Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın MİR ödəniş sisteminə kiber hücumlar başlayıb

© AFP 2024 / -Rusiyanın MİR kartı
Rusiyanın MİR kartı - Sputnik Azərbaycan, 1920, 24.09.2022
Abunə olmaq
Kiber hücumların başlanması barədə məlumatı Rusiya kibertəhlükəsizlik bazarındakı mənbələr və yerli banklar da təsdiq edib.
BAKI, 24 sentyabr - Sputnik. Ukraynalı hacktivistlər Rusiyanın MİR bank kartı və Rusiya Ödəniş Kartları Milli Sisteminə Ddos kiber hücumlar təşkil etməyə başlayıb.
Rusiya mediasının yaydığı məlumata görə, hacktivistlər, xüsusən də ödənişlərdə və terminallarda fasilələrə səbəb olmaq üçün brauzerlər və ya primitiv DDoS alətlərindən istifadə edərək sistemlərə trafik yaradırlar.
Kiber hücumların başlanması barədə məlumatı Rusiya kibertəhlükəsizlik bazarındakı mənbələr və yerli banklar da təsdiq edib. Hücumun məqsədi sistemi həddindən artıq yükləmək və kart xidmətində nasazlığa səbəb olmaqdır.
"Mövcud vəziyyətdə təşkilatçıların Mir ödəniş sisteminə DDoS hücumlarında müəyyən uğurlar əldə edə biləcəyini gözləmək olar, risklər realda olduğundan daha çoxdur", - deyə bildirilib (APA).
Bank kartlarında Visa, Mastercard və Mir ödəniş sistemlərinin loqoları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.09.2022
DÜNYA XƏBƏRLƏRİ
ABŞ Türkiyə banklarını "Mir" kartlarına xidmət etdiyinə görə sanksiyalarla hədələyir
Xəbər lenti
0