DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Türkiyə banklarını "Mir" kartlarına xidmət etdiyinə görə sanksiyalarla hədələyir

© AFP 2024 / -Bank kartlarında Visa, Mastercard və Mir ödəniş sistemlərinin loqoları, arxiv şəkli
Bank kartlarında Visa, Mastercard və Mir ödəniş sistemlərinin loqoları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.09.2022
Abunə olmaq
Hazırda Türkiyənin bir neçə iri bankı Rusiya ödəniş sisteminin kartlarından öz bankomatlarında nağd pul çıxarmağa imkan verir.
BAKI, 23 sentyabr — Sputnik. Vaşinqton Türkiyə banklarını Rusiyanın "Mir" ödəniş sistemindən istifadə etdiyinə görə sanksiyalarla hədələyir. Bu barədə "Yeni Şafak" qəzeti yazıb.
"Ankara və Moskva arasında münasibətlərə müdaxilə etməkdən çəkinməyən ABŞ Türkiyə banklarını Rusiyanın "Mir" ödəniş sistemindən istifadə etdiyinə görə sanksiyalarla hədələyir", – deyə nəşr bildirib.
Qeyd edilir ki, ancaq Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tətbiq edilən sanksiyalara əməl edən Ankaranın mövqeyi uzun illərdir ki, dəyişməyib.
Xatırladaq ki, Türkiyənin "Denizbank" və "İşbank"ı bu yaxınlarda "Mir" kartlarına xidməti dayandırdıqlarını açıqlayıblar.
Onlar bildiriblər ki, bu qərar ABŞ və Böyük Britaniyanın tətbiq etdiyi Rusiyaya qarşı sanksiyaları ilə əlaqədar verilib. Lakin hazırda Türkiyənin iri bankları "Halkbank", "Ziraat Bankı" və "Vakıf Bankı" Rusiya ödəniş sisteminin kartlarından öz bankomatlarında nağd pul çıxarmağa imkan verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 23-də Rusiyanın "Mir" kartlarının respublikada sonrakı istifadəsi ilə bağlı qərar verə biləcəyini bildirib.
Xəbər lenti
0