https://sputnik.az/20220927/olkeye-getirilen-ariqlama-mehsullarinda-tehlukeli-madde-askarlanib-446767945.html
Ölkəyə gətirilən arıqlama məhsullarında təhlükəli maddə aşkarlanıb
Ölkəyə gətirilən arıqlama məhsullarında təhlükəli maddə aşkarlanıb
Sputnik Azərbaycan
Güclü təsir edən maddələrin siyahısına daxil edilmiş sibutramin adlı maddə piylənmənin müalicəsi üçün istifadə olunan dərmanlar qrupuna aiddir və artıq çəkili... 27.09.2022, Sputnik Azərbaycan
2022-09-27T19:27+0400
2022-09-27T19:27+0400
2022-09-27T19:47+0400
dərman
səhiyyə
zərərli maddə
aşkar
səhiyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/04/15/441306193_0:77:1200:752_1920x0_80_0_0_ee82e6378cb720d31d303c3acb033546.jpg
BAKI, 27 sentyabr — Sputnik. Azərbaycana gətirilən arıqlama məhsullarında təhlükəli maddə aşkarlanıbBu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.Qeyd olunub ki, ötən həftə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq İdarəsi Mərkəzə məktub əsasında təqdim edilən "Fatzorb", "Lipotrim", "Seksualnaya fiqura" və "Jira blokator" adlı məhsulların ekspertizasını aparıb.AEM-in Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasından mətbuat xidmətinə verilən məlumata görə, ekspertiza zamanı "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları"nın təsdiq edilməsi barədə qanuna əsasən güclü təsir edən maddələrin siyahısına daxil edilmiş sibutramin adlı maddə aşkar edilib.Sibutramin, toxluq hissini artıran anoreksigen maddədir, amfetamin törəməsidir. Piylənmənin müalicəsi üçün istifadə olunan dərmanlar qrupuna aiddir və artıq çəkili xəstələrin kompleks baxım terapiyasında istifadə olunur.Avropa Birliyinin ölkələrində sibutraminin istifadəsi, Avropa Dərman Agentliyi tərəfindən subitramin tərkibli dərmanın yan təsirlərinin riskləri ilə bağlı tədqiqatların nəticələrindən sonra 2010-cu ildə dayandırılıb.Həmçinin FDA istehsalçılardan, istifadə üçün təlimatlarda ürək-damar xəstəlikləri olan xəstələrdə sibutraminin istifadəsi qadağan olduğunu göstərməyi tələb etdi. Bundan başqa, sibutramin Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunmuş maddələr siyahısına daxil edilib.Qeyd edək ki, 1-22 sentyabrda Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasında idxal və qeydiyyat proseduru zamanı, dərman vasitələrinin, bioloji fəallığa malik qida əlavələrinin, tibb vasitələrindən olan birdəfəlik şprislərin və digər qurumlardan məktub əsasında daxil olmuş nümunələrin analizi həyata keçirilib.Dərman vasitələrinin idxalı zamanı 1750 adda nümunə analiz edilib, nəticələrdə uyğunsuzluq aşkarlanmayıb. Bioloji fəallığa malik qida əlavələrinin 261 adda nümunəsi analiz edilib. Analiz zamanı 244 adda bioloji fəallığa malik qida əlavəsinin keyfiyyət parametrləri istehsalçı tərəfindən təqdim edilmiş sənədlərə uyğun olduğu, 17 adda nümunənin istehsalçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilmiş keyfiyyət parametrlərində uyğunsuzluq müəyyən edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/15/441306193_48:0:1153:829_1920x0_80_0_0_34ae01b2bc58793f7b748e9b1797bcef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dərman, zərərli maddə, aşkar, səhiyyə nazirliyi
dərman, zərərli maddə, aşkar, səhiyyə nazirliyi
Ölkəyə gətirilən arıqlama məhsullarında təhlükəli maddə aşkarlanıb
19:27 27.09.2022 (Yenilənib: 19:47 27.09.2022) Güclü təsir edən maddələrin siyahısına daxil edilmiş sibutramin adlı maddə piylənmənin müalicəsi üçün istifadə olunan dərmanlar qrupuna aiddir və artıq çəkili xəstələrin kompleks baxım terapiyasında istifadə olunur.
BAKI, 27 sentyabr — Sputnik. Azərbaycana gətirilən arıqlama məhsullarında təhlükəli maddə aşkarlanıb
Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Qeyd olunub ki, ötən həftə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq İdarəsi Mərkəzə məktub əsasında təqdim edilən "Fatzorb", "Lipotrim", "Seksualnaya fiqura" və "Jira blokator" adlı məhsulların ekspertizasını aparıb.
AEM-in Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasından mətbuat xidmətinə verilən məlumata görə, ekspertiza zamanı "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları"nın təsdiq edilməsi barədə qanuna əsasən güclü təsir edən maddələrin siyahısına daxil edilmiş sibutramin adlı maddə aşkar edilib.
Sibutramin, toxluq hissini artıran anoreksigen maddədir, amfetamin törəməsidir. Piylənmənin müalicəsi üçün istifadə olunan dərmanlar qrupuna aiddir və artıq çəkili xəstələrin kompleks baxım terapiyasında istifadə olunur.
Avropa Birliyinin ölkələrində sibutraminin istifadəsi, Avropa Dərman Agentliyi tərəfindən subitramin tərkibli dərmanın yan təsirlərinin riskləri ilə bağlı tədqiqatların nəticələrindən sonra 2010-cu ildə dayandırılıb.
Həmçinin FDA istehsalçılardan, istifadə üçün təlimatlarda ürək-damar xəstəlikləri olan xəstələrdə sibutraminin istifadəsi qadağan olduğunu göstərməyi tələb etdi. Bundan başqa, sibutramin Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunmuş maddələr siyahısına daxil edilib.
Qeyd edək ki, 1-22 sentyabrda Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasında idxal və qeydiyyat proseduru zamanı, dərman vasitələrinin, bioloji fəallığa malik qida əlavələrinin, tibb vasitələrindən olan birdəfəlik şprislərin və digər qurumlardan məktub əsasında daxil olmuş nümunələrin analizi həyata keçirilib.
Dərman vasitələrinin idxalı zamanı 1750 adda nümunə analiz edilib, nəticələrdə uyğunsuzluq aşkarlanmayıb. Bioloji fəallığa malik qida əlavələrinin 261 adda nümunəsi analiz edilib. Analiz zamanı 244 adda bioloji fəallığa malik qida əlavəsinin keyfiyyət parametrləri istehsalçı tərəfindən təqdim edilmiş sənədlərə uyğun olduğu, 17 adda nümunənin istehsalçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilmiş keyfiyyət parametrlərində uyğunsuzluq müəyyən edilib.