CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürət qatarları paytaxtın problemini həll edə bilərmi?

© Official website of President of Azerbaijan RepublicSürət qatarı
Sürət qatarı - Sputnik Azərbaycan, 1920, 25.09.2022
Abunə olmaq
İnfrastruktur formalaşdıqdan sonra müəyyən ərazilərdə yaşayanlar üçün hərəkət daha asan olacaq.
BAKI, 25 sentyabr — Sputnik. Urbanizasiya, iş yerlərinin böyük əksəriyyətinin Bakıda fəaliyyət göstərməsi, tikintilərin böyük qisminin də elə buarada aparılması son illərdə paytaxtın daha da yüklənməsinə səbəb olub.
Bu gün bir çox inkişaf etmiş ölkələr bu vəziyyətlə mübarizə aparmaq üçün sürət qatarlarından istifadə edirlər. Belə olan halda 10-11 saatlıq yolları 2.5-3 saata qət etmək mümkün olur. Daha uzaq şəhərlərlə müqayisədə daha yaxın şəhərlər üçün bu saat bir qədər də azalır.
Maraqlıdır, sürət qatarları ilə bağlı infrastruktur tam qurularsa, bu zaman müxtəlif rayonlardan gediş-gəliş imkan yaradılarmı?
Azərbaycanda sürət qatarlarının potensialı nədir, bunu araşdırmağa çalışdıq.
Dəmir yolu üzrə ekspert Yasin Mustafa Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, sürət qatarlarının sürəti hazırda tam arzuolunan həddə deyilŞ, infrasturkturun formalaşması çox böyük zaman alacaq.
Lakin infrastruktur formalaşdıqdan sonra müəyyən ərazilərdə yaşayanlar üçün hərəkət daha asan olacaq.
O qeyd edir ki, sürət qatarları ilə bağlı lazım olan işlər görüldükdən sonra bu nəqliyyat vasitələrin nə dərəcədə sıxlıqla hərəkət etməsi xüsusi önəm kəsb edəcək: "Yəni bu nəqliyyat vasitələrinin sürəti, tam qrafiklə işləməsi və intervallardakı sıxlıq rayonlarda yaşayanlar üçün həlledici əhəmiyyətə malik olacaq. Təbii ki, intervalda sıxlıq olarsa, gündəlik iş üçün müxtəlif rayonlardan Bakıya gəlib-gedən şəxs yaşamaq üçün ailəsi ilə paytaxta köçmək məcburiyyətində qalmayacaq. Belə olan halda Ucar kimi yaxın rayonlardan, şəhərlərdən gündəlik axın ola bilər".
Lakin ekspertin sözlərinə görə bu nəqliyyat vasitəsi çox uzaq ərazilərdə yaşayanlar üçün əlverişli olmaz.
Əsas problemlərdən biri - sürət qatarları yüksək sürət qət edə bilmir
Dəmir yolları üzrə digər ekspert Rauf Ağamirzəyev isə Sputnik Azərbaycan-a açıqlamasında qeyd edir ki, müvafiq struktur olmadığından Azərbaycanda mövcud sürət qatarlarının yüksək sürət qət etməsi mümükün deyil: "Sürət qatarının bir parametri var. Nəqliyyat vasitəsi bu parametrlərə cavab verirsə, bu zaman o sürət qatarı sayılır. Ümumiyyətlə, bu infrastrukturun formalaşması böyük investisiya tələb edir".
Nələr edilməlidir?
Həmsöhbətimiz bildirir ki, respublika üzrə hərəkət edən qatarların sürət həddini artırmaq üçün əlavə mühəndis həlləri olmalıdır. Yəni əsas sürətlə hərəkət edən qatarın qarşısına maneənin çıxmaması üçün müəyyən hissədə çəpərləmə işləri aparılmalı, yeraltı-yerüstü keçidlər, insan və heyvan üçün keçidlər olmalıdır: "Sürəti müəyyən sahələrdə təmin etmək olar. Mövcud olduğu yerdə infrasturktur imkan verərsə sürətli qatarda sürəti artırmaq mümkündür".
"Yəni müəyyən təkmilləşmə işləri aparmaqla bəzi yerlərdə sürət həddini artırmaq olar", - deyə o əlavə edib.
Ekspert bildirir ki, “Azərbaycan Dəmir Yolları” QSC yaxın gələcəkdə Bakı-Gəncə istiqamətində hərəkətin müddətini 3 saata çatdırmaq istəyir: "Bunun üçün də müəyyən həllər olmalı, təhlükəsizlik tədbirlərini artırılmalıdır".
Sürətin artmasına başqa nələr mane olur və nələr edilməlidir?
Mütəxəssis deyir ki, sürət qatarları və yüksək sürətli qatarlar fərqlidir: "Bizim aldığımız və parkımızda olan qatarlar 160 km/saat sürəti üçün nəzərdə tutulub. Yəni sürətli hərəkəti inkişaf etdirməkdən ötrü heç olmasaüç mənzildən biri üçyollu sərnişin qatarlarının "obqonu" üçün olmalıdır. Çünki adi ikiyolla ya yük qatarları sərnişin qatarının cədvəlini dağıdacaq, ya da sürət qatarları yük qatarlarının fəaliyyətinə mane olacaq".
"Ümumiyyətlə, bizdə bütün qatarlar eyni yolla gedir və bunların bir-birinə mane olmaması üçün bəzi mənzillərdə əlavə yollar tikilməlidir. Bundan başqa, əsas hərəkətin idarə olunması yüksək səviyyədə olmalıdır, cədvəllər elə tərtib olunmalıdır ki, qatarlar bir-birinə mane yaratmasınlar", - deyə o əlavə edib.
Effektivliyi nədir?
Bu haqda danışan Yasin Mustafa bildiri ki, sürət qatarlarının geniş arealı əhatə etməsi nəinki xərcləri, eyni zamanda da tıxac problemini azaldır.
Hansı işlər görülür?
Ekspert deyir ki, Azərbaycanda da son illər mövcud dəmir yolu xətlərinin sürətli qatarlara uyğunlaşdıırlması isitqamətində işlər görülür, Bakı-Qazax istiqamətində infrastruktur yaradılıb.
Qeyd edək ki, hazırda Azərbaycanda bu vağzallar fəaliyyət göstərir:
Bakı Dəmiryol Vağzalı
Sabunçu Dəmiryol Vağzalı
Sumqayıt Dəmiryol Vağzalı
Gəncə Dəmiryol Vağzalı
Qəbələ Dəmiryol Vağzalı
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İsveçrənin “Stadler Rail Qrup Şirkəti” ilə daha 10 yeni qatarın alınması barədə müqavilə bağlayıb.
Bunlardan 4-ü dizel, 6-sı birmərtəbəli elektrik qatarlarıdır. Elektrik qatarlarının 2023-cü ildə ölkəyə gətirilməsi nəzərdə tutulub.
Xəbər lenti
0