https://sputnik.az/20220923/et-ucuzlasacaqmi---baytarliq-arayisinin-alinmasi-ucun-rusum-legv-edilir-446386395.html
Ət ucuzlaşacaqmı - Baytarlıq arayışının alınması üçün rüsum ləğv edilir
Ət ucuzlaşacaqmı - Baytarlıq arayışının alınması üçün rüsum ləğv edilir
Sputnik Azərbaycan
Hazırda baytarlıq arayışının verilməsi (bir sənəd) üçün 5 manat dövlət rüsumu tutulur. 23.09.2022, Sputnik Azərbaycan
2022-09-23T14:01+0400
2022-09-23T14:01+0400
2022-09-23T14:01+0400
iqtisadiyyat
dövlət baytarlıq xidməti
rüsum
ət
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437643546_0:320:3073:2048_1920x0_80_0_0_7af85862546072a4675aedfc8633fd8b.jpg
BAKI, 23 sentyabr — Sputnik. Baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumu ləğv edilir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.Qanun layihəsi sahibkarlığa dövlət dəstəyinin artırılması, istehlakçıların hüquqlarının qorunması, heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınması məqsədilə şəhər (rayon) ərazisində baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsi ilə əlaqədar hazırlanıb.İclasda baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsinin sahibkarlığa dövlət dəstəyinin artırılması, istehlakçıların hüquqlarının qorunması, heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınması məqsədi daşıdığı nəzərə çatdırılıb.Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, baytarlıq arayışının verilməsi (bir sənəd) üçün 5 manat dövlət rüsumu nəzərdə tutulub.Xatırladaq ki, ölkə daxilində heyvanların, heyvan mənşəli məhsulların və xammalın hər hansı bir inzibati ərazidən kənara çıxarılmasına yalnız həmin ərazinin dövlət baytarlıq müfəttişi tərəfindən belə yüklərə tərtib edilmiş müvafiq arayış və ya şəhadətnamə verildikdə yol verilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437643546_0:0:2731:2048_1920x0_80_0_0_c6d1de5ef7261fb698268f9758d686e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dövlət baytarlıq xidməti, rüsum, ət, qiymət
dövlət baytarlıq xidməti, rüsum, ət, qiymət
Ət ucuzlaşacaqmı - Baytarlıq arayışının alınması üçün rüsum ləğv edilir
Hazırda baytarlıq arayışının verilməsi (bir sənəd) üçün 5 manat dövlət rüsumu tutulur.
BAKI, 23 sentyabr — Sputnik. Baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumu ləğv edilir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi sahibkarlığa dövlət dəstəyinin artırılması, istehlakçıların hüquqlarının qorunması, heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınması məqsədilə şəhər (rayon) ərazisində baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsi ilə əlaqədar hazırlanıb.
İclasda baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsinin sahibkarlığa dövlət dəstəyinin artırılması, istehlakçıların hüquqlarının qorunması, heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınması məqsədi daşıdığı nəzərə çatdırılıb.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, baytarlıq arayışının verilməsi (bir sənəd) üçün 5 manat dövlət rüsumu nəzərdə tutulub.
Xatırladaq ki, ölkə daxilində heyvanların, heyvan mənşəli məhsulların və xammalın hər hansı bir inzibati ərazidən kənara çıxarılmasına yalnız həmin ərazinin dövlət baytarlıq müfəttişi tərəfindən belə yüklərə tərtib edilmiş müvafiq arayış və ya şəhadətnamə verildikdə yol verilir.