Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

XİN və Müdafiə Nazirliyi Anım Günü ilə bağlı paylaşım ediblər

© Sputnik / Emin AlisahibBərdədə Şəhid Xudayar Yusifzadənin anım günü
Bərdədə Şəhid Xudayar Yusifzadənin anım günü - Sputnik Azərbaycan, 1920, 26.09.2022
Abunə olmaq
XİN: Şəhidlərimizin əziz xatirəsini dərin hörmət, ehtiram və qürurla yad edirik
BAKI, 26 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tviter hesabında 27 sentyabr Anım Günü ilə bağlı paylaşım edib.
Paylaşımda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.
"27 sentyabr - Anım Günündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət, ehtiram və qürurla yad edirik", - paylaşımda qeyd olunub.
Azərbaycanın Müdafiə Nazirliyi də tviter hesabında 27 sentyabr Anım Günü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Şəhidlərimizi qürurla anırıq! Qarabağ Azərbaycandır, şəhidlər ölməz, Anım Günü”.
Xəbər lenti
0