https://sputnik.az/20220923/ermenistan-azerbaycan-prezidentinin-fikirlerinden-ibret-goturmelidir---politoloq-446384769.html
Ermənistan Azərbaycan Prezidentinin fikirlərindən ibrət götürməlidir - Politoloq
Ermənistan Azərbaycan Prezidentinin fikirlərindən ibrət götürməlidir - Politoloq
Sputnik Azərbaycan
Millət vəkili deyib ki, Prezident İlham Əliyev son açıqlamaları ilə çox ciddi mövqeyini ortaya qoydu. 23.09.2022, Sputnik Azərbaycan
2022-09-23T12:58+0400
2022-09-23T12:58+0400
2022-09-23T12:58+0400
siyasət
politoloq
azərbaycan
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0c/425939439_0:77:1600:977_1920x0_80_0_0_5109b1154dd363dc76179e4f03da37ed.jpg
BAKI, 23 sentyabr — Sputnik. Azərbaycan-Ermənistan arasında baş verən son hərbi toqquşmalardan sonra Azərbaycana qarşı səsləndirilən fikirlərə Prezident İlham Əliyev sərt reaksiya verib. Azərbaycan Prezidenti bildirib ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır:"Sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz", - deyə Prezident qeyd edib.Sputnik Azərbaycan Prezident İlham Əliyevin son bəyanatları ilə bağlı millət vəkili Arzu Nağıyevin və politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.Arzu Nağıyev deyib ki, Prezident İlham Əliyev son açıqlamaları ilə çox ciddi mövqeyini ortaya qoydu.Onun sözlərinə görə, Azərbaycan dəfələrlə Ermənistana delimitasiya və demarkasiya prosesinin başa çatdırılması ilə bağlı tələblərini çatdırıb:"Ümumiyyətlə Azərbaycan-Ermənistan sərhədinin haradan keçməsi aydınlaşdırılmalıdır. Ermənistan tərəfi delimitasiya və demarkasiya ilə bağlı uzlaşma mövqeyi sərgiləmir. Görüşlərdən sonra bu ölkənin rəsmiləri tərəfindən prosesləri ləngitməyə yönəlmiş açıqlamalar verilir".Millət vəkili onu da bildirib ki, sonuncu toqquşmalardan sonra Ermənistana havadarlıq etmək istəyən Qərb siyasətçilərinin açıqlamaları da boş bəyanatlardan başqa bir şey deyil:Politoloq Tofiq Abbasov isə vurğulayıb ki, Azərbaycanın verdiyi qərarlar ölkə hüdudlarından kənarda deyil, müstəqil şəkildə paytaxt Bakıda və Azərbaycan ali hakimiyyəti tərəfindən qəbul edilir və bu məsələdə Azərbaycan Ermənistandan fərqli vəziyyətdədir:"Bu fərqin iki ölkənin davranışlarında nə qədər önəmli rol oynadığı hazırkı proseslərdə aşkar şəkildə özünü göstərir. Biz hazırda bölgədəki gərgin vəziyyət fonunda Ermənistanın havadarları vasitəsilə Azərbaycanın qarşısını almağa cəhd etdiyini görürük. Amma Azərbaycan diplomatiyasının yürütdüyü həssas addımların qarşısını almaq mümkün deyil. Çünki sülh istəyən ölkənin siyasətinə heç bir arqument təsir göstərə bilməz".Politoloq vurğulayıb ki, Azərbaycan Ermənistana sülh təklif edir və onu təhdid etmir:"Nensi Pelosinin Ermənistana gəlişi də bu ölkənin proseslərə yanaşmasının nə qədər yanlış olduğunu bir daha ortaya qoydu. Çünki ABŞ, Fransa çox uzaqdadır. Bu, regionda olan Azərbaycan və Türkiyədir və onun ən böyük sərhədlərə malik olduğu qonşularıdır. Ermənistanın bütün sərhədlərinin 75 faizini Azərbaycan və Türkiyə ilə