https://sputnik.az/20220927/dtx-anim-gunu-ile-bagli-videocarx-yayib-446740150.html
DTX Anım Günü ilə bağlı videoçarx yayıb
DTX Anım Günü ilə bağlı videoçarx yayıb
Sputnik Azərbaycan
DTX-nin “Twitter” səhifəsində 27 sentyabr - Azərbaycanda Anım Günü münasibətilə paylaşım edilib, Vətən yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə rəhmət... 27.09.2022, Sputnik Azərbaycan
2022-09-27T11:45+0400
2022-09-27T11:45+0400
2022-09-27T11:45+0400
dtx
cəmiyyət
video-çarx
https://cdnn1.img.sputnik.az/img/07e6/05/07/441728266_0:0:1000:563_1920x0_80_0_0_72089134fc353458dad6b6306f388704.jpg
BAKI, 27 sentyabr — Sputnik. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 27 sentyabr - Anım Günü ilə bağlı videoçarx yayıb.Videoçarx DTX-nin “Twitter” səhifəsində paylaşılıb."27 sentyabr - Azərbaycanda Anım Günüdür. Uca tanrıdan Vətən yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə rəhmət diləyirik!", - paylaşımda qeyd olunub.Qeyd edək ki, bu gün şanlı Vətən müharibəsinin başlanmasından iki il keçir. 2020-ci il sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb.Müdafiə Nazirliyinin 2020-ci il sentyabrın 27-də yaydığı məlumata görə, həmin gün Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/07/441728266_169:0:1000:623_1920x0_80_0_0_c7888714cd78d58e93d131d4e0269efe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dtx, video-çarx
DTX Anım Günü ilə bağlı videoçarx yayıb
DTX-nin “Twitter” səhifəsində 27 sentyabr - Azərbaycanda Anım Günü münasibətilə paylaşım edilib, Vətən yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə rəhmət dilənib.
BAKI, 27 sentyabr — Sputnik. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 27 sentyabr - Anım Günü ilə bağlı videoçarx yayıb.
Videoçarx DTX-nin “Twitter” səhifəsində paylaşılıb.
"27 sentyabr - Azərbaycanda Anım Günüdür. Uca tanrıdan Vətən yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə rəhmət diləyirik!", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, bu gün şanlı Vətən müharibəsinin başlanmasından iki il keçir. 2020-ci il sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb.
Müdafiə Nazirliyinin 2020-ci il sentyabrın 27-də yaydığı məlumata görə, həmin gün Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.