https://sputnik.az/20220926/siginacaqda-qotur-xesteliyine-yoluxan-usaqlar-mualice-olunmur-resmi-aciqlama-446721942.html
Sığınacaqda qotur xəstəliyinə yoluxan uşaqlar müalicə olunmur? Rəsmi açıqlama
Sığınacaqda qotur xəstəliyinə yoluxan uşaqlar müalicə olunmur? Rəsmi açıqlama
Sputnik Azərbaycan
TƏBİB-dən bildirilib ki, dermatit aşkar edilən uşaqlar isə 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə yerləşdiriliblər və müalicələri davam edir. 26.09.2022, Sputnik Azərbaycan
2022-09-26T18:27+0400
2022-09-26T18:27+0400
2022-09-26T18:29+0400
sığınacaq
cəmiyyət
xəstəlik
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/18/436622455_0:160:3072:1888_1920x0_80_0_0_9cd14d1db7a65a36d2c7d6c875c57a55.jpg
BAKI, 26 sentyabr — Sputnik. Bir müddətdir ki, mətbuatda sığınacaqda olan uşaqların qotura yoluxduğunu əks etdirən məlumat yayılmışdı. Həmin uşaqların hansı sığınacaqdan olduğu bildirilməsə də, Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə əllərindəki qotura bənzər səpgilərə görə 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserinə yerləşdirilən azyaşlıların müalicə olunmadan sığınacağa qaytarıldığını qeyd edib. O bildirib ki, dispanserə aparılarkən səpgi uşaqların təkcə əllərində vardı, indi isə bütün bədənlərinə yayılıb:"Sığınacağımıza yeni yerləşdirilən uşaqlar tibbi müayinədən keçirilərkən dermatoloq əllərindəki səpgilərin qotura oxşadığını bildirdi. Ona görə də dörd gün öncə bu uşaqları 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserinə yerləşdirdik. Daha sonra bizdən dərman istədilər, onu da apardıq, hətta uşaqların yanına bir könüllümüzü də qoyduq. Nəticədə isə bu görüntülər ortaya çıxdı. Necə "güclü" müalicə aparılıbsa, əvvəl səpgi təkcə əllərində idi, indi bütün bədənlərinə yayılıb. Uşaqlar "sağlamdır" diaqnozu ilə sığınacağa göndəriliblər. Məqsəd nədir? Niyə xəstələrə, özü də uşaq olan pasiyentlərə etinasız yanaşılır? Mütəxəssislərinizi təcili göndərin, bu körpələri harada istəyirsiniz, müalicə edib sağaldın və bizə təhvil verin".Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Sputnik Azərbaycan-a bildirilib ki, Səhiyyə Nazirliyinin nəzdində olan Respublika Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi dezinfeksiya edilib. Adıçəkilən sığınacağa yeni daxil olan uşaqlar 19 sentyabrda 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə yerləşdiriliblər. Analizlərə əsasən uşaqlara qoturluq diaqnozu qoyulub. Uşaqların müvafiq müalicələri aparılıb və yenidən analizlər götürülüb. Analizlərin nəticəsinə görə, qoturluq aşkarlanmayıb və bu səbəbdən də onlar baxıcılarının müşayiəti ilə sığınacağa qaytarılıb. Bununla belə, ötən gün TƏBİB tərəfindən sığınacağa həkim briqadası göndərilib, psixiatrik-nevroloji problemi olan uşaqlar nevropatoloq tərəfindən müayinə olunub. Eyni zamanda uşaqlarda qeydə alınan qaşıntı ilə bağlı da həkim müayinəsi aparılıb, qoturluq inkar olunub, dermatit aşkar edilib. Dermatit aşkar edilən uşaqlar isə 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə yerləşdiriliblər və müalicələri davam edir.Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə öz sosial media hesabında sığınacaqdakı uşaqlar arasında qotura bənzər dəri xəstəliyinin yayıldığını və xəstəxanada müalicələri tamamlanmadan onların ambulator müalicəyə buraxıldığı haqda paylaşım etmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/18/436622455_171:0:2902:2048_1920x0_80_0_0_3efd565d3ebaa18a09dcd3c85fd7810d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
sığınacaq, xəstəlik
Sığınacaqda qotur xəstəliyinə yoluxan uşaqlar müalicə olunmur? Rəsmi açıqlama
18:27 26.09.2022 (Yenilənib: 18:29 26.09.2022) TƏBİB-dən bildirilib ki, dermatit aşkar edilən uşaqlar isə 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə yerləşdiriliblər və müalicələri davam edir.
BAKI, 26 sentyabr — Sputnik. Bir müddətdir ki, mətbuatda sığınacaqda olan uşaqların qotura yoluxduğunu əks etdirən məlumat yayılmışdı. Həmin uşaqların hansı sığınacaqdan olduğu bildirilməsə də, Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə əllərindəki qotura bənzər səpgilərə görə 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserinə yerləşdirilən azyaşlıların müalicə olunmadan sığınacağa qaytarıldığını qeyd edib. O bildirib ki, dispanserə aparılarkən səpgi uşaqların təkcə əllərində vardı, indi isə bütün bədənlərinə yayılıb:
"Sığınacağımıza yeni yerləşdirilən uşaqlar tibbi müayinədən keçirilərkən dermatoloq əllərindəki səpgilərin qotura oxşadığını bildirdi. Ona görə də dörd gün öncə bu uşaqları 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserinə yerləşdirdik. Daha sonra bizdən dərman istədilər, onu da apardıq, hətta uşaqların yanına bir könüllümüzü də qoyduq. Nəticədə isə bu görüntülər ortaya çıxdı. Necə "güclü" müalicə aparılıbsa, əvvəl səpgi təkcə əllərində idi, indi bütün bədənlərinə yayılıb. Uşaqlar "sağlamdır" diaqnozu ilə sığınacağa göndəriliblər. Məqsəd nədir? Niyə xəstələrə, özü də uşaq olan pasiyentlərə etinasız yanaşılır? Mütəxəssislərinizi təcili göndərin, bu körpələri harada istəyirsiniz, müalicə edib sağaldın və bizə təhvil verin".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Sputnik Azərbaycan-a bildirilib ki, Səhiyyə Nazirliyinin nəzdində olan Respublika Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi dezinfeksiya edilib. Adıçəkilən sığınacağa yeni daxil olan uşaqlar 19 sentyabrda 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə yerləşdiriliblər. Analizlərə əsasən uşaqlara qoturluq diaqnozu qoyulub. Uşaqların müvafiq müalicələri aparılıb və yenidən analizlər götürülüb. Analizlərin nəticəsinə görə, qoturluq aşkarlanmayıb və bu səbəbdən də onlar baxıcılarının müşayiəti ilə sığınacağa qaytarılıb. Bununla belə, ötən gün TƏBİB tərəfindən sığınacağa həkim briqadası göndərilib, psixiatrik-nevroloji problemi olan uşaqlar nevropatoloq tərəfindən müayinə olunub. Eyni zamanda uşaqlarda qeydə alınan qaşıntı ilə bağlı da həkim müayinəsi aparılıb, qoturluq inkar olunub, dermatit aşkar edilib. Dermatit aşkar edilən uşaqlar isə 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə yerləşdiriliblər və müalicələri davam edir.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə öz sosial media hesabında sığınacaqdakı uşaqlar arasında qotura bənzər dəri xəstəliyinin yayıldığını və xəstəxanada müalicələri tamamlanmadan onların ambulator müalicəyə buraxıldığı haqda paylaşım etmişdi.