olan sərhədlər təşkil edir. Bununla belə bu ölkə zar-zar ağlayır ki, Azərbaycan və Türkiyə onu blokadaya alıb. Biz Ermənistanı blokadaya almamışıq. Ermənistanın bu gün düşdüyü vəziyyət işğalçı siyasətinin nəticəsidir", – deyə politoloq qeyd edib.Onun sözlərinə görə, Ermənistana qərbdən göstərilən dəstək də bu ölkəni çaşqın vəziyyətə salır:"Onlar anlamırlar ki, problemlərin həllini xaricdə yox, bölgə daxilində axtarmaq lazımdır. ABŞ-ın "ANCA"sı, Fransadakı erməni icması bölgənin problemlərini həll edə bilməz. Ona görə də Azərbaycan Prezidenti bildirir ki, ölkəmizlə kimsə diqtə edərək danışa bilməz, yol göstərə bilməz. Çünki Azərbaycanın gördüyü işlər kiməsə təhdid yaratmaq məqsədi daşımır. Biz elə bir siyasət yürüdürük ki, ondan həm özümüz qazanaq, həm də tərəfdaşlarımız və qonşularımız bundan faydalana bilsinlər. Mənim fikrimcə, Azərbaycan liderinin son açıqlamaları həm aktualdır, həm də ibrətamizdir. Ermənistan da gərək bunlardan dərs götürsün. Ermənistan özünün səhv siyasi kursundan çəkinməsə, heç vaxt normal dövlətlər cərgəsində yer ala bilməyəcək".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0c/425939439_294:0:1597:977_1920x0_80_0_0_f21f7e9745cbfe25fafd9cdd9fd926d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
politoloq, azərbaycan, ermənistan
politoloq, azərbaycan, ermənistan
Ermənistan Azərbaycan Prezidentinin fikirlərindən ibrət götürməlidir - Politoloq
Millət vəkili deyib ki, Prezident İlham Əliyev son açıqlamaları ilə çox ciddi mövqeyini ortaya qoydu.
BAKI, 23 sentyabr — Sputnik. Azərbaycan-Ermənistan arasında baş verən son hərbi toqquşmalardan sonra Azərbaycana qarşı səsləndirilən fikirlərə Prezident İlham Əliyev sərt reaksiya verib. Azərbaycan Prezidenti bildirib ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır:
"Biz təklif etdik ki, delimitasiya prosesinə start verək. Ermənistan bunu təxminən bir ildən çox müddət ərzində uzatdı. İndi isə bu proses başlasa da, sırf formal xarakter daşıyır, mahiyyət üzrə heç bir danışıqlar aparılmır, xəritələr üzrə heç bir müzakirə aparılmır. Biz bütün xəritələri hazırlamışıq. Həm XX əsrin xəritələrini, həm əvvəlki dövrün xəritələrini və delimitasiya işləri bu xəritələr üzrə aparılmalıdır".
"Sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz", - deyə Prezident qeyd edib.
Sputnik Azərbaycan Prezident İlham Əliyevin son bəyanatları ilə bağlı millət vəkili Arzu Nağıyevin və politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.
Arzu Nağıyev deyib ki, Prezident İlham Əliyev son açıqlamaları ilə çox ciddi mövqeyini ortaya qoydu.
Onun sözlərinə görə, Azərbaycan dəfələrlə Ermənistana delimitasiya və demarkasiya prosesinin başa çatdırılması ilə bağlı tələblərini çatdırıb:
"Ümumiyyətlə Azərbaycan-Ermənistan sərhədinin haradan keçməsi aydınlaşdırılmalıdır. Ermənistan tərəfi delimitasiya və demarkasiya ilə bağlı uzlaşma mövqeyi sərgiləmir. Görüşlərdən sonra bu ölkənin rəsmiləri tərəfindən prosesləri ləngitməyə yönəlmiş açıqlamalar verilir".
Millət vəkili onu da bildirib ki, sonuncu toqquşmalardan sonra Ermənistana havadarlıq etmək istəyən Qərb siyasətçilərinin açıqlamaları da boş bəyanatlardan başqa bir şey deyil:
"Onlar Azərbaycanı Ermənistan ərazisinə müdaxilə etməkdə ittiham etsələr də, bu bizim tərəfimizdən qəbuledilməz hesab edilir. Bu gün Azərbaycan ordusunun dayandığı yerlər tarixən Azərbaycan ərazisi olub. Yaxın tarixi dövrlərin xəritələri də bunu təsdiqləyir. Azərbaycan başqa ölkələrin ərazisinə hərbi müdaxilə etməyib. Əvvəlcə bizə sərhəd zolağının haradan keçdiyini göstərsinlər. Ona görə də ilk növbədə sərhədlərin delimitasiyası prosesi həllini tapmalıdır. Sonra hansısa iddiaları səsləndirsinlər".
Politoloq Tofiq Abbasov isə vurğulayıb ki, Azərbaycanın verdiyi qərarlar ölkə hüdudlarından kənarda deyil, müstəqil şəkildə paytaxt Bakıda və Azərbaycan ali hakimiyyəti tərəfindən qəbul edilir və bu məsələdə Azərbaycan Ermənistandan fərqli vəziyyətdədir:
"Bu fərqin iki ölkənin davranışlarında nə qədər önəmli rol oynadığı hazırkı proseslərdə aşkar şəkildə özünü göstərir. Biz hazırda bölgədəki gərgin vəziyyət fonunda Ermənistanın havadarları vasitəsilə Azərbaycanın qarşısını almağa cəhd etdiyini görürük. Amma Azərbaycan diplomatiyasının yürütdüyü həssas addımların qarşısını almaq mümkün deyil. Çünki sülh istəyən ölkənin siyasətinə heç bir arqument təsir göstərə bilməz".
Politoloq vurğulayıb ki, Azərbaycan Ermənistana sülh təklif edir və onu təhdid etmir:
"Əgər Ermənistan təxribatlarından çəkinmirsə, sərhədlərimiz boyunca hərbi potensialını yerləşdirirsə, buna səssiz qala bilmərik. Biz Ermənistan tərəfinin ötən həftə törətməyə cəhd etdiyi təxribatın qarşısını aldıq və onları məğlub edərək buna nail olduq. Bunun müqabilində Ermənistan yenə də havadarlarını proseslərə cəlb edir".
"Nensi Pelosinin Ermənistana gəlişi də bu ölkənin proseslərə yanaşmasının nə qədər yanlış olduğunu bir daha ortaya qoydu. Çünki ABŞ, Fransa çox uzaqdadır. Bu, regionda olan Azərbaycan və Türkiyədir və onun ən böyük sərhədlərə malik olduğu qonşularıdır. Ermənistanın bütün sərhədlərinin 75 faizini Azərbaycan və Türkiyə ilə olan sərhədlər təşkil edir. Bununla belə bu ölkə zar-zar ağlayır ki, Azərbaycan və Türkiyə onu blokadaya alıb. Biz Ermənistanı blokadaya almamışıq. Ermənistanın bu gün düşdüyü vəziyyət işğalçı siyasətinin nəticəsidir", – deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, Ermənistana qərbdən göstərilən dəstək də bu ölkəni çaşqın vəziyyətə salır:
"Onlar anlamırlar ki, problemlərin həllini xaricdə yox, bölgə daxilində axtarmaq lazımdır. ABŞ-ın "ANCA"sı, Fransadakı erməni icması bölgənin problemlərini həll edə bilməz. Ona görə də Azərbaycan Prezidenti bildirir ki, ölkəmizlə kimsə diqtə edərək danışa bilməz, yol göstərə bilməz. Çünki Azərbaycanın gördüyü işlər kiməsə təhdid yaratmaq məqsədi daşımır. Biz elə bir siyasət yürüdürük ki, ondan həm özümüz qazanaq, həm də tərəfdaşlarımız və qonşularımız bundan faydalana bilsinlər. Mənim fikrimcə, Azərbaycan liderinