https://sputnik.az/20220924/ceyhun-bayramov-barbados-ve-qvatemalali-hemkarlari-ile-gorusub-446650456.html
Ceyhun Bayramov Barbados və Qvatemalalı həmkarları ilə görüşüb
Ceyhun Bayramov Barbados və Qvatemalalı həmkarları ilə görüşüb
Sputnik Azərbaycan
Barbadosun xarici işlər və xarici ticarət naziri Senator Dr. Jerom Xavier Volkot və Qvatemalanın XİN başçısı Mario Bukaro Ceyhun Bayramova Azərbaycanla həm... 24.09.2022, Sputnik Azərbaycan
2022-09-24T16:55+0400
2022-09-24T16:55+0400
2022-09-24T18:00+0400
siyasət
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e6/08/02/444615380_0:160:3072:1888_1920x0_80_0_0_ab49fadf3bdd44091b4afd6e54f15551.jpg
BAKI, 24 sentyabr - Sputnik. Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Barbadosun xarici işlər və xarici ticarət naziri Senator Dr. Jerom Xavier Volkot və Qvatemalanın xarici işlər naziri Mario Bukaro ilə görüşlər keçirib.Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Görüşlər zamanı tərəflər arasında Qoşulmama Hərəkatı çərçivəsində və digər beynəlxalq platformalarda fəaliyyət və əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.Nazir Ceyhun Bayramov sözügedən ölkələr tərəfindən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, eləcə də Qoşulmama Hərəkatı çərçivəsində sədrliyimiz dövründə ölkəmizin təşəbbüslərinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib və bu çərçivədə gələcək planlar barədə həmkarlarını məlumatlandırıb.Qarşı tərəf Azərbaycanla həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də ikitərəfli əsasda əməkdaşlığın genişləndirilməsi niyyətində olduqlarını bildiriblər.Nazir 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə dövründə ölkəmiz tərəfindən görülən işlər barədə həmkarlarını məlumatlandırıb. Ermənistanın Azərbaycana qarşı son təxribatlarının sülh gündəliyinə maneçilik törətmək və prosesləri ləngitmək məqsədi daşıdığı vurğulanıb.Xatırladaq ki, BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan C.Bayramov bundan əvvəl də bir sıra görüşlər keçirib.
https://sputnik.az/20220923/ceyhun-bayramov-iranli-hemkari-ile-gorusdu-446621251.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/02/444615380_171:0:2902:2048_1920x0_80_0_0_cce051df7a2a787fe6f2c15fa5f737be.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov
Ceyhun Bayramov Barbados və Qvatemalalı həmkarları ilə görüşüb
16:55 24.09.2022 (Yenilənib: 18:00 24.09.2022) Barbadosun xarici işlər və xarici ticarət naziri Senator Dr. Jerom Xavier Volkot və Qvatemalanın XİN başçısı Mario Bukaro Ceyhun Bayramova Azərbaycanla həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildiriblər.
BAKI, 24 sentyabr - Sputnik. Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Barbadosun xarici işlər və xarici ticarət naziri Senator Dr. Jerom Xavier Volkot və Qvatemalanın xarici işlər naziri Mario Bukaro ilə görüşlər keçirib.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşlər zamanı tərəflər arasında Qoşulmama Hərəkatı çərçivəsində və digər beynəlxalq platformalarda fəaliyyət və əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov sözügedən ölkələr tərəfindən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, eləcə də Qoşulmama Hərəkatı çərçivəsində sədrliyimiz dövründə ölkəmizin təşəbbüslərinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib və bu çərçivədə gələcək planlar barədə həmkarlarını məlumatlandırıb.
Qarşı tərəf Azərbaycanla həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də ikitərəfli əsasda əməkdaşlığın genişləndirilməsi niyyətində olduqlarını bildiriblər.
Nazir 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə dövründə ölkəmiz tərəfindən görülən işlər barədə həmkarlarını məlumatlandırıb. Ermənistanın Azərbaycana qarşı son təxribatlarının sülh gündəliyinə maneçilik törətmək və prosesləri ləngitmək məqsədi daşıdığı vurğulanıb.
Xatırladaq ki, BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan C.Bayramov bundan əvvəl də bir sıra görüşlər keçirib.