SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın Ombudsmanından Ermənistana çağırış

© Photo : Ombudsman's Office of AzerbaijanAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva - Sputnik Azərbaycan, 1920, 24.09.2022
Abunə olmaq
Ermənistanı beynəlxalq hüquqa və insan hüquqlarına qarşı hörmətsizliyə son qoymağa, sülh quruculuğuna yönəlik yanaşmalar nümayiş etdirməyə çağırırıq
BAKI, 24 sentyabr - Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətlərində atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun üç hərbi qulluqçusunun yaralanması ilə bağlı çağırış edib.
S.Əliyevanın fikrincə, bu fakt bir daha göstərir ki, Ermənistan tərəfi sülh danışıqlarına xələl gətirir və insanların həyatına qəsd etməkdə davam edir:
"Ermənistanı beynəlxalq hüquqa və insan hüquqlarına qarşı hörmətsizliyə son qoymağa, sülh quruculuğuna yönəlik yanaşmalar nümayiş etdirməyə çağırırıq".
Qeyd edək ki, sentyabrın 23-ü saat 19:30-dan saat 23:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Cermuk yaşayış məntəqələri istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyinin məlumatına görə atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əmənullayev Rəşad Ağacan oğlu, Rəhimzadə Ruhid Oktay oğlu və Cavadov Rəvan Şəmsəddin oğlu yaralanıb.
Yaralı hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. Onların həyatı üçün heç bir təhlükə yoxdur.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 24.09.2022
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Ermənilər atəş açıblar, yaralılarımız var - MN
Xəbər lenti
0