SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Ermənistanın Azərbaycana təcavüzünün əsasını uydurulmuş millətçi nağıllar təşkil edir"

© AP Photo / Mary AltafferCeyhun Bayramov
Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 24.09.2022
Abunə olmaq
Nazir çıxışında BMT ilə Azərbaycan arasında əlaqələrə toxunub, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ikinci Qarabağ müharibəsindən danışıb.
BAKI, 24 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında Milli Bəyanatla çıxış edib.
Nazir çıxışında BMT ilə Azərbaycan arasında əlaqələrə toxunub, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ikinci Qarabağ müharibəsindən danışıb.
O qeyd edib ki, Azərbaycan BMT-yə üzv olduğu gündən təşkilatın Nizamnaməsinə və beynəlxalq qanunlara sadiqliyini həmişə nümayiş etdirib.
"Biz BMT-yə o vaxt daxil olmuşuq ki, Azərbaycana münasibətdə təşkilatın dayandığı prinsiplər açıq şəkildə tapdalanıb. Respublika 90-cı illərin əvvəllərində ərazi iddiaları və beynəlxalq hüququn yanlış təfsirinə əsaslanan, millətçi və irqçi nağıllardan uydurulmuş erməni təcavüzündən ciddi zərər çəkib”, - deyə Bayramov bildirib.
Nazir vurğulayıb ki, o zaman BMT Azərbaycanın tərəfini tutub və Təhlükəsizlik Şurası Bakını dəstəkləyən 4 qətnamə qəbul edib.
Bayramov xatırladıb ki, Ermənistan Azərbaycan ərazilərinin 20%-ni işğal edib, 20 min azərbaycanlı öldürülüb, bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib.
Onun sözlərinə görə, 4 minə yaxın insan - həm mülki, həm də hərbçi münaqişə səbəbindən itkin düşmüş hesab olunur.
Xatırladaq ki, 12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçudan 43 nəfərin ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfərin orta-ağır, 21 nəfərin vəziyyətinin isə ağır olduğu bildirilirdi.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, sərhəddə baş verən eskalasiya nəticəsində erməni tərəfindən 135 nəfər həlak olub, lakin bu rəqəm hələ yekun deyil. Çoxlu sayda yaralı var.
Xəbər lenti
0