https://sputnik.az/20220924/metbuat-surasina-daxil-olan-sikayetlerin-sayi-iki-defe-azalib---amasov-446640576.html
Mətbuat Şurasına daxil olan şikayətlərin sayı iki dəfə azalıb - Amaşov
Mətbuat Şurasına daxil olan şikayətlərin sayı iki dəfə azalıb - Amaşov
Sputnik Azərbaycan
Əflatun Amaşov deyib ki, VII qurultaydan VIII qurultaya qədərki dövrdə Mətbuat Şurasına daxil olan şikayətlərin sayı iki dəfədən çox azalıb. 24.09.2022, Sputnik Azərbaycan
2022-09-24T11:00+0400
2022-09-24T11:00+0400
2022-09-24T11:39+0400
cəmiyyət
jurnalist
əflatun amaşov
azərbaycan mətbuat şurasının sədri əflatun amaşov
https://cdnn1.img.sputnik.az/img/07e6/09/18/446639932_0:156:3000:1844_1920x0_80_0_0_032a54a138ad7998cdeaa4c0160319d1.jpg
BAKI, 24 sentyabr - Sputnik. Azərbaycan Jurnalistlərinin VII qurultaydan bu yana ümumilikdə Mətbuat Şurasına 1615 şikayət daxil olub.Bu sözləri Jurnalistlərin VIII Qurultayında keçmiş sədr Əflatun Amaşov deyib.O qeyd edib ki, ilkin mərhələdə baxılan 1615 məsələdən 963-si Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub:"Digər 652 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, toplanmış materiallar baxılmaq üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib.Şikayətlər üzrə Komissiyada baxılan 652 məsələdən 520-si komissiya səviyyəsində həllini tapıb. Digər 132 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün İdarə Heyətinə təqdim edilib.Şuranın İdarə Heyəti qurultaylararası dövrdə ümumilikdə 132 qərar çıxarıb.Qeyd edim ki, COVID-19 pandemiyası ilə əlaqədar həyatın durğunlaşması Mətbuat Şurasına daxil olan şikayətlərin sayına da təsir göstərib. Belə ki, ötən qurultaylararası dövrlə müqayisədə VII qurultaydan VIII qurultaya qədərki dövrdə şikayətlərin sayı iki dəfədən çox azalıb".Əflatun Amaşov qeyd edib ki, Mətbuat Şurası yaranandan bəri quruma ümumilikdə 15 minə yaxın şikayət daxil olub:"Bu müddətdə Şurada baxılan şikayətlərin 70 faizi məhkəmə predmeti mahiyyəti daşıyıb. Kütləvi informasiya vasitələrinin məhkəməyə verilməsi hallarının ildən-ilə azalması da fikrimin təsdiqi sayıla bilər".(APA)Xatırladaq ki, sentyabrın 24-də Bakıda Azərbaycan jurnalistlərinin VIII qurultayı işə başlayıb.Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib. Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin hesabatı dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.Ümumilikdə 140 üzv təşkilat qurultayda iştirakını təsdiqləyib.Qurultayda Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb.Səsverməyə uyğun olaraq, qurultayı Mətbuat Şurasının sədrinin iki müavini idarə edəcək. Daha sonra 3 nəfərdən ibarət Mandat komissiyası da formalaşdırılıb.Ardından 9 nəfərlik Say komissiyası yaradılıb və qurultay öz işinə başlayıb.
https://sputnik.az/20220924/azerbaycan-jurnalistlerinin-viii-qurultayi-prezidente-muraciet-edildi-446640318.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/18/446639932_167:0:2834:2000_1920x0_80_0_0_3c08882a998f6a2b6b03c069d2556988.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
jurnalist, əflatun amaşov, azərbaycan mətbuat şurasının sədri əflatun amaşov
jurnalist, əflatun amaşov, azərbaycan mətbuat şurasının sədri əflatun amaşov
Mətbuat Şurasına daxil olan şikayətlərin sayı iki dəfə azalıb - Amaşov
11:00 24.09.2022 (Yenilənib: 11:39 24.09.2022) Əflatun Amaşov deyib ki, VII qurultaydan VIII qurultaya qədərki dövrdə Mətbuat Şurasına daxil olan şikayətlərin sayı iki dəfədən çox azalıb.
BAKI, 24 sentyabr - Sputnik. Azərbaycan Jurnalistlərinin VII qurultaydan bu yana ümumilikdə Mətbuat Şurasına 1615 şikayət daxil olub.
Bu sözləri Jurnalistlərin VIII Qurultayında keçmiş sədr Əflatun Amaşov deyib.
O qeyd edib ki, ilkin mərhələdə baxılan 1615 məsələdən 963-si Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub:
"Digər 652 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, toplanmış materiallar baxılmaq üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib.
Şikayətlər üzrə Komissiyada baxılan 652 məsələdən 520-si komissiya səviyyəsində həllini tapıb. Digər 132 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün İdarə Heyətinə təqdim edilib.
Şuranın İdarə Heyəti qurultaylararası dövrdə ümumilikdə 132 qərar çıxarıb.
Qeyd edim ki, COVID-19 pandemiyası ilə əlaqədar həyatın durğunlaşması Mətbuat Şurasına daxil olan şikayətlərin sayına da təsir göstərib. Belə ki, ötən qurultaylararası dövrlə müqayisədə VII qurultaydan VIII qurultaya qədərki dövrdə şikayətlərin sayı iki dəfədən çox azalıb".
Əflatun Amaşov qeyd edib ki, Mətbuat Şurası yaranandan bəri quruma ümumilikdə 15 minə yaxın şikayət daxil olub:
"Bu müddətdə Şurada baxılan şikayətlərin 70 faizi məhkəmə predmeti mahiyyəti daşıyıb. Kütləvi informasiya vasitələrinin məhkəməyə verilməsi hallarının ildən-ilə azalması da fikrimin təsdiqi sayıla bilər".(APA)
Xatırladaq ki, sentyabrın 24-də Bakıda Azərbaycan jurnalistlərinin VIII qurultayı işə başlayıb.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib. Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin hesabatı dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.
Ümumilikdə 140 üzv təşkilat qurultayda iştirakını təsdiqləyib.
Qurultayda Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb.
Səsverməyə uyğun olaraq, qurultayı Mətbuat Şurasının sədrinin iki müavini idarə edəcək. Daha sonra 3 nəfərdən ibarət Mandat komissiyası da formalaşdırılıb.
Ardından 9 nəfərlik Say komissiyası yaradılıb və qurultay öz işinə başlayıb.