DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Belarus altı ay ərzində taxıl ixracına qadağa qoyub

© Photo : Press Service of the President of the Republic of BelarusAleksandr Lukaşenko, arxiv şəkli
Aleksandr Lukaşenko, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.09.2022
Abunə olmaq
BAKI, 24 sentyabr - Sputnik. Belarusda taxıl ixracına altı ay müddətinə qadağa qoyulub.
Bu barədə İnterfaksın yaydığı xəbərdə qeyd olunur ki, qadağa beynəlxalq humanitar yardım məqsədilə ixrac edilən mallara, həmçinin tranzit daşımalara şamil edilmir.
Qadağaya məruz qalan malların siyahısına buğda, çovdar, arpa, yulaf, qarğıdalı, qarabaşaq yarması və darı daxildir.
Bundan əvvəl Belarus hökumətinin taxıl ixracına qadağa ilə bağlı analoji fərmanı bu il martın 11-də qəbul edilib, qadağa da altı ay müddətinə tətbiq edilib.
Xatırladaq ki, sentyabrın 1-də keçirilən açıq dərs zamanı Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə artıq 8 milyon 50 min ton taxıl yığıldığını, məhsul yığımının sonunda isə bu rəqəmin 8 milyon 200 min tona çatacağını bildirmişdi.
"Mən artıq bu rəqəmi “yuxuda görürəm”. Bizim 11 milyon ton taxıl toplamaq imkanımız var. Ölkədə heç vaxt belə hal olmayıb. Taxıl və çörək bizim nəyimizə lazımdır? Məncə bunu izah etməyə ehtiyac yoxdur”, - deyə dövlət başçısı əlavə edib.
Lakin belaruslu ekspertlər bildirirlər ki, Belarusun 11 milyon ton taxıl toplaması real deyil. Hətta 8,2 milyon ton da müasir Belarus reallıqlarında əlçatmaz görünən rəqəmdir.
Xatırladaq ki, ötən il Belarusda 8,5 milyon ton taxıl yığımı planlaşdırılsa da, bu rəqəmlərə nail olunmayıb. Ölkə başçısı həmin planı bu ilə ertələyib.
Ümumilikdə Belarusda taxıl yığımı ilə bağlı göstəricilər ildən-ilə daha da pisləşir: 2021-ci ildə toplanan dənli və paxlalı bitkilərin ümumi həcmi 7 milyon 417,3 min ton təşkil edib. 2020-ci ildə ölkə üzrə təxminən 8,8 milyon ton taxıl və paxlalı bitkilər yığılıb. 2014-cü ildə - demək olar ki, 9,6 milyon ton, 2012-ci ildə - təxminən 9,2 milyon ton (məhsul baxımından rekord illərdir) taxıl məhsulları toplanıb.
Xəbər lenti
0