DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə MN: Ukrayna limanlarından 9 gəmi yola düşüb

© Photo : National Defense Ministry of TurkeyTürkiyənin Milli Müdafiə Nazirliyinin binası, arxiv şəkli
Türkiyənin Milli Müdafiə Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.09.2022
Abunə olmaq
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Ukrayna limanlarında taxıl daşınması təhlükəsiz şəkildə davam edir.
BAKI, 27 sentyabr — Sputnik. Türkiyənin Milli Müdafiə Nazirliyi ərzaq müqaviləsi çərçivəsində çərşənbə axşamı doqquz gəminin Ukrayna limanlarından yola düşdüyünü açıqlayıb.
"Ukrayna limanlarında taxıl daşınması təhlükəsiz şəkildə davam edir. Bu gün Ukrayna limanlarından taxıl daşıyan doqquz gəmi yola düşüb", - nazirliyin "Twitter" səhifəsində yazılıb.
İyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT arasında taxıl ixracına dair saziş imzalanıb.
Müqavilənin imzalanma mərasimi martın sonunda, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sülh sazişi üzrə danışıqların aparıldığı İstanbuldakı Dolmabağça sarayında baş tutub.
© Depositphotos.com / GenasonQuru yük gəmisi, arxiv şəkli
Сухогруз в море во время заката - Sputnik Azərbaycan, 1920, 27.09.2022
Quru yük gəmisi, arxiv şəkli
Bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynadan taxıl ixracını məhdudlaşdırmaq barədə düşünməyi təklif edib və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla mütləq məsləhətləşəcəyini bildirib.
Prezident bildirib ki, ən çox ehtiyacı olan ölkələrə yardımı nəzərdə tutan BMT-nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində yalnız iki gəmi yüklənib.
"Vurğulayıram: 87-dən yalnız ikisi. Onlar 2 milyon tondan 60 min ton ərzaq ixrac ediblər - bu, inkişaf etməkdə olan ölkələrə göndərilənlərin cəmi 3 faizidir. Avropa İttifaqı inkişaf etməkdə olan ölkələri növbəti dəfə aldadıb və aldatmaqda davam edir", - Putin bildirib.
Xəbər lenti
0