https://sputnik.az/20220925/ermenistan-beynelxalq-ictimaiyyetin-diqqetini-manipulyasiya-etmek-ucun-gerginliyi-artirir-446665711.html
Bayramov Ermənistanın manipulyasiyası və Azərbaycanın enerji təchizatı barədə
Bayramov Ermənistanın manipulyasiyası və Azərbaycanın enerji təchizatı barədə
Sputnik Azərbaycan
Ceyhun Bayramov bildirib ki, sentyabrın 13-də Ermənistan, razılaşdırılmış atəşkəsə məhəl qoymayaraq Azərbaycan ərazisini yüksək çaplı silah və artilleriyadan... 25.09.2022, Sputnik Azərbaycan
2022-09-25T00:35+0400
2022-09-25T00:35+0400
2022-09-25T09:09+0400
siyasət
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
bmt baş assambleyası
https://cdnn1.img.sputnik.az/img/07e6/09/19/446667900_0:0:3071:1728_1920x0_80_0_0_ffb6e5ec7340a72077cf4097d61ffc2b.jpg
BAKI, 25 sentyabr - Sputnik. Ermənistan açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətini manipulyasiya etmək üçün gərginliyin daha da artmasına cəhd edib.Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələrində Ermənistanın sentyabrın 12-də və 13-də törətdiyi təxribatlara toxunarkən deyib. “Ermənistan açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətini manipulyasiya etmək üçün gərginliyin daha da artmasına cəhd edib. Belə ki, sentyabrın 13-də Ermənistan, razılaşdırılmış atəşkəsə məhəl qoymayaraq Azərbaycan ərazisini yüksək çaplı silah və artilleriyadan atəşə tutmağa davam edib. Nəticədə Azərbaycan tərəfində 80 hərbçi həlak olmuş, 282 hərbçi və 2 mülki şəxs yaralanıb" - Bayramov deyib. O qeyd edib ki, Ermənistanın bu cür təhlükəli hərəkətlərinə zidd olaraq, Azərbaycan son dərəcə təmkinli davranıb, müvafiq beynəlxalq tərəfdaşlarla təmaslar da daxil olmaqla bir sıra addımlar atıb, atəşkəs rejiminin bərpası üçün xoş niyyət və həqiqi iradə nümayiş etdirib."Nəhayət, atəşkəs Ermənistan və Azərbaycan arasında birbaşa rabitə kanalları vasitəsilə sentyabrın 14-də saat 20:00-dan etibarən bərpa edilib və hər iki tərəfin də təsdiq etdiyi kimi, atəşkəs davam etdirilir”, - nazir deyib.Ermənistan Azərbaycan ərazilərinə minaları yerləşdirməyə davam edirBayramov onu da deyib ki, son zamanlar Azərbaycanın Laçın rayonunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş çoxlu sayda piyada əleyhinə minalar aşkar edilib.“10 noyabr tarixli Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb və Azərbaycan ərazilərində müxtəlif hərbi fəaliyyətləri, o cümlədən minaların yerləşdirilməsini davam etdirir”, - nazir vurğulayıb.Azərbaycan beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olaraq qalırCeyhun Bayramov çıxışında Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələrə də toxunub. Deyib ki, Azərbaycan bir sıra təşəbbüsləri, məsələn, Bakı prosesini həyata keçirərək standartlar və mədəniyyətlərarası dialoq üçün gündəliyi müəyyən edib.Nazir xatırladıb ki, Azərbaycan bu uğurlu təcrübəyə əsaslanaraq 2021-ci ildə qlobal şirkət yaratmağa təşəbbüs göstərib.Pandemiya şəklində uzunmüddətli çağırışların dünya ölkələri arasında həmrəyliyə ehtiyac olduğunu vurğulayan C.Bayramov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində fəaliyyətindən danışıb.O qeyd edib ki, Azərbaycan pandemiya ilə mübarizədə 80-dən çox ölkəyə yardım edib."Azərbaycan sülh və dialoqa töhfə verməyə davam etməyə hazırdır və Minilliyin İnkişaf Məqsədlərinə sadiq qalır", - XİN rəhbəri bildirib.Onun sözlərinə görə, ölkə yaşıl enerjiyə keçidi həyata keçirmək üçün iqtisadiyyatın modernləşdirilməsini həyata keçirir.Nazir əlavə edib ki, Azərbaycan beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olaraq qalır. Ölkəmiz işğaldan azad edilmiş ərazilərində kənd və şəhərləri sıfırdan bərpa edir, bu ərazi yaşıl enerji zonası elan edilib.
https://sputnik.az/20220925/xn-bascisi-ermenistani-veziyyeti-daha-da-gerginlesdirmekden-cekinmeye-cagiririq-446665538.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/19/446667900_221:0:2952:2048_1920x0_80_0_0_6994388aefc9a502b6e41d424cc764d5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, bmt baş assambleyası
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, bmt baş assambleyası
Bayramov Ermənistanın manipulyasiyası və Azərbaycanın enerji təchizatı barədə
00:35 25.09.2022 (Yenilənib: 09:09 25.09.2022) Ceyhun Bayramov bildirib ki, sentyabrın 13-də Ermənistan, razılaşdırılmış atəşkəsə məhəl qoymayaraq Azərbaycan ərazisini yüksək çaplı silah və artilleriyadan atəşə tutmağa davam edib.
BAKI, 25 sentyabr - Sputnik. Ermənistan açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətini manipulyasiya etmək üçün gərginliyin daha da artmasına cəhd edib.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələrində Ermənistanın sentyabrın 12-də və 13-də törətdiyi təxribatlara toxunarkən deyib.
“Ermənistan açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətini manipulyasiya etmək üçün gərginliyin daha da artmasına cəhd edib. Belə ki, sentyabrın 13-də Ermənistan, razılaşdırılmış atəşkəsə məhəl qoymayaraq Azərbaycan ərazisini yüksək çaplı silah və artilleriyadan atəşə tutmağa davam edib. Nəticədə Azərbaycan tərəfində 80 hərbçi həlak olmuş, 282 hərbçi və 2 mülki şəxs yaralanıb" - Bayramov deyib.
O qeyd edib ki, Ermənistanın bu cür təhlükəli hərəkətlərinə zidd olaraq, Azərbaycan son dərəcə təmkinli davranıb, müvafiq beynəlxalq tərəfdaşlarla təmaslar da daxil olmaqla bir sıra addımlar atıb, atəşkəs rejiminin bərpası üçün xoş niyyət və həqiqi iradə nümayiş etdirib.
"Nəhayət, atəşkəs Ermənistan və Azərbaycan arasında birbaşa rabitə kanalları vasitəsilə sentyabrın 14-də saat 20:00-dan etibarən bərpa edilib və hər iki tərəfin də təsdiq etdiyi kimi, atəşkəs davam etdirilir”, - nazir deyib.
Ermənistan Azərbaycan ərazilərinə minaları yerləşdirməyə davam edir
Bayramov onu da deyib ki, son zamanlar Azərbaycanın Laçın rayonunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş çoxlu sayda piyada əleyhinə minalar aşkar edilib.
“10 noyabr tarixli Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb və Azərbaycan ərazilərində müxtəlif hərbi fəaliyyətləri, o cümlədən minaların yerləşdirilməsini davam etdirir”, - nazir vurğulayıb.
Azərbaycan beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olaraq qalır
Ceyhun Bayramov çıxışında Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələrə də toxunub. Deyib ki, Azərbaycan bir sıra təşəbbüsləri, məsələn, Bakı prosesini həyata keçirərək standartlar və mədəniyyətlərarası dialoq üçün gündəliyi müəyyən edib.
Nazir xatırladıb ki, Azərbaycan bu uğurlu təcrübəyə əsaslanaraq 2021-ci ildə qlobal şirkət yaratmağa təşəbbüs göstərib.
Pandemiya şəklində uzunmüddətli çağırışların dünya ölkələri arasında həmrəyliyə ehtiyac olduğunu vurğulayan C.Bayramov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində fəaliyyətindən danışıb.
O qeyd edib ki, Azərbaycan pandemiya ilə mübarizədə 80-dən çox ölkəyə yardım edib.
"Azərbaycan sülh və dialoqa töhfə verməyə davam etməyə hazırdır və Minilliyin İnkişaf Məqsədlərinə sadiq qalır", - XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, ölkə yaşıl enerjiyə keçidi həyata keçirmək üçün iqtisadiyyatın modernləşdirilməsini həyata keçirir.
Nazir əlavə edib ki, Azərbaycan beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olaraq qalır. Ölkəmiz işğaldan azad edilmiş ərazilərində kənd və şəhərləri sıfırdan bərpa edir, bu ərazi yaşıl enerji zonası elan edilib.