Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident və Birinci vitse-prezident Anım Günü ilə bağlı paylaşım ediblər

© Official website of President of Azerbaijan Republicİlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edir
İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edir - Sputnik Azərbaycan, 1920, 27.09.2022
Abunə olmaq
Sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü qeyd olunur.
BAKI, 27 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tviter hesabında Anım Günü ilə bağlı paylaşım edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədəki hesabında 27 sentyabr Anım Günü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir: "Uca Tanrıdan şəhidlərimizə rəhmət, onların ailələrinə güc və səbir diləyirəm!"
Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.
27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.
Anım Günü ilə əlaqədar sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.
Anım Günü ilə əlaqədar Bakıda ikinci Fəxri xiyabanda və Şəhidlər xiyabanında şəhid məzarları ziyarət olunur, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.09.2022
CƏMİYYƏT
"Anım Günü" ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
Xəbər lenti
0