https://sputnik.az/20220923/neft-ucuzlasib---sebebler-446381236.html
Neft ucuzlaşıb - SƏBƏBLƏR
Neft ucuzlaşıb - SƏBƏBLƏR
Sputnik Azərbaycan
Mərkəzi banklar aqressiv şəkildə faiz artımlarına gedirlər. Neft bazarında iqtisadi tənəzzül ilə bağlı narahatlıq var. 23.09.2022, Sputnik Azərbaycan
2022-09-23T11:13+0400
2022-09-23T11:13+0400
2022-09-23T11:27+0400
neft-qaz
neft
qiymət
"brent" markalı neft
azərbaycan
abş
mərkəzi bank
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434024524_0:162:3066:1887_1920x0_80_0_0_8cef0731ae86d0580dfced79b6cff876.jpg
BAKI, 23 sentyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,24 dollar azalaraq 90,22 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,23 dollar ucuzlaşaraq 83,26 dollar olub.Azərbaycan neftinin qiyməti isə bahalaşıb. Belə ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,1 dollar artaraq 93,7 dollar olub.Qeyd edək ki, qiymətlərin ucuzlaşmasının səbəbi mərkəzi bankların faiz artımları və dolların güclənməsidir. İqtisadi tənəzzül investorları narahat edir. Mərkəzi banklar aqressiv şəkildə faiz artımlarına gedirlər. Belə ki, dünən FED-in (ABŞ) faiz artımından sonra Böyük Britaniya, Norveç, İsveçrə, Tayvan, İndoneziya, Filippin mərkəz bankları da faizləri artırıblar. Faiz artımının səbəbi inflyasiya ilə mübarizədir.Mütəxəssislər hasilat riskləri üzündən neft qiymətlərinin 80 dollardan yuxarı qalmaqda davam edəcəyini proqnozlaşdırırlar. Lakin onların fikrincə, qlobal tənəzzülə daha sürətli keçid olarsa, qiymətlər bu səviyyədən aşağı düşə bilər.Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
azərbaycan
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434024524_168:0:2899:2048_1920x0_80_0_0_0b8d857a243a166282dddf011b7d9d63.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, "brent" markalı neft, azərbaycan, abş, mərkəzi bank
neft, qiymət, "brent" markalı neft, azərbaycan, abş, mərkəzi bank
Neft ucuzlaşıb - SƏBƏBLƏR
11:13 23.09.2022 (Yenilənib: 11:27 23.09.2022) Mərkəzi banklar aqressiv şəkildə faiz artımlarına gedirlər. Neft bazarında iqtisadi tənəzzül ilə bağlı narahatlıq var.
BAKI, 23 sentyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,24 dollar azalaraq 90,22 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,23 dollar ucuzlaşaraq 83,26 dollar olub.
Azərbaycan neftinin qiyməti isə bahalaşıb. Belə ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,1 dollar artaraq 93,7 dollar olub.
Qeyd edək ki, qiymətlərin ucuzlaşmasının səbəbi mərkəzi bankların faiz artımları və dolların güclənməsidir. İqtisadi tənəzzül investorları narahat edir. Mərkəzi banklar aqressiv şəkildə faiz artımlarına gedirlər. Belə ki, dünən FED-in (ABŞ) faiz artımından sonra Böyük Britaniya, Norveç, İsveçrə, Tayvan, İndoneziya, Filippin mərkəz bankları da faizləri artırıblar. Faiz artımının səbəbi inflyasiya ilə mübarizədir.
Mütəxəssislər hasilat riskləri üzündən neft qiymətlərinin 80 dollardan yuxarı qalmaqda davam edəcəyini proqnozlaşdırırlar. Lakin onların fikrincə, qlobal tənəzzülə daha sürətli keçid olarsa, qiymətlər bu səviyyədən aşağı düşə bilər.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.