https://sputnik.az/20220924/zengezur-dehlizi-cinle-cenubi-avropa-arasinda-en-qisa-quru-marsrutu-ola-biler---bayramov-446649278.html
Zəngəzur dəhlizi Çinlə Cənubi Avropa arasında ən qısa quru marşrutu ola bilər - Bayramov
Zəngəzur dəhlizi Çinlə Cənubi Avropa arasında ən qısa quru marşrutu ola bilər - Bayramov
Sputnik Azərbaycan
Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun “Ərzaq, yanacaq və maliyyə böhranlarının aradan qaldırılması və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağın yolları”... 24.09.2022, Sputnik Azərbaycan
2022-09-24T16:35+0400
2022-09-24T16:35+0400
2022-09-24T17:59+0400
siyasət
azərbaycan xin
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
bmt
bmt baş assambleyası
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443290026_0:160:3072:1888_1920x0_80_0_0_723454a014fe87e44317554911e9d1e5.jpg
BAKI, 24 sentyabr - Sputnik. 23 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun “Ərzaq, yanacaq və maliyyə böhranlarının aradan qaldırılması və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağın yolları” mövzusunda 46-cı illik Nazirlər iclasında iştirak edib.Azərbaycan XİN-in yaydığı xəbərə görə, 134 ölkənin xarici işlər nazirlərinin qatıldığı iclasda Nazir Ceyhun Bayramov çıxış edərək, ərzaq, yanacaq və maliyyə böhranları ilə mübarizədə, habelə onların nəticələrinin aradan qaldırılmasında qlobal həmrəylik və əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Sözügedən qlobal problemlərlə mübarizədə G77-nin birgə səylərin konsolidasiyası, habelə həmrəyliyin, əməkdaşlığın möhkəmləndirilməsi və BMT sisteminin mərkəzi mövqeyinin vurğulanmasına öz töhfəsini verə biləcəyinə dair əminlik ifadə olunub.G77-nin nisbətən yeni üzvü olmasına baxmayaraq, Azərbaycanın bu qrupun işinə fəal töhfə verməyə çalışdığı qeyd edilib. Bu xüsusda, nazir Ceyhun Bayramov, Qoşulmama Hərəkatının (QH) fəaliyyətdə olan sədri kimi Azərbaycanın QH və G77 arasında səmərəli qarşılıqlı fəaliyyətin qurulmasına çalışdığını söyləyib.Ermənistan və Azərbaycan arasında münaqişənin sona çatması, Azərbaycanın ərazi bütövlüyününün bərpa edilməsindən sonra regionda yeni reallıqların yarandığı diqqətə çatdırılıb. Bu xüsusda, nazir Ceyhun Bayramov kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin həyata keçirilməsi yolu ilə formalaşan nəqliyyat qovşağının Çinlə Cənubi Avropa arasında ən qısa quru marşrutu təmin edəcəyini vurğulayıb.Azərbaycanın COVID-19 pandemiyasının yaratdığı problemlərin həllində 80-dən çox inkişaf etməkdə olan ölkəyə beynəlxalq humanitar, texniki və maliyyə yardımı göstərdiyi və bundan sonra da Cənub-Cənub əməkdaşlığının etibarlı tərəfdaşlarından biri kimi öz dəstəyini əsirgəməyəcəyi bildirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443290026_171:0:2902:2048_1920x0_80_0_0_2d10039fea70aaad1d0cc3d02e2a34c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan xin, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, bmt, bmt baş assambleyası
azərbaycan xin, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, bmt, bmt baş assambleyası
Zəngəzur dəhlizi Çinlə Cənubi Avropa arasında ən qısa quru marşrutu ola bilər - Bayramov
16:35 24.09.2022 (Yenilənib: 17:59 24.09.2022) Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun “Ərzaq, yanacaq və maliyyə böhranlarının aradan qaldırılması və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağın yolları” mövzusunda 46-cı illik Nazirlər iclasında iştirak edib.
BAKI, 24 sentyabr - Sputnik. 23 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun “Ərzaq, yanacaq və maliyyə böhranlarının aradan qaldırılması və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağın yolları” mövzusunda 46-cı illik Nazirlər iclasında iştirak edib.
Azərbaycan XİN-in yaydığı xəbərə görə, 134 ölkənin xarici işlər nazirlərinin qatıldığı iclasda Nazir Ceyhun Bayramov çıxış edərək, ərzaq, yanacaq və maliyyə böhranları ilə mübarizədə, habelə onların nəticələrinin aradan qaldırılmasında qlobal həmrəylik və əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Sözügedən qlobal problemlərlə mübarizədə G77-nin birgə səylərin konsolidasiyası, habelə həmrəyliyin, əməkdaşlığın möhkəmləndirilməsi və BMT sisteminin mərkəzi mövqeyinin vurğulanmasına öz töhfəsini verə biləcəyinə dair əminlik ifadə olunub.
G77-nin nisbətən yeni üzvü olmasına baxmayaraq, Azərbaycanın bu qrupun işinə fəal töhfə verməyə çalışdığı qeyd edilib. Bu xüsusda, nazir Ceyhun Bayramov, Qoşulmama Hərəkatının (QH) fəaliyyətdə olan sədri kimi Azərbaycanın QH və G77 arasında səmərəli qarşılıqlı fəaliyyətin qurulmasına çalışdığını söyləyib.
Ermənistan və Azərbaycan arasında münaqişənin sona çatması, Azərbaycanın ərazi bütövlüyününün bərpa edilməsindən sonra regionda yeni reallıqların yarandığı diqqətə çatdırılıb. Bu xüsusda, nazir Ceyhun Bayramov kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin həyata keçirilməsi yolu ilə formalaşan nəqliyyat qovşağının Çinlə Cənubi Avropa arasında ən qısa quru marşrutu təmin edəcəyini vurğulayıb.
Azərbaycanın COVID-19 pandemiyasının yaratdığı problemlərin həllində 80-dən çox inkişaf etməkdə olan ölkəyə beynəlxalq humanitar, texniki və maliyyə yardımı göstərdiyi və bundan sonra da Cənub-Cənub əməkdaşlığının etibarlı tərəfdaşlarından biri kimi öz dəstəyini əsirgəməyəcəyi bildirilib.