Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Xocavənddə bərpa işlərinə başlanılır

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidXocavənd rayonu
Xocavənd rayonu - Sputnik Azərbaycan, 1920, 27.09.2022
Abunə olmaq
Prezidentin xüsusi nümayəndəsi işğaldan azad edilmiş ərazilərdə kəndlərin bərpasına başlanıldığını açıqlayıb.
BAKI, 27 sentyabr — Sputnik. Qarabağda həyata keçirilən bərpa yenidənqurma işləri davam edir. Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
O qeyd edib ki, artıq bir sıra layihələr yekunlaşma mərhələsindədir.
"Bundan sonra işlərimiz daha da sürətlənəcək. Hesab edirəm ki, artıq Ağdam şəhərinin mərkəzində bərpa yenidənqurma işlərinə başlayacağıq. Bundan əlavə həm Ağdam rayonunda, həm də Füzuli rayonunda kəndlərin bərpasına başlanılır. Artıq Talış kəndində də bu işlərə başlanılıb. Yaxın günlərdə Xocavənd rayonunda da bərpa yenidənqurma işlərinə başlanılacaq. Bütün bu tədbirlər sistemli şəkildə, qrafikə uyğun olaraq həyata keçirilir", - deyə E.Hüseynov bildirib.
© Photo : REPORTAzərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov
Эмин Гусейнов - спецпредставитель Президента Азербайджана в освобожденной от оккупации части Агдамского района - Sputnik Azərbaycan, 1920, 27.09.2022
Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov
Xatırladaq ki, artıq işğaldan azad edilmiş Ağdam şəhərinin bərpasının təməl daşı atılıb. Hazırda burada quruculuq və abadlıq işləri aparılır. Şəhərin mərkəzində 6 altımərtəbəli yaşayış binası tikilir. Ümumilikdə 209 ailə üçün nəzərdə tutulan bu binalarda işlər sürətlə davam etdirilir.
Qeyd edək ki, "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq.
Əhalinin dayanıqlı məsklunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq.
Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik "ağıllı şəhər və ağıllı kənd" konsepsiyaları həyata keçiriləcək.
Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq.
Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.
Xəbər lenti
0