CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir

© Sputnik / Murad OrujovMilli Məclisin binası
Milli Məclisin binası - Sputnik Azərbaycan, 1920, 23.09.2022
Abunə olmaq
"Dövlət rüsumu haqqında" qanuna, Vergi Məcəlləsinə dəyişikliklər edilir.
BAKI, 23 sentyabr — Sputnik. Milli Məclisin payız sessiyasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilir.
İclasın gündəliyinə 15 məsələ daxil edilib.
Həmin məsələlər bunlardır:
1.
"Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında", "Maliyyə-sənaye qrupları haqqında" və "Torpaq icarəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
2.
"Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
3.
"Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
4.
"Qrant haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
5.
Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).
6.
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
7.
"Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
8.
"Büdcə sistemi haqqında", "İşsizlikdən sığorta haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
9.
"Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
10.
"Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi.
11.
"İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMİC) Əsasnaməsi"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
12.
"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
13.
Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).
14.
Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).
15.
Vergi Məcəlləsində, "Sosial sığorta haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Tibbi sığorta haqqında" və "Daşınar əmlakın yüklülüyü haqqında" qanunlarda dəyişiklik edilməsi qanun layihəsi (birinci oxunuş).
Xəbər lenti
0