SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində işləməyə sadiqik - BMT

əhali - Sputnik Azərbaycan, 1920, 27.09.2022
Abunə olmaq
BMT-nin Azərbaycandakı Nümayəndəliyinin "Twitter" hesabında qeyd olunur ki, təşkilat Cənubi Qafqazda sülh və Dayanıqlı İnkişaf Məqsədlərinin inkişafı istiqamətində işləməyə sadiq qalır.
BAKI, 27 sentyabr — Sputnik. BMT Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində işləməyə sadiq qalır.
Bu barədə BMT-nin Azərbaycandakı Nümayəndəliyi "Twitter" hesabında yazıb.
Məlumatda sentyabrın 27-də Ermənistan-Azərbaycan münaqişəsində həlak olanların yad edildiyi, şəhidlərin və yaralananların ailələrinə dərin hüznlə başsağlığı verildiyi bildirilib.
“BMT Cənubi Qafqazda sülh və Dayanıqlı İnkişaf Məqsədlərinin inkişafı istiqamətində işləməyə sadiq qalır”, - paylaşımda qeyd olunub.
Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
Xatırladaq ki, Müdafiə Nazirliyinin 2020-ci il sentyabrın 27-də yaydığı məlumata görə, həmin gün Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.
 İsrailin Azərbaycandakı səfiri Corc Dik  - Sputnik Azərbaycan, 1920, 27.09.2022
SİYASƏT
İsrail səfiri Azərbaycan xalqına başsağlığı verib
Xəbər lenti
0