Hikmət Hacıyev ABŞ rəsmisi ilə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə edib
© Sputnik / Murad OrudjevПомощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев
© Sputnik / Murad Orudjev
Abunə olmaq
Görüşdə həmçinin ikitərəfli strateji əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
BAKI, 26 sentyabr - Sputnik. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ dövlət katibi Entoni Blinkenin köməkçisi Karen Donfriedlə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə edib.
Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyinin tvitterində yazılıb.
Görüşdə həmçinin ikitərəfli strateji əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
H.Hacıyev və K.Donfried arasında keçirilmiş görüşdə 🇦🇿-🇦🇲münasibətlərinin normallaşdırılması prosesinin hazırki vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası və nəqliyyat məsələləri, o cümlədən 🇦🇿-🇺🇸 ikitərəfli strateji əlaqələrinin inkişaf perspektivləri müzakirə olundu pic.twitter.com/WXGX9xynbY
— Emb of Azerbaijan US (@azembassyus) September 26, 2022