https://sputnik.az/20220925/muxtelif-kiber-hucumlar-artir---ne-etmek-lazimdir-446680038.html
Müxtəlif kiber hücumlar artır - Nə etmək lazımdır?
Müxtəlif kiber hücumlar artır - Nə etmək lazımdır?
Sputnik Azərbaycan
Müşviq Məmmədov bildirir ki, kiber hücumlardan qorunmaq üçün tanış olmayan ünvanlardan, şəxslərdən gələn məktub və linklərə daxil olmamaq lazımdır 25.09.2022, Sputnik Azərbaycan
2022-09-25T18:37+0400
2022-09-25T18:37+0400
2022-09-25T18:37+0400
kiber hücum
cəmiyyət
haker
haker hücumu
https://cdnn1.img.sputnik.az/img/41981/19/419811931_0:0:3008:1693_1920x0_80_0_0_01c3d0e786e74069ac11b832bd7e4031.jpg
BAKI, 25 sentyabr — Sputnik. İlin əvvəli ilə müqayisədə fidyə proqramları ilə həyata keçirilən hücumların sayı artıb. Belə hücumlar zamanı təcavüzkarlar cihazda saxlanan faylları şifrələyir və onların bərpası üçün fidyə tələb edirlər. Bir qayda olaraq, təcavüzkarlar əvvəlcə kəşfiyyat aparır və cihaza giriş əldə edirlər. Bu, qurban fişinq linkinə kliklədikdə və zərərli sənədi yüklədikdə baş verir. Təcavüzkarlar həmçinin şifrələri təxmin edə və ya proqram təminatındakı boşluqlardan istifadə edə bilərlər. Qurbanın kompüterinə "nüfuz edərək" məlumat şifrələnir, ardınca fidyə tələbi və ya məlumatların dərc edilməsi təhlükəsi gəlir.Bunu Sputnik Azərbaycan-a açıqlamasında “Kaspersky” şirkətinin Azərbaycandaki rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib.O bildirib ki, son zamanlar həmçinin “DDoS” hücumları da qeydə alınıb: “Belə hücumlar zamanı şəbəkənin məlumat buraxılışı imkanını aşan çoxlu sayda sorğu göndərməklə saytın fəaliyyəti bloklanır. Təcavüzkar bir şirkətə kiberhücumu icra etdikdə təbii ki, qarşılığında müəyyən mükafat alır”.M.Məmmədov bildirir ki,son zamanlarda xüsusi kommersiya və ya reputasiya məlumatlarını əldə etmək üçün məqsədyönlü hücumlar aktual olmaqda davam edir: “Bu gün risklər həddindən artıq çox olduğundan biznes və təşkilatlar mümkün təhlükələri qabaqcadan müəyyən etməlidirlər”.M.Məmmədov bildirir ki, bir sıra fırıldaqçılar tanınmış brendlərin adı ilə maskalanırlar: “Hömsöhbətimiz tövsiyə edir ki, bu cür hücumlardan qorunmaq üçün tanış olmayan ünvanlardan, şəxslərdən gələn məktub və linklərə daxil olmamaq lazımdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41981/19/419811931_155:0:2886:2048_1920x0_80_0_0_f1694d7db8b1b48ba032d83cd0cc2605.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kiber hücum, haker, haker hücumu
kiber hücum, haker, haker hücumu
Müxtəlif kiber hücumlar artır - Nə etmək lazımdır?
Müşviq Məmmədov bildirir ki, kiber hücumlardan qorunmaq üçün tanış olmayan ünvanlardan, şəxslərdən gələn məktub və linklərə daxil olmamaq lazımdır
BAKI, 25 sentyabr — Sputnik. İlin əvvəli ilə müqayisədə fidyə proqramları ilə həyata keçirilən hücumların sayı artıb. Belə hücumlar zamanı təcavüzkarlar cihazda saxlanan faylları şifrələyir və onların bərpası üçün fidyə tələb edirlər. Bir qayda olaraq, təcavüzkarlar əvvəlcə kəşfiyyat aparır və cihaza giriş əldə edirlər. Bu, qurban fişinq linkinə kliklədikdə və zərərli sənədi yüklədikdə baş verir. Təcavüzkarlar həmçinin şifrələri təxmin edə və ya proqram təminatındakı boşluqlardan istifadə edə bilərlər. Qurbanın kompüterinə "nüfuz edərək" məlumat şifrələnir, ardınca fidyə tələbi və ya məlumatların dərc edilməsi təhlükəsi gəlir.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında “Kaspersky” şirkətinin Azərbaycandaki rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib.
O bildirib ki, son zamanlar həmçinin “DDoS” hücumları da qeydə alınıb: “Belə hücumlar zamanı şəbəkənin məlumat buraxılışı imkanını aşan çoxlu sayda sorğu göndərməklə saytın fəaliyyəti bloklanır. Təcavüzkar bir şirkətə kiberhücumu icra etdikdə təbii ki, qarşılığında müəyyən mükafat alır”.
M.Məmmədov bildirir ki,son zamanlarda xüsusi kommersiya və ya reputasiya məlumatlarını əldə etmək üçün məqsədyönlü hücumlar aktual olmaqda davam edir: “Bu gün risklər həddindən artıq çox olduğundan biznes və təşkilatlar mümkün təhlükələri qabaqcadan müəyyən etməlidirlər”.
M.Məmmədov bildirir ki, bir sıra fırıldaqçılar tanınmış brendlərin adı ilə maskalanırlar: “
Hömsöhbətimiz tövsiyə edir ki, bu cür hücumlardan qorunmaq üçün tanış olmayan ünvanlardan, şəxslərdən gələn məktub və linklərə daxil olmamaq lazımdır.