https://sputnik.az/20220927/ukraynada-saxlanilan-veten-muharibesi-qazisi-diqqet-merkezindedir-446750064.html
Ukraynada saxlanılan Vətən müharibəsi qazisi diqqət mərkəzindədir
Ukraynada saxlanılan Vətən müharibəsi qazisi diqqət mərkəzindədir
Sputnik Azərbaycan
Diaspor təşkilatları və səfirliyin də dəstəyi ilə azərbaycanlı qazi ilə bağlı məsələ diqqətdə saxlanılır. 27.09.2022, Sputnik Azərbaycan
2022-09-27T13:15+0400
2022-09-27T13:15+0400
2022-09-27T13:25+0400
ukrayna
cəmiyyət
azərbaycan diaspor təşkilatı
diasporla iş üzrə dövlət komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/06/17/427293360_0:0:3073:1728_1920x0_80_0_0_ba2336428662fc39702759274ae21a4a.jpg
BAKI, 27 sentyabr — Sputnik. Ukraynada saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsi iştirakçısı, Azərbaycan vətəndaşı Misir Qasımlı üçün ilk gündən vəkilin tutulması bu ölkədəki diaspor təşkilatları tərəfindən həyata keçirilib.Bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.Fuad Muradov bildirib ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmlər doktoru Hikmət Cavadov Misir Qasımlının zaminə buraxılmasını təklif edib və zamin durmağa hazır olduğunu bildirib: "Bu proses bu gün də gedir. Nəzərə almaq lazımdır ki, Ukrayna müharibə şəraitindədir. Diaspor təşkilatları, səfirlik bu işlə məşğuldur. Söhbət prosedur qaydalardan gedir. Diaspor təşkilatları və səfirliyin də dəstəyi ilə bu prosesi diqqət mərkəzində saxlayırıq".Ermənilər UNESCO nümayəndələrinin gözü qabağında Azərbaycan Evinə hücum edibF.Muradov bildirib ki, ermənilər UNESCO nümayəndələrinin gözü qabağında Azərbaycan Evinə hücum edib: "Ermənistanın Azərbaycana təxribatı ərəfəsində Parisdə yerləşən Azərbaycan evinə hücum olub".O bildirib ki, həmin gün orada UNESCO ilə birgə tədbir keçirilirdi: "Bir daha da dünyanın mədəniyyətini qoruyan təşkilat ermənilərin mədəniyyətsizliyini gördü. Bu, onların özlərini necə aparmasını göstərir".Fuad Muradov qeyd edib ki, bundan başqa Azərbaycanın heç bir idman klubu, mədəniyyət mərkəzi və digər diaspor müəssisələrinə hücum olmayıb: "Bu gün Azərbaycanın diasporu ayaqdadır. Diasporun inkişafı bir ilin, beş ilin işi deyil, daim iş aparılmalıdır. Biz erməni təxribatı zamanı 20-dən çox ölkəyə müxtəlif dillərdə bəyanatlar göndərmişdik. Bu gün də fəaliyyətimizi davam etdiririk. Bizim bütün istiqamətlərdə diasporumuz formalaşıb. İdman klublarımız, Azərbaycan evlərimiz mövcuddur. Şənbə-bazar günləri Azərbaycan dili kurslarımız fəaliyyət göstərir. Eyni zamanda musiqimizi, mədəniyyətimizi təbliğ edən klublarımız var. Müəyyən təhlükəsizlik işləri görülür".Komitə sədri qeyd edib ki, səfirliklərlə bağlı diaspor koordinasiyalı fəaliyyət göstərir: "Hansı məqamda diaspor tərəfindən dəstək lazımdırsa, göstərilir. Bu gün hər bir dövlətin borcudur ki, ölkəsindəki xarici səfirlikləri qorusun".Onun sözlərinə görə, bu yaxınlarda İngiltərədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları dinc aksiya üçün həm erməni səfirliyinin qarşısına gedib, həm də Azərbaycan səfirliyinin qarşısına gəlib: "Fransada ermənilər icazəsiz aksiya keçirməyə cəhdi etdilər. Biz çalışırıq ki, bunu bütün dünya görsün. Onlar qanunsuz əməllərə əl atırlar. Son üç həftə ərzində 40-dan çox yürüş və aksiyamız həyata keçirilib. Parisdə UNESCO-nun qarşısında diaspor təşkilatları tərəfindən Azərbaycan tarixinin və mədəni irsinin dağıdılması ilə bağlı üç gün aksiya keçirildi. Heç bir erməni təşkilatı cürət edib bir söz də deyə bilmədi".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/17/427293360_0:0:2731:2048_1920x0_80_0_0_edee966247b4848cf59024ca1073003e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, azərbaycan diaspor təşkilatı, diasporla iş üzrə dövlət komitəsi
ukrayna, azərbaycan diaspor təşkilatı, diasporla iş üzrə dövlət komitəsi
Ukraynada saxlanılan Vətən müharibəsi qazisi diqqət mərkəzindədir
13:15 27.09.2022 (Yenilənib: 13:25 27.09.2022) Diaspor təşkilatları və səfirliyin də dəstəyi ilə azərbaycanlı qazi ilə bağlı məsələ diqqətdə saxlanılır.
BAKI, 27 sentyabr — Sputnik. Ukraynada saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsi iştirakçısı, Azərbaycan vətəndaşı Misir Qasımlı üçün ilk gündən vəkilin tutulması bu ölkədəki diaspor təşkilatları tərəfindən həyata keçirilib.
Bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.
Fuad Muradov bildirib ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmlər doktoru Hikmət Cavadov Misir Qasımlının zaminə buraxılmasını təklif edib və zamin durmağa hazır olduğunu bildirib: "Bu proses bu gün də gedir. Nəzərə almaq lazımdır ki, Ukrayna müharibə şəraitindədir. Diaspor təşkilatları, səfirlik bu işlə məşğuldur. Söhbət prosedur qaydalardan gedir. Diaspor təşkilatları və səfirliyin də dəstəyi ilə bu prosesi diqqət mərkəzində saxlayırıq".
Ermənilər UNESCO nümayəndələrinin gözü qabağında Azərbaycan Evinə hücum edib
F.Muradov bildirib ki, ermənilər UNESCO nümayəndələrinin gözü qabağında Azərbaycan Evinə hücum edib: "Ermənistanın Azərbaycana təxribatı ərəfəsində Parisdə yerləşən Azərbaycan evinə hücum olub".
O bildirib ki, həmin gün orada UNESCO ilə birgə tədbir keçirilirdi: "Bir daha da dünyanın mədəniyyətini qoruyan təşkilat ermənilərin mədəniyyətsizliyini gördü. Bu, onların özlərini necə aparmasını göstərir".
Fuad Muradov qeyd edib ki, bundan başqa Azərbaycanın heç bir idman klubu, mədəniyyət mərkəzi və digər diaspor müəssisələrinə hücum olmayıb: "Bu gün Azərbaycanın diasporu ayaqdadır. Diasporun inkişafı bir ilin, beş ilin işi deyil, daim iş aparılmalıdır. Biz erməni təxribatı zamanı 20-dən çox ölkəyə müxtəlif dillərdə bəyanatlar göndərmişdik. Bu gün də fəaliyyətimizi davam etdiririk. Bizim bütün istiqamətlərdə diasporumuz formalaşıb. İdman klublarımız, Azərbaycan evlərimiz mövcuddur. Şənbə-bazar günləri Azərbaycan dili kurslarımız fəaliyyət göstərir. Eyni zamanda musiqimizi, mədəniyyətimizi təbliğ edən klublarımız var. Müəyyən təhlükəsizlik işləri görülür".
Komitə sədri qeyd edib ki, səfirliklərlə bağlı diaspor koordinasiyalı fəaliyyət göstərir: "Hansı məqamda diaspor tərəfindən dəstək lazımdırsa, göstərilir. Bu gün hər bir dövlətin borcudur ki, ölkəsindəki xarici səfirlikləri qorusun".
Onun sözlərinə görə, bu yaxınlarda İngiltərədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları dinc aksiya üçün həm erməni səfirliyinin qarşısına gedib, həm də Azərbaycan səfirliyinin qarşısına gəlib: "Fransada ermənilər icazəsiz aksiya keçirməyə cəhdi etdilər. Biz çalışırıq ki, bunu bütün dünya görsün. Onlar qanunsuz əməllərə əl atırlar. Son üç həftə ərzində 40-dan çox yürüş və aksiyamız həyata keçirilib. Parisdə UNESCO-nun qarşısında diaspor təşkilatları tərəfindən Azərbaycan tarixinin və mədəni irsinin dağıdılması ilə bağlı üç gün aksiya keçirildi. Heç bir erməni təşkilatı cürət edib bir söz də deyə bilmədi".