https://sputnik.az/20220926/azerbaycan-meshur-musabiqeden-imtina-etdi-446721507.html
Azərbaycan məşhur müsabiqədən imtina etdi
Azərbaycan məşhur müsabiqədən imtina etdi
Sputnik Azərbaycan
Azərbaycan builki "Uşaq Avroviziyası – 2022" mahnı müsabiqəsində iştirak etməyəcək. Müsabiqə Ermənistanın paytaxtı İrəvanda keçiriləcək 26.09.2022, Sputnik Azərbaycan
2022-09-26T18:56+0400
2022-09-26T18:56+0400
2022-09-26T18:56+0400
azərbaycan
mədəniyyət
eurovision
https://cdnn1.img.sputnik.az/img/41798/93/417989397_0:0:1280:721_1920x0_80_0_0_f5007f4e335e04e955d8dc73c3013bbd.jpg
BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan Ermənistanın paytaxtı İrəvanda keçiriləcək "Uşaq Avroviziyası – 2022" mahnı müsabiqəsində iştirak etməyəcək.Bu barədə Sputnik Azərbaycan-a İTV-dən məlumat verilib. Azərbaycanın müsabiqədə iştirak etməməyinin səbəbi bu il potensial iştirakçının olmamasıdır: "Azərbaycan hər il iştirak etməyib. Elə illər olub ki, Azərbaycan iştirak edib, elə illər də olub ki, "Uşaq Avroviziyası"ndan imtina edib. Buna səbəb isə həmin il müsabiqədə təmsil olunacaq uşağın olmamasıdır. Yəni, bunun İrəvanda keçirilməsi ilə əlaqəsi yoxdur".Qeyd edək ki, "Uşaq Avroviziyası-2022" mahnı müsabiqəsi bu il dekabrın 11-də keçiriləcək.Xatırladaq ki, ötən il Parisdə təşkil olunan "Uşaq Avroviziyası – 2021" mahnı müsabiqəsində Azərbaycanı "One of those days" ("O günlərdən biri") mahnısı ilə Sona Əzizova təmsil etmişdi. Sonadan öncə sözügedən müsabiqədə 2012-ci ildə Ömər Sultanov və Suada Ələkbərova, 2013-cü ildə Rüstəm Kərimov, 2016-cı ildə isə Fidan Hüseynova ölkəmizi təmsil ediblər.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41798/93/417989397_112:0:1249:853_1920x0_80_0_0_b53406b049c7e843e34053894457e3cb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, eurovision
Azərbaycan məşhur müsabiqədən imtina etdi
Azərbaycan builki "Uşaq Avroviziyası – 2022" mahnı müsabiqəsində iştirak etməyəcək. Müsabiqə Ermənistanın paytaxtı İrəvanda keçiriləcək
BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan Ermənistanın paytaxtı İrəvanda keçiriləcək "Uşaq Avroviziyası – 2022" mahnı müsabiqəsində iştirak etməyəcək.
Bu barədə Sputnik Azərbaycan-a İTV-dən məlumat verilib. Azərbaycanın müsabiqədə iştirak etməməyinin səbəbi bu il potensial iştirakçının olmamasıdır: "Azərbaycan hər il iştirak etməyib. Elə illər olub ki, Azərbaycan iştirak edib, elə illər də olub ki, "Uşaq Avroviziyası"ndan imtina edib. Buna səbəb isə həmin il müsabiqədə təmsil olunacaq uşağın olmamasıdır. Yəni, bunun İrəvanda keçirilməsi ilə əlaqəsi yoxdur".
Qeyd edək ki, "Uşaq Avroviziyası-2022" mahnı müsabiqəsi bu il dekabrın 11-də keçiriləcək.
Xatırladaq ki, ötən il Parisdə təşkil olunan "Uşaq Avroviziyası – 2021" mahnı müsabiqəsində Azərbaycanı "One of those days" ("O günlərdən biri") mahnısı ilə Sona Əzizova təmsil etmişdi. Sonadan öncə sözügedən müsabiqədə 2012-ci ildə Ömər Sultanov və Suada Ələkbərova, 2013-cü ildə Rüstəm Kərimov, 2016-cı ildə isə Fidan Hüseynova ölkəmizi təmsil ediblər.