https://sputnik.az/20220927/sinqapur-helsinki-reysini-heyata-keciren-teyyare-bakiya-tecili-enis-edib-446737188.html
Sinqapur-Helsinki reysini həyata keçirən təyyarə Bakıya təcili eniş edib
Sinqapur-Helsinki reysini həyata keçirən təyyarə Bakıya təcili eniş edib
Sputnik Azərbaycan
Sinqapurdan Finlandiyanın paytaxtı Helsinkiyə uçan hava gəmisi sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsinə görə təcili eniş edib. 27.09.2022, Sputnik Azərbaycan
2022-09-27T10:35+0400
2022-09-27T10:35+0400
2022-09-27T10:50+0400
hava limanı
azərbaycan xəbərləri
https://cdnn1.img.sputnik.az/img/41166/37/411663781_0:0:2001:1125_1920x0_80_0_0_ba4828e82cadace535094fbff754aaf4.jpg
BAKI, 27 sentyabr — Sputnik. Sinqapur-Helsinki reysini icra edən təyyarə Bakıya təcili eniş edib.Bu barədə Heydər Əliyev Adına Beynəlxalq Hava Limanından məlumat yayıb.Məlumata görə, Finlandiyanın milli aviadaşıyıcısı - "Finnair" şirkətinə məxsus olan, Sinqapurdan Finlandiyanın paytaxtı Helsinkiyə uçan hava gəmisinin kapitanı sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsinə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.Heydər Əliyev Adına Beynəlxalq Hava limanından verilən məlumatda bildirilir ki, "Airbus A350" markalı təyyarə saat 02:31-də Bakıya eniş edib. Sərnişinə tibbi yardım göstərilib və onun klinikalarından birinə yerləşdirilməsinə qərar verilib. Təyyarə saat 05:50-də Bakıdan Helsinkiyə yola düşüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41166/37/411663781_128:0:1835:1280_1920x0_80_0_0_825d76e29885e7d3c6df4e0c3bb11e08.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hava limanı
Sinqapur-Helsinki reysini həyata keçirən təyyarə Bakıya təcili eniş edib
10:35 27.09.2022 (Yenilənib: 10:50 27.09.2022) Sinqapurdan Finlandiyanın paytaxtı Helsinkiyə uçan hava gəmisi sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsinə görə təcili eniş edib.
BAKI, 27 sentyabr — Sputnik. Sinqapur-Helsinki reysini icra edən təyyarə Bakıya təcili eniş edib.
Bu barədə Heydər Əliyev Adına Beynəlxalq Hava Limanından məlumat yayıb.
Məlumata görə, Finlandiyanın milli aviadaşıyıcısı - "Finnair" şirkətinə məxsus olan, Sinqapurdan Finlandiyanın paytaxtı Helsinkiyə uçan hava gəmisinin kapitanı sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsinə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Heydər Əliyev Adına Beynəlxalq Hava limanından verilən məlumatda bildirilir ki, "Airbus A350" markalı təyyarə saat 02:31-də Bakıya eniş edib. Sərnişinə tibbi yardım göstərilib və onun klinikalarından birinə yerləşdirilməsinə qərar verilib. Təyyarə saat 05:50-də Bakıdan Helsinkiyə yola düşüb.