https://sputnik.az/20220926/qrossiden-rana-cagiris-problemlerin-birge-helli-yollarini-tapmaliyiq-446714723.html
Qrossidən İrana çağırış: "Problemlərin birgə həlli yollarını tapmalıyıq"
Qrossidən İrana çağırış: "Problemlərin birgə həlli yollarını tapmalıyıq"
Sputnik Azərbaycan
Bazar ertəsi Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş Konfransının illik sessiyası işinə başlayıb. 26.09.2022, Sputnik Azərbaycan
2022-09-26T16:02+0400
2022-09-26T16:02+0400
2022-09-26T16:02+0400
iran
dünya xəbərləri
maqate
nüvə
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445537258_0:160:3072:1888_1920x0_80_0_0_225dcf6f2f6b7815c4774db3316b0f4c.jpg
BAKI, 26 sentyabr — Sputnik. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi İranı MAQATE ilə mövcud fikir ayrılıqlarının birgə həllini tapmağa çağırıb.Vyanada MAQATE Baş Konfransının 66-cı illik sessiyasının açılışında çıxış edən Qrossi "problemlərin birgə həlli yollarını tapmalıyıq" deyib.O əlavə edib ki, konfrans çərçivəsində İranın Atom Enerjisi Təşkilatının rəhbəri ilə görüş keçirmək niyyətindədir.Bazar ertəsi Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş Konfransının illik sessiyası işinə başlayıb. Tədbir sentyabrın 30-dək davam edəcək və MAQATE-yə üzv 175 dövlətin nümayəndələrini bir araya gətirəcək.Ötən ilin illik hesabatı və 2023-cü il büdcəsindən nüvə elmi, texnologiyası və tətbiqləri ilə bağlı görülmüş işlərin perspektivlərinə qədər bir sıra mövzuları əhatə edəcək.İranın nüvə proqramı üzrə sazişin həyata keçirilməsi üzrə Birgə Komissiyaya Rusiya, Böyük Britaniya, Almaniya, Çin, İran və Fransa daxildir. Sazişə əvvəl ABŞ da daxil idi.İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) 2015-ci ildə bu ölkənin nüvə inkişafı ilə bağlı böhranı aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurasının Daimi Beşliyi və Almaniya tərəfindən imzalanıb.2018-ci ildə ABŞ-ın ozamankı prezidenti, respublikaçı Donald Tramp bu sazişdən çıxmaq qərarına gəlib. ABŞ-ın hazırkı lideri Co Bayden dəfələrlə Vaşinqtonu Tehranla nüvə sazişinə qaytarmağa hazır olduğuna işarə edib.Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa keçən ilin aprelindən Vyanada İranla JCPOA-nın ilkin formada bərpası üçün danışıqlar aparır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445537258_171:0:2902:2048_1920x0_80_0_0_24b18a5545653d1f2d698f59354fe956.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, maqate, nüvə
Qrossidən İrana çağırış: "Problemlərin birgə həlli yollarını tapmalıyıq"
Bazar ertəsi Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş Konfransının illik sessiyası işinə başlayıb.
BAKI, 26 sentyabr — Sputnik. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi İranı MAQATE ilə mövcud fikir ayrılıqlarının birgə həllini tapmağa çağırıb.
Vyanada MAQATE Baş Konfransının 66-cı illik sessiyasının açılışında çıxış edən Qrossi "problemlərin birgə həlli yollarını tapmalıyıq" deyib.
O əlavə edib ki, konfrans çərçivəsində İranın Atom Enerjisi Təşkilatının rəhbəri ilə görüş keçirmək niyyətindədir.
Bazar ertəsi Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş Konfransının illik sessiyası işinə başlayıb. Tədbir sentyabrın 30-dək davam edəcək və MAQATE-yə üzv 175 dövlətin nümayəndələrini bir araya gətirəcək.
Ötən ilin illik hesabatı və 2023-cü il büdcəsindən nüvə elmi, texnologiyası və tətbiqləri ilə bağlı görülmüş işlərin perspektivlərinə qədər bir sıra mövzuları əhatə edəcək.
İranın nüvə proqramı üzrə sazişin həyata keçirilməsi üzrə Birgə Komissiyaya Rusiya, Böyük Britaniya, Almaniya, Çin, İran və Fransa daxildir. Sazişə əvvəl ABŞ da daxil idi.
İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) 2015-ci ildə bu ölkənin nüvə inkişafı ilə bağlı böhranı aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurasının Daimi Beşliyi və Almaniya tərəfindən imzalanıb.
2018-ci ildə ABŞ-ın ozamankı prezidenti, respublikaçı Donald Tramp bu sazişdən çıxmaq qərarına gəlib. ABŞ-ın hazırkı lideri Co Bayden dəfələrlə Vaşinqtonu Tehranla nüvə sazişinə qaytarmağa hazır olduğuna işarə edib.
Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa keçən ilin aprelindən Vyanada İranla JCPOA-nın ilkin formada bərpası üçün danışıqlar aparır.