https://sputnik.az/20220926/ermenistan-terefinin-kelbecerde-basdirdigi-minalar-askarlandi-446714583.html
Ermənistan tərəfinin Kəlbəcərdə basdırdığı minalar aşkarlandı
Ermənistan tərəfinin Kəlbəcərdə basdırdığı minalar aşkarlandı
Sputnik Azərbaycan
Aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 24-ü və 25-i tarixlərində rayonun Alagöllər ərazisində və digər istiqamətlərdə aşkarlanmış minalar... 26.09.2022, Sputnik Azərbaycan
2022-09-26T16:52+0400
2022-09-26T16:52+0400
2022-09-26T16:52+0400
mina
azərbaycan-ermənistan sərhədində vəziyyət
işğaldan azad edilmiş ərazilər
müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1a/446708882_0:65:800:515_1920x0_80_0_0_0573dd900cd960174f39c28300513a83.jpg
BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Kəlbəcər rayonunda ermənilərin basdırdığı daha 379 mina aşkarlayıb.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 24-ü və 25-i tarixlərində rayonun Alagöllər ərazisində və digər istiqamətlərdə 370 ədəd piyada əleyhinə PMN-Э və 9 ədəd tank əleyhinə TM-62 minası aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.Xatırladaq ki, sentyabrın 22-si saat 23:45-dən sentyabrın 23-ü saat 08:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı, Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi, Kəlbəcər rayonunun Keşdək və Barmaqbinə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1a/446708882_14:0:786:579_1920x0_80_0_0_4db97ba9b49753d0aa8e9992e48de0a3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mina, işğaldan azad edilmiş ərazilər, müdafiə nazirliyi
mina, işğaldan azad edilmiş ərazilər, müdafiə nazirliyi
Ermənistan tərəfinin Kəlbəcərdə basdırdığı minalar aşkarlandı
Aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 24-ü və 25-i tarixlərində rayonun Alagöllər ərazisində və digər istiqamətlərdə aşkarlanmış minalar təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Kəlbəcər rayonunda ermənilərin basdırdığı daha 379 mina aşkarlayıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 24-ü və 25-i tarixlərində rayonun Alagöllər ərazisində və digər istiqamətlərdə 370 ədəd piyada əleyhinə PMN-Э və 9 ədəd tank əleyhinə TM-62 minası aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Xatırladaq ki, sentyabrın 22-si saat 23:45-dən sentyabrın 23-ü saat 08:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı, Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi, Kəlbəcər rayonunun Keşdək və Barmaqbinə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.