Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Müdafiə Nazirliyi ermənilərin növbəti yalanını təkzib etdi

© AR Ministry of DefenceAzərbaycan Respublikası Müdafiə Nazirliyinin binası
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 25.09.2022
Abunə olmaq
Azərbaycan Ordusunun hərbi qulluqçularının xəsarət alması barədə məlumatlar yalandır.
BAKI, 25 sentyabr - Sputnik. Ermənistanın sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonu istiqamətində təxribat məqsədilə atəş açılması və Ermənistan hərbçilərinin cavab atəşi nəticəsində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın xəsarət alması barədə yaydığı məlumatlar həqiqəti əks etdirmir, tamamilə yalandır.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Bu, qarşı tərəfin növbəti informasiya təxribatıdır. Yayılan məlumatı qəti surətdə təkzib edirik. Hərbi texnika və şəxsi heyət arasında heç bir xəsarət alan yoxdur", - məlumatda deyilir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 24.09.2022
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Ermənilər atəş açıblar, yaralılarımız var - MN
Xəbər lenti
0