Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub

© AR Ministry of DefenceZakir Həsənov və Hulusi Akar
Zakir Həsənov və Hulusi Akar  - Sputnik Azərbaycan, 1920, 24.09.2022
Abunə olmaq
Zakir Həsənov həmkarını Ermənistan silahlı birləşmələrinin son təxribatlarına qarşı Ordumuz tərəfindən görülən qətiyyətli tədbirlərdən sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu quruculuğu sahəsində aparılan işlər barədə ətraflı məlumatlandırıb.
BAKI, 24 sentyabr - Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar arasında telefon danışığı olub.
Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, general-polkovnik Z.Həsənov həmkarını Ermənistan silahlı birləşmələrinin son təxribatlarına qarşı Ordumuz tərəfindən görülən qətiyyətli tədbirlərdən sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu quruculuğu sahəsində aparılan işlər barədə ətraflı məlumatlandırıb.
H.Akar Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanı dəstəklədiyini və daim yanında olduğunu xüsusi qeyd edib. Telefon danışığı zamanı həmçinin Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
0