https://sputnik.az/20220927/sen-deme-oglum-veteni-menden-cox-sevirmis---analarin-urek-sizladan-feryadi--vdeofoto-446750737.html
"Sən demə oğlum Vətəni məndən çox sevirmiş" - Anaların ürək sızladan fəryadı -VİDEO+FOTO
"Sən demə oğlum Vətəni məndən çox sevirmiş" - Anaların ürək sızladan fəryadı -VİDEO+FOTO
Sputnik Azərbaycan
Vətən müharibəsinin ikinci ildönümü münasibətilə keçirilən Anım Günü böyük insan axını ilə müşahidə olunur. 27.09.2022, Sputnik Azərbaycan
2022-09-27T13:49+0400
2022-09-27T13:49+0400
2022-09-27T14:42+0400
vətən
cəmiyyət
vətən müharibəsi
anım günü
şəhidlərin anım günü
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1b/446742014_0:120:1280:840_1920x0_80_0_0_eb56bb93f36d4daa89a41137ec7ccb4f.jpg
BAKI, 27 sentyabr — Sputnik. Bir əllərində üçrəngli Azərbaycan bayrağı, bir əllərində qərənfillər. Bu gün II Şəhidlər Xiyabanına gedən yolda böyük insan izdihamı vardı. Azərbaycan xalqı öz şəhidlərini anmaq üçün qürur yerimiz olan II Şəhidlər Xiyabanına axışırdı. Hər kəs 44 günlük müharibədə canından keçərək Azərbaycana qələbə sevincini yaşadan şəhidlərin məzarı önünə can atırdı. Vətən müharibəsinin ikinci ildönümü münasibətilə keçirilən Anım Günü böyük insan axını ilə müşahidə olunurdu. Bugünkü Anım Günü ilə əlaqədar ictimaiyyət nümayəndələri, rəsmi şəxslər, hərbçilər və şəhid ailələri də II Şəhidlər Xiyabanını ziyarət edirdilər.Şəhid oğlunun məzarını ziyarətə gələnlər arasında Azərbaycan Respublikasının xalq artisti, teatr aktyoru Əli Nur da vardı. Baş leytenant, Şuşa fatehlərindən olan Rövşən Nurzadənin məzarını ziyarət edən atası onu dünən yuxuda gördüyünü söylədi: "Rövşəni tez-tez yuxuda görürəm. Dünən də yuxuma girmişdi. Qəribə bir avtomobildən düşüb gülə-gülə üstümə gəldi. Həmişəki kimi məğrur idi. Sevincdən qışqırıb öz səsimə ayıldım. Onlar qəhrəmandırlar. Vətən uğrunda canlarını qurban verdilər. Torpağımızı yağı tapdağından azad etdilər. Onlar şəhid olmasaydı, Qələbə olmazdı".Şəhid atası tək təsəllisinin qələbə olduğunu söylədi. Deyir ki, qəhrəmanlar olmasa biz torpaqlarımızı azad edə bilməzdik.Aktyor bugünkü günün böyük gün olduğunu söylədi. Onun sözlərinə görə, bu gün xalqımıza zəfər bəxş edən tarixi bir günün başlanğıcıdır: "Qəhrəmanlar ölmür, əbədi yaşayır. Onlar bu torpaq uğrunda canlarını fəda etdilər. Bu gün də xalq onları unutmur. Gördüyünüz insan izdihamı bunun əyani sübutudur".Şəhid baş leytenant Abdullazadə Həsənağanın valideynləri də onun məzarını ziyarətə gəlmişdi.Məndən soruşsanız ki, bu dünyada kimin var...Şəhidin anası Səmilə Abdullayeva Həsənağanın ailənin uzun müddət sonra dünyaya gələn tək övladı olduğunu söyləyir. Deyir ki, buna görə uzun müddət Həsənağanın yoxluğu ilə barışa bilməyib: "Məndən soruşsanız bu dünyada başqa kimin var? Deyərəm ki, Həsənağa şəhid olandan sonra heç kəsim. Həmişə elə bilirdim ki, oğlum bu dünyada ən çox məni sevir. Sən demə Vətəni məndən çox sevirmiş. Həsənağanın oğlum olmasından qürur duyuram. Oğlum uşaqlıqdan hərbi sahəni sevirdi. Heç vaxt yorulduğunu demirdi. Həsənağa şəhid olandan sonra bildim ki, oğlum məni Vətəndən sonra sevirmiş".Şəhid atası Şakir Abdullazadə Həsənağa kimi oğu olduğundan fəxr hissi keçirdiyini söyləyir. Deyir ki, Həsənağa kimi oğullar bütün Azərbaycan xalqının oğlu və övladıdır: "Həsənağa artıq tək mənim övladım, bir ailənin övladı deyil, bütün Azərbaycanın oğlu və övladıdır".Bu gün övladını anmağa gələn şəhid anaları içərisində Turqut Xəlilbəylinin anası Almaz Hüseynova da vardı. Oğlunun məzar daşına həkk olunmuş şəklini oxşayan ana tək təsəllini oğlunun şəhidlik zirvəsinə ucalmasında gördüyünü söyləyir. Deyir ki, Turqutun hərbçi dostları onun hərbçi yoldaşlarından birini xilas edən zaman şəhid olduğunu söyləyiblər: "Turqut arxa cəbhədə hospitalda işləməli idi, ancaq öz istəyi və xahişi ilə yoldaşları ilə ön cəbhədə olmaq istədi. Həmişə inanırdı ki, torpaqlarımız işğaldan azad olunacaq. Bugünkü qələbəni şəhidlərimizə borcluyuq".Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1b/446742014_0:0:1280:960_1920x0_80_0_0_c9731749ef5b5d2788a751204e60408b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
vətən, vətən müharibəsi, anım günü, şəhidlərin anım günü
vətən, vətən müharibəsi, anım günü, şəhidlərin anım günü
"Sən demə oğlum Vətəni məndən çox sevirmiş" - Anaların ürək sızladan fəryadı -VİDEO+FOTO
13:49 27.09.2022 (Yenilənib: 14:42 27.09.2022) Vətən müharibəsinin ikinci ildönümü münasibətilə keçirilən Anım Günü böyük insan axını ilə müşahidə olunur.
BAKI, 27 sentyabr — Sputnik. Bir əllərində üçrəngli Azərbaycan bayrağı, bir əllərində qərənfillər. Bu gün II Şəhidlər Xiyabanına gedən yolda böyük insan izdihamı vardı. Azərbaycan xalqı öz şəhidlərini anmaq üçün qürur yerimiz olan II Şəhidlər Xiyabanına axışırdı. Hər kəs 44 günlük müharibədə canından keçərək Azərbaycana qələbə sevincini yaşadan şəhidlərin məzarı önünə can atırdı.
Vətən müharibəsinin ikinci ildönümü münasibətilə keçirilən Anım Günü böyük insan axını ilə müşahidə olunurdu. Bugünkü Anım Günü ilə əlaqədar ictimaiyyət nümayəndələri, rəsmi şəxslər, hərbçilər və şəhid ailələri də II Şəhidlər Xiyabanını ziyarət edirdilər.
Şəhid oğlunun məzarını ziyarətə gələnlər arasında Azərbaycan Respublikasının xalq artisti, teatr aktyoru Əli Nur da vardı. Baş leytenant, Şuşa fatehlərindən olan Rövşən Nurzadənin məzarını ziyarət edən atası onu dünən yuxuda gördüyünü söylədi:
"Rövşəni tez-tez yuxuda görürəm. Dünən də yuxuma girmişdi. Qəribə bir avtomobildən düşüb gülə-gülə üstümə gəldi. Həmişəki kimi məğrur idi. Sevincdən qışqırıb öz səsimə ayıldım. Onlar qəhrəmandırlar. Vətən uğrunda canlarını qurban verdilər. Torpağımızı yağı tapdağından azad etdilər. Onlar şəhid olmasaydı, Qələbə olmazdı".
Şəhid atası tək təsəllisinin qələbə olduğunu söylədi. Deyir ki, qəhrəmanlar olmasa biz torpaqlarımızı azad edə bilməzdik.
Aktyor bugünkü günün böyük gün olduğunu söylədi. Onun sözlərinə görə, bu gün xalqımıza zəfər bəxş edən tarixi bir günün başlanğıcıdır: "Qəhrəmanlar ölmür, əbədi yaşayır. Onlar bu torpaq uğrunda canlarını fəda etdilər. Bu gün də xalq onları unutmur. Gördüyünüz insan izdihamı bunun əyani sübutudur".
Şəhid baş leytenant Abdullazadə Həsənağanın valideynləri də onun məzarını ziyarətə gəlmişdi.
Məndən soruşsanız ki, bu dünyada kimin var...
Şəhidin anası Səmilə Abdullayeva Həsənağanın ailənin uzun müddət sonra dünyaya gələn tək övladı olduğunu söyləyir. Deyir ki, buna görə uzun müddət Həsənağanın yoxluğu ilə barışa bilməyib:
"Məndən soruşsanız bu dünyada başqa kimin var? Deyərəm ki, Həsənağa şəhid olandan sonra heç kəsim. Həmişə elə bilirdim ki, oğlum bu dünyada ən çox məni sevir. Sən demə Vətəni məndən çox sevirmiş. Həsənağanın oğlum olmasından qürur duyuram. Oğlum uşaqlıqdan hərbi sahəni sevirdi. Heç vaxt yorulduğunu demirdi. Həsənağa şəhid olandan sonra bildim ki, oğlum məni Vətəndən sonra sevirmiş".
Şəhid atası Şakir Abdullazadə Həsənağa kimi oğu olduğundan fəxr hissi keçirdiyini söyləyir. Deyir ki, Həsənağa kimi oğullar bütün Azərbaycan xalqının oğlu və övladıdır: "Həsənağa artıq tək mənim övladım, bir ailənin övladı deyil, bütün Azərbaycanın oğlu və övladıdır".
Bu gün övladını anmağa gələn şəhid anaları içərisində Turqut Xəlilbəylinin anası Almaz Hüseynova da vardı. Oğlunun məzar daşına həkk olunmuş şəklini oxşayan ana tək təsəllini oğlunun şəhidlik zirvəsinə ucalmasında gördüyünü söyləyir. Deyir ki, Turqutun hərbçi dostları onun hərbçi yoldaşlarından birini xilas edən zaman şəhid olduğunu söyləyiblər:
"Turqut arxa cəbhədə hospitalda işləməli idi, ancaq öz istəyi və xahişi ilə yoldaşları ilə ön cəbhədə olmaq istədi. Həmişə inanırdı ki, torpaqlarımız işğaldan azad olunacaq. Bugünkü qələbəni şəhidlərimizə borcluyuq".
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir.