https://sputnik.az/20220925/oynaqlariniz-beliniz-agriyirsa-elleriniz-uyusursa-ciddi-bir-xesteliyin-astanasindasiniz-446653428.html
Oynaqlarınız, beliniz ağrıyırsa, əlləriniz uyuşursa, ciddi bir xəstəliyin astanasındasınız
Oynaqlarınız, beliniz ağrıyırsa, əlləriniz uyuşursa, ciddi bir xəstəliyin astanasındasınız
Sputnik Azərbaycan
Xəstəlik vaxtında aşkar edilib müalicə olunmadıqda qığırdağın nazikləşməsi, sümük başlarının bir-birinə sürtülməsi baş verir. 25.09.2022, Sputnik Azərbaycan
2022-09-25T09:33+0400
2022-09-25T09:33+0400
2022-09-25T09:33+0400
ağrı
səhiyyə
https://cdnn1.img.sputnik.az/img/42318/80/423188081_0:0:2001:1125_1920x0_80_0_0_e16030264651849e78702104ffed5c10.jpg
BAKI, 25 sentyabr - Sputnik. Hərəkət zamanı ağrı ilə birgə şişkinlik də müşahidə edirsinizsə, oynaqlarda xırçılt, bel ağrısı, əllərin eyni vaxtda uyuşması, duruşun pozulması və yorğunluq, hava dəyişdikdə öncədən ağrılar varsa, mütləq həkim-ortopedə müraciət etmək lazımdır.Bunu Sputnik Azərbaycan-a açıqlamasında ortoped-travmatoloq Müseyib Əhmədov deyib.O bildirir ki, oynaq ağrıları qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir: "Bu problem daha çox yaşı 50-dən yuxarı xəstələrdə qeydə alınır. Xəstəlik vaxtında aşkar edilib müalicə olunmadıqda qığırdağın nazikləşməsi, sümük başlarının bir-birinə sürtülməsi ilə nəticələnir. Qığırdağın belə zədələnməsi oynaqda kəskin ağrılar əmələ gətirir".Bu isə həkimin dediyinə görə osteoartrit xəstəliyidir, oynaqların aşınması deməkdir.Bəs ağrıları azaltmaq üçün nə etmək lazımdır?Həkim bildirir ki, bunun üçün artıq çəkidən azad olmaq, məsləhətdir:"Bundan başqa, bəzi vərdişlərdən də imtina etmək lazımdır. Məsələn, dizləri bükərək oturmaq vərdişini tərgitmək lazımdır. Yaşlılara məsləhət görürəm ki, pilləkən əvəzinə liftdən istifadə etsinlər, mümkün qədər yoxuşlu yollar əvəzinə düz yollarla hərəkətə üstünlük versinlər. Oturaq həyat tərzi keçirən insanlar daha çox açıq havada gəzməli, mümkünsə, yüngül addımlarla müxtəlif məsafələrə yürüşlər etməlidir".Şikayətlər artdığı halda həkimə üz tutmaq məsləhət görülürOrtoped-travmatoloq belə xəstələrə məsləhət bilir ki, dizlərində ağrılar get-gedə artırsa, hərəkət məhdudluğu varsa, dizdə şişkinlik müşahidə edilirsə, deformasiya hiss olunursa, pilləkəni enərkən və qalxarkən, eləcə də gecə yuxudan oyandıran diz ağrıları müşahidə edirlərsə, mütləq həkimə müayinəyə getsinlər:"Çünki, xəstəliyin vaxtında aşkar edilməsi və müalicəsi sizi normal fiziki aktiv həyata qaytarar və cərrahi müdaxilədən qoruyar".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42318/80/423188081_3:0:1782:1334_1920x0_80_0_0_424a8347462a8c1782d2bd240f85ad49.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ağrı
Oynaqlarınız, beliniz ağrıyırsa, əlləriniz uyuşursa, ciddi bir xəstəliyin astanasındasınız
Xəstəlik vaxtında aşkar edilib müalicə olunmadıqda qığırdağın nazikləşməsi, sümük başlarının bir-birinə sürtülməsi baş verir.
BAKI, 25 sentyabr - Sputnik. Hərəkət zamanı ağrı ilə birgə şişkinlik də müşahidə edirsinizsə, oynaqlarda xırçılt, bel ağrısı, əllərin eyni vaxtda uyuşması, duruşun pozulması və yorğunluq, hava dəyişdikdə öncədən ağrılar varsa, mütləq həkim-ortopedə müraciət etmək lazımdır.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında ortoped-travmatoloq Müseyib Əhmədov deyib.
O bildirir ki, oynaq ağrıları qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir:
"Bu problem daha çox yaşı 50-dən yuxarı xəstələrdə qeydə alınır. Xəstəlik vaxtında aşkar edilib müalicə olunmadıqda qığırdağın nazikləşməsi, sümük başlarının bir-birinə sürtülməsi ilə nəticələnir. Qığırdağın belə zədələnməsi oynaqda kəskin ağrılar əmələ gətirir".
Bu isə həkimin dediyinə görə osteoartrit xəstəliyidir, oynaqların aşınması deməkdir.
Bəs ağrıları azaltmaq üçün nə etmək lazımdır?
Həkim bildirir ki, bunun üçün artıq çəkidən azad olmaq, məsləhətdir:
"Bundan başqa, bəzi vərdişlərdən də imtina etmək lazımdır. Məsələn, dizləri bükərək oturmaq vərdişini tərgitmək lazımdır. Yaşlılara məsləhət görürəm ki, pilləkən əvəzinə liftdən istifadə etsinlər, mümkün qədər yoxuşlu yollar əvəzinə düz yollarla hərəkətə üstünlük versinlər. Oturaq həyat tərzi keçirən insanlar daha çox açıq havada gəzməli, mümkünsə, yüngül addımlarla müxtəlif məsafələrə yürüşlər etməlidir".
Şikayətlər artdığı halda həkimə üz tutmaq məsləhət görülür
Ortoped-travmatoloq belə xəstələrə məsləhət bilir ki, dizlərində ağrılar get-gedə artırsa, hərəkət məhdudluğu varsa, dizdə şişkinlik müşahidə edilirsə, deformasiya hiss olunursa, pilləkəni enərkən və qalxarkən, eləcə də gecə yuxudan oyandıran diz ağrıları müşahidə edirlərsə, mütləq həkimə müayinəyə getsinlər:
"Çünki, xəstəliyin vaxtında aşkar edilməsi və müalicəsi sizi normal fiziki aktiv həyata qaytarar və cərrahi müdaxilədən qoruyar".