https://sputnik.az/20220925/revanda-silahli-insident-bas-verib-olen-ve-yaralanan-var-446666191.html
İrəvanda silahlı insident baş verib: ölən və yaralanan var
İrəvanda silahlı insident baş verib: ölən və yaralanan var
Sputnik Azərbaycan
Polis və istintaq şöbəsi ölən və yaralananların şəxsiyyətini müəyyənləşdirir. Faktla bağlı adam öldürmə və adam öldürməyə cəhd maddələri ilə cinayət işi... 25.09.2022, Sputnik Azərbaycan
2022-09-25T07:45+0400
2022-09-25T07:45+0400
2022-09-25T09:09+0400
dünya xəbərləri
ermənistan
irəvan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434027722_0:245:3206:2048_1920x0_80_0_0_68a68cf93c23d1a2c4483a4ad7cc4aa3.jpg
BAKI, 25 sentyabr - Sputnik. Ermənistanın paytaxtı İrəvanda baş verən silahlı insident zamanı bir nəfər ölüb, daha bir nəfər yaralanıb.Bu barədə "Shamshyan.com" saytı məlumat yayıb. Bildirilir ki, atışma Malatiya-Sebastiya inzibati rayonunda, Serentsi küçəsində yerləşən qızıl bazarının arxasındakı anbarda olub.Hadisə yerinə gələn polis əməkdaşları burada bir kişi meyiti aşkarlayıb. İnsident zamanı xəsarət alan daha 1 nəfərə ilkin tibbi yardım göstərilib və o, tibb mərkəzinə aparılıb.Ərazidə çoxlu sayda tüfəng, tapança patronları və qan izləri aşkarlanıb.Polis və istintaq şöbəsi ölən və yaralananların şəxsiyyətini müəyyənləşdirir. Faktla bağlı adam öldürmə və adam öldürməyə cəhd maddələri ilə cinayət işi başlanıb.Hadisə yerində həmçinin üzərində güllə izləri olan “Lexus” və “Mercedes” markalı avtomobillər aşkar edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434027722_384:0:3115:2048_1920x0_80_0_0_586e4a85511072b21ab9472a6e5e4330.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, irəvan
İrəvanda silahlı insident baş verib: ölən və yaralanan var
07:45 25.09.2022 (Yenilənib: 09:09 25.09.2022) Polis və istintaq şöbəsi ölən və yaralananların şəxsiyyətini müəyyənləşdirir. Faktla bağlı adam öldürmə və adam öldürməyə cəhd maddələri ilə cinayət işi başlanıb.
BAKI, 25 sentyabr - Sputnik. Ermənistanın paytaxtı İrəvanda baş verən silahlı insident zamanı bir nəfər ölüb, daha bir nəfər yaralanıb.
Bu barədə "Shamshyan.com" saytı məlumat yayıb.
Bildirilir ki, atışma Malatiya-Sebastiya inzibati rayonunda, Serentsi küçəsində yerləşən qızıl bazarının arxasındakı anbarda olub.
Hadisə yerinə gələn polis əməkdaşları burada bir kişi meyiti aşkarlayıb. İnsident zamanı xəsarət alan daha 1 nəfərə ilkin tibbi yardım göstərilib və o, tibb mərkəzinə aparılıb.
Ərazidə çoxlu sayda tüfəng, tapança patronları və qan izləri aşkarlanıb.
Polis və istintaq şöbəsi ölən və yaralananların şəxsiyyətini müəyyənləşdirir. Faktla bağlı adam öldürmə və adam öldürməyə cəhd maddələri ilə cinayət işi başlanıb.
Hadisə yerində həmçinin üzərində güllə izləri olan “Lexus” və “Mercedes” markalı avtomobillər aşkar edilib.