DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tokayev Rusiya ilə müttəfiqlik münasibətlərinə dair açıqlama verib

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidTokayev
Tokayev - Sputnik Azərbaycan, 1920, 27.09.2022
Abunə olmaq
Tokayevin sözlərinə görə, Astana Asiya, Yaxın Şərq və ya Avropanın bütün dövlətləri ilə qarşılıqlı faydalı əlaqələri inkişaf etdirəcək.
BAKI, 27 sentyabr — Sputnik. Qazaxıstan hakimiyyəti Rusiya ilə müttəfiqlik münasibətlərini və Çinlə əbədi strateji tərəfdaşlığı daha da inkişaf etdirmək üçün səy göstərəcək. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çimkənd ictimaiyyət nümayəndələri ilə görüşü zamanı deyib.
"Bizim xarici siyasətimiz bundan sonra da balanslaşdırılmış, çoxvektorlu və konstruktiv olacaq. Qazaxıstan Rusiya ilə müttəfiqlik münasibətlərinin, Çinlə əbədi strateji tərəfdaşlığın, Mərkəzi Asiyadakı qardaş dövlətlərlə, o cümlədən Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Rusiya ilə hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlindən gələni edəcək", - Qazaxıstan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Tokayevin sözlərinə görə, Astana Asiya, Yaxın Şərq və ya Avropanın bütün dövlətləri ilə qarşılıqlı faydalı əlaqələri inkişaf etdirəcək.
"Mən əminəm ki, bu, xalqımızın maraqlarına cavab verən xarici siyasətdir", - Qazaxıstan lideri bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Soçidə Rusiyalı həmkarı Vladimir Putinlə görüşmüşdü. Görüşdə Qazaxıstan prezidenti Nur-Sultan və Moskva arasında ikitərəfli əməkdaşlığa təkan vermək əzmində olduğunu bildirib.
Liderlər iki ölkə arasında ticarət dövriyyəsinin ötən il 34,4% artdığını qeyd ediblər. Həmçinin bildiriblər ki, hər iki tərəfdən sərmayə qoyuluşu artır. Rusiya üçün bu göstərici 17 milyard ABŞ dolları məbləğinə çatıb.
Xəbər lenti
0