https://sputnik.az/20220924/azerbaycan-ordusunun-texribat-toretdiyi-barede-ermenistan-mn-in-yaydigi-xeber-yalandir-446640796.html
Azərbaycan Ordusunun təxribat törətdiyi barədə Ermənistan MN-in yaydığı xəbər yalandır
Azərbaycan Ordusunun təxribat törətdiyi barədə Ermənistan MN-in yaydığı xəbər yalandır
Sputnik Azərbaycan
Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır. 24.09.2022, Sputnik Azərbaycan
2022-09-24T11:27+0400
2022-09-24T11:27+0400
2022-09-24T11:29+0400
hərbi
ermənistan
azərbaycan və ermənistan arasında müharibə
müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460405_0:94:1800:1107_1920x0_80_0_0_142f709a55b184b1aecc69cb951d089a.jpg
BAKI, 24 sentyabr - Sputnik. Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bölmələri tərəfindən guya təxribat törədilməsi barədə yaydığı məlumat tamamilə yalandır və heç bir real əsası yoxdur.Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. "Yayılan məlumatı qəti surətdə təkzib edirik. Bildiririk ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır", - məlumatda qeyd edilib.Xatırladaq ki, sentyabrın 23-ü saat 19:30-dan saat 23:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Cermuk yaşayış məntəqələri istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.Müdafiə Nazirliyinin yaydığı məlumata görə, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əmənullayev Rəşad Ağacan oğlu, Rəhimzadə Ruhid Oktay oğlu və Cavadov Rəvan Şəmsəddin oğlu yaralanıb.Yaralı hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. Onların həyatı üçün heç bir təhlükə yoxdur.Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
https://sputnik.az/20220924/ermeniler-ateskesi-pozublar-yaralilarimiz-var---mn-446639275.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460405_100:0:1700:1200_1920x0_80_0_0_208a5acbf8f46e29a125ffc7fc206d0d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, azərbaycan və ermənistan arasında müharibə, müdafiə nazirliyi
ermənistan, azərbaycan və ermənistan arasında müharibə, müdafiə nazirliyi
Azərbaycan Ordusunun təxribat törətdiyi barədə Ermənistan MN-in yaydığı xəbər yalandır
11:27 24.09.2022 (Yenilənib: 11:29 24.09.2022) Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır.
BAKI, 24 sentyabr - Sputnik. Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bölmələri tərəfindən guya təxribat törədilməsi barədə yaydığı məlumat tamamilə yalandır və heç bir real əsası yoxdur.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Yayılan məlumatı qəti surətdə təkzib edirik. Bildiririk ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır", - məlumatda qeyd edilib.
Xatırladaq ki, sentyabrın 23-ü saat 19:30-dan saat 23:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Cermuk yaşayış məntəqələri istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əmənullayev Rəşad Ağacan oğlu, Rəhimzadə Ruhid Oktay oğlu və Cavadov Rəvan Şəmsəddin oğlu yaralanıb.
Yaralı hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. Onların həyatı üçün heç bir təhlükə yoxdur.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.