https://sputnik.az/20220927/emmanuel-makron-azerbaycan-prezidentine-zeng-edib-446789586.html
Emmanuel Makron Azərbaycan Prezidentinə zəng edib
Emmanuel Makron Azərbaycan Prezidentinə zəng edib
Sputnik Azərbaycan
Sentyabrın 26-da Ermənistanın Baş naziri Nikol Paşinyanla Fransa Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib. 27.09.2022, Sputnik Azərbaycan
2022-09-27T21:21+0400
2022-09-27T21:21+0400
2022-09-27T21:39+0400
siyasət
prezident ilham əliyev
fransa prezidenti emmanuel makron
telefon
ermənistanın baş naziri nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/10/437291032_0:127:2200:1365_1920x0_80_0_0_3e3cde8ca32e3b6578b5b188ac12f23f.jpg
BAKI, 27 sentyabr - Sputnik. Sentyabrın 27-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərtac məlumat yayıb.Bildirilir ki, Fransa Prezidenti sentyabrın 26-da Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş haqqında dövlətimizin başçısına məlumat verib. Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirib.Söhbət zamanı Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar haqqında müzakirə aparılıb. Prezidentlər Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının tezliklə başlanması barədə danışıblar.Xatırladaq ki, dünən Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib və Fransa Prezidenti Emmanuel Makronla görüşüb.Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalamağa başlayıblar.Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/10/437291032_106:0:2094:1491_1920x0_80_0_0_e930a17a55d7691b83e5ae6443598381.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, fransa prezidenti emmanuel makron, telefon, ermənistanın baş naziri nikol paşinyan
prezident ilham əliyev, fransa prezidenti emmanuel makron, telefon, ermənistanın baş naziri nikol paşinyan
Emmanuel Makron Azərbaycan Prezidentinə zəng edib
21:21 27.09.2022 (Yenilənib: 21:39 27.09.2022) Sentyabrın 26-da Ermənistanın Baş naziri Nikol Paşinyanla Fransa Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.
BAKI, 27 sentyabr - Sputnik. Sentyabrın 27-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərtac məlumat yayıb.
Bildirilir ki, Fransa Prezidenti sentyabrın 26-da Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş haqqında dövlətimizin başçısına məlumat verib. Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirib.
Söhbət zamanı Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar haqqında müzakirə aparılıb. Prezidentlər Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının tezliklə başlanması barədə danışıblar.
Xatırladaq ki, dünən Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib və Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalamağa başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.