çində payız səpin kampaniyası uğursuz alınıb. Pekin dünya bazarında dənli bitkilərin alışını artırmaq niyyətindədir.Ona görə də Vladislav Antonov hesab edir ki, Avropada çörəyin qiymətinin avqust ayındakı bahalaşması son hədd deyil.Enerji resurslarına xeyli xərc çəkilməli olacaq – hazırda onların qiymətləri son onilliyin orta göstəricilərindən dəfələrlə yüksəkdir. "Bruegel" analitiklərinin hesablamalarına görə, Avropa İttifaqı enerji böhranı səbəbindən artıq demək olar ki, yarım trilyon avro itirib.Aİ üzvləri birlikdə əhaliyə və biznesə vurulan zərbəni yumşaltmaq üçün 314 milyard avro ayırıblar. Avropa İttifaqından çıxan İngiltərə 178 milyard sərmayə qoyub. Lakin ekspertlər əmindirlər ki, bu pul kifayət deyil.ABŞ maliyyə naziri Canet Yellenin avropalılara yazığı gəlir: "Avropada enerji qiymətlərinin qalxdığını gördük. Onlar üçün çox çətin qış olacaq".ABŞ-da isə vəziyyət daha yaxşıdır. "Əlbəttə, bu, bizə də təsir edir, lakin biz onlar kimi buna məruz qalmırıq", - deyə Yellen əlavə edib. Vaşinqton siyasi müttəfiqinə "alternativ mənbələr tapmaqda" kömək etmək niyyətindədir.Üstəlik, uzun müddət düşünmədilər: avropalıları möhkəm və uzun müddətə bahalı mayeləşdirilmiş təbii qazdan istifadə etdirməyə qərar verdilər. İlin birinci yarısında ABŞ dünyanın ən böyük ixracatçısı oldu - 2021-ci ilin eyni dövrü ilə müqayisədə daşınmalar 12 faiz artdı.Əsas hissə Aİ və Böyük Britaniyaya göndərilib - onlar Avropa mayeləşdirilmiş təbii qaz idxalının ümumi həcminin 47 faizini təşkil ediblər. Ən çox satanlar arasında Qətər, Rusiya və Afrika ölkələri də var.Üstəlik, Almaniya və ABŞ 2026-cı ildən başlayaraq iyirmi il müddətinə uzunmüddətli müqavilələr barədə razılığa gəliblər. Almaniyada hazırda mayeləşdirilmiş təbii qaz üçün infrastruktur yoxdur, lakin ölkə lazımi terminalları sürətlə inşa edir.Rusiya boru kəməri qazını tez bir zamanda əvəz etmək mümkün olmayacaq. "Bloomberg" qeyd edir ki, Almaniya kansleri Olaf Şolts BƏƏ-dən cəmi bir mayeləşdirilmiş təbii qaz tankeri üçün müqavilə ilə qayıdıb.Buna görə də analitiklər mavi yanacağın qiymətlərinin daha da artacağını gözləyirlər. "Qazprom" etiraf edib ki, qışda onun min kubmetri dörd min dollardan baha başa gələcək. Nəticədə Aİ-nin sənaye sektorunu problemlər gözləyir.Bəzi Avropa polad, gübrə və digər mühüm əmtəə şirkətləri yüksək enerji qiymətləri səbəbindən artıq öz potensiallarını ABŞ-a köçürürlər. "The Wall Street Journal" yazır: "Amerika iqtisadiyyatı Avropadakı enerji böhranından ən çox faydalananlar arasındadır".Nəşr "sənayesizləşmənin yeni erası"nın başlanması riski barədə xəbərdarlıq edir."Deutsche Bank"ın ekspertləri regionun uzun və dərin tənəzzüllə üz-üzə olduğunu proqnozlaşdırıblar. ÜDM-də azalma üç faiz təşkil edəcək və gələn ilin ortalarına qədər davam edəcək.İrina Krasikova
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437866022_0:0:2731:2048_1920x0_80_0_0_d80e14c09721f5129ab385deb361ebf0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çörək, avropa
BAKI, 28 sentyabr — Sputnik. Avropada inflyasiya tarixi rekordları yeniləyir: elektrik enerjisi qiymətləri yüksəlir, ardınca ərzaq qiymətləri bahalaşır. Adi avropalılar kəmərlərini sıxır, şirkətlər isə bizneslərini ixtisar edirlər. Analitiklər xəbərdarlıq edirlər ki, Aİ uzun bir tənəzzüllə üz-üzədir, xalq iğtişaşları mümkündür. "RİA Novosti" bölgədəki böhranın necə bitəcəyini araşdırıb.
Qiymətlər rekordları yeniləyir
"Eurostat" məlumat yayıb ki, avqust ayında Aİ-də çörək illik ifadədə orta hesabla 18 faiz bahalaşıb. Bu, ən əhəmiyyətli dərəcədə Macarıstanda - 66 faiz, Litva, Latviya, Estoniya və Slovakiyada - 30 faizdən çox baş verib.
Avropanın qərb hissəsində vəziyyət daha yaxşıdır. Məsələn, Fransada ərzaq qiymətləri səkkiz faiz, Hollandiya və Lüksemburqda on faiz bahalaşıb.
Xorvatiyanın "Advance" nəşri qeyd edir ki, kasıb ölkələr üçün bu daha çətindir.
Ukrayna taxılının Avropa bazarına tədarükünün yazda azalması öz təsirini göstərib - təxminən, 4,5 milyon ton xammal Qara dəniz limanlarında ilişib qalıb.
Üstəgəl, bu yay Köhnə Dünyanı son 500 ilin ən şiddətli quraqlığı vurub. Artıq iyul ayında Avropa Komissiyası region ölkələrinin yarısında məhsul çatışmazlığı barədə xəbərdarlıq etmişdi. Ən pis vəziyyət İrlandiyanın şərqində, İtaliya, Macarıstan, Rumıniya, Moldova, Finlandiyadadır.
Rusiya taxıllarının ixracına qarşı sanksiyalar, sanki, yanan ocağın üzərinə yağ əlavə edilmiş təsirini bağışladı. "BitRiver"in maliyyə analitiki Vladislav Antonov deyir: "Avropa İttifaqı məhdudiyyətlərlə bağlı problemlərini daha da gücləndirdi. Anomal istilər isə vəziyyəti daha da gərginləşdirdi. Ehtimal ki, yığım 15-20 faiz azalacaq".
Hava Ukraynanın buğda tədarükünü əvəzləməyə ümid edən Hindistanın xeyrinə olmadı. Bununla belə, ölkədə bahar isti keçib. İxracı məhdudlaşdırmq lazım oldu, ona görə də bazarda yenidən xammal çatışmır.
Amma söhbət təkcə təbii fəlakətlərdən getmir. Aİ Rusiya qazından imtina nəticəsində yaranan enerji böhranı ilə üz-üzədir. Avropada kotirovkalar kəskin artıb - hazırda hər min kubmetr üçün o, üç min dollardan yuxarı qalxıb.
Avropalılar elektrik enerjisi istehsal etmək üçün mavi yanacaqdan istifadə edirlər. Nəticədə bir il ərzində çatdırılma ilə elektrik fyuçerslərinin qiyməti tarixi rekordu yenilədi. Almaniya və Fransada o, meqavat/saat üçün min avronu keçib.
Bundan əlavə, Aİ-də su elektrik stansiyaları üçün kifayət qədər su yoxdur. Məsələn, Norveçin enerji balansında onların payı 95 faizə çatır. Ölkə İsveçrə, Danimarka və Hollandiyaya elektrik enerjisi ixrac edir.
Xərclər artır, müəssisələr məhsulların qiymətini qaldırmağa məcbur olurlar. Adi avropalılara ancaq xərcləri azaltmaq qalır.
İtaliyanın "La Stampa" qəzeti xəbərdarlıq edir ki, çörəyin qiymətinin sürətlə artması xalq iğtişaşları ilə təhdid edir. Aİ əhalisi artıq küçələrə çıxıb, elektrik enerjisi və qaz tariflərinin məhdudlaşdırılmasını tələb edir. Bölgədə fabriklər bir-bir bağlanır, şirkətlər öz bizneslərini dayandırırlar.
Bununla belə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə inansaq, AB sakinləri Rusiya ilə döyüşmək üçün əziyyət çəkməyə hazırdırlar.
Buna görə də, Brüssel ofislərdə və ictimai yerlərdə temperaturu azaltmaqdan daha yaxşı bir şey tapmayıb. Rəsmilər hesab edirlər ki, insanların "çox qalmadığı" binaların qızdırılmasına, ümumiyyətlə, ehtiyac yoxdur.
Brüssel istiliyə qənaət edərkən, Aİ-də illik inflyasiya yeni zirvələrə çatır. Avqustda bu, on faizi ötüb. İyulda - 9,8. "TeleTrade" informasiya və analitik mərkəzinin baş iqtisadçısı Mark Qoyxman, "Bu, əsasən Qərb mərkəzi banklarının ultra yumşaq siyasəti ilə bağlıdır. Onlar pandemiya səbəbindən tənəzzülü aradan qaldırmaq üçün iqtisadiyyata pul köçürdülər", – deyə fikrini bildirib. Üstəlik, geosiyasi gərginliklər, enerji resurslarının bahalaşması, məhsul çatışmazlığı da öz sözünü deyib.
Analitiklər qeyd edirlər ki, son zamanlar bu amillər getdikcə kəskinliyini itirir. Tənzimləyicilər faiz dərəcələrini artırırlar.
Rusiya və Ukrayna taxıllarının idxalı bərpa olunub. Avropanın yeraltı qaz anbarları 80-85 faiz dolub. Mavi yanacağın qiyməti avqustdakı zirvəsindən aşağı enib. Qara qızıl da geri qalmır: Brent nefti birjada 90 dollardan aşağı satılır.
Bununla belə, istirahət etmək hələ tezdir. Sinoptiklər Köhnə Dünyada soyuq qış olacağını proqnozlaşdırırlar. Qazın verilməsində fasilələrin olmasını heç kim istisna etmir.
Baş nazirin müavini Aleksandr Novak bildirib ki, bu il onun Rusiyadan Aİ-yə nəqli 50 milyard kubmetr azalıb.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Avropa İttifaqı 2021-ci ildə 155 milyard kubmetr qaz alıb. Beləliklə, tədarüklər demək olar ki, üçdə bir azaldıla bilər.
Bundan əlavə, taxılın ən çox istehsal və istehlak edildiyi Çində payız səpin kampaniyası uğursuz alınıb. Pekin dünya bazarında dənli bitkilərin alışını artırmaq niyyətindədir.
Ona görə də Vladislav Antonov hesab edir ki, Avropada çörəyin qiymətinin avqust ayındakı bahalaşması son hədd deyil.
Enerji resurslarına xeyli xərc çəkilməli olacaq – hazırda onların qiymətləri son onilliyin orta göstəricilərindən dəfələrlə yüksəkdir. "Bruegel" analitiklərinin hesablamalarına görə, Avropa İttifaqı enerji böhranı səbəbindən artıq demək olar ki, yarım trilyon avro itirib.
Aİ üzvləri birlikdə əhaliyə və biznesə vurulan zərbəni yumşaltmaq üçün 314 milyard avro ayırıblar. Avropa İttifaqından çıxan İngiltərə 178 milyard sərmayə qoyub. Lakin ekspertlər əmindirlər ki, bu pul kifayət deyil.
ABŞ maliyyə naziri Canet Yellenin avropalılara yazığı gəlir: "Avropada enerji qiymətlərinin qalxdığını gördük. Onlar üçün çox çətin qış olacaq".
ABŞ-da isə vəziyyət daha yaxşıdır. "Əlbəttə, bu, bizə də təsir edir, lakin biz onlar kimi buna məruz qalmırıq", - deyə Yellen əlavə edib. Vaşinqton siyasi müttəfiqinə "alternativ mənbələr tapmaqda" kömək etmək niyyətindədir.
Üstəlik, uzun müddət düşünmədilər: avropalıları möhkəm və uzun müddətə bahalı mayeləşdirilmiş təbii qazdan istifadə etdirməyə qərar verdilər. İlin birinci yarısında ABŞ dünyanın ən böyük ixracatçısı oldu - 2021-ci ilin eyni dövrü ilə müqayisədə daşınmalar 12 faiz artdı.
Əsas hissə Aİ və Böyük Britaniyaya göndərilib - onlar Avropa mayeləşdirilmiş təbii qaz idxalının ümumi həcminin 47 faizini təşkil ediblər. Ən çox satanlar arasında Qətər, Rusiya və Afrika ölkələri də var.
Üstəlik, Almaniya və ABŞ 2026-cı ildən başlayaraq iyirmi il müddətinə uzunmüddətli müqavilələr barədə razılığa gəliblər. Almaniyada hazırda mayeləşdirilmiş təbii qaz üçün infrastruktur yoxdur, lakin ölkə lazımi terminalları sürətlə inşa edir.
Rusiya boru kəməri qazını tez bir zamanda əvəz etmək mümkün olmayacaq. "Bloomberg" qeyd edir ki, Almaniya kansleri Olaf Şolts BƏƏ-dən cəmi bir mayeləşdirilmiş təbii qaz tankeri üçün müqavilə ilə qayıdıb.
Buna görə də analitiklər mavi yanacağın qiymətlərinin daha da artacağını gözləyirlər. "Qazprom" etiraf edib ki, qışda onun min kubmetri dörd min dollardan baha başa gələcək. Nəticədə Aİ-nin sənaye sektorunu problemlər gözləyir.
Bəzi Avropa polad, gübrə və digər mühüm əmtəə şirkətləri yüksək enerji qiymətləri səbəbindən artıq öz potensiallarını ABŞ-a köçürürlər. "The Wall Street Journal" yazır: "Amerika iqtisadiyyatı Avropadakı enerji böhranından ən çox faydalananlar arasındadır".
Nəşr "sənayesizləşmənin yeni erası"nın başlanması riski barədə xəbərdarlıq edir.
"Deutsche Bank"ın ekspertləri regionun uzun və dərin tənəzzüllə üz-üzə olduğunu proqnozlaşdırıblar. ÜDM-də azalma üç faiz təşkil edəcək və gələn ilin ortalarına qədər davam edəcək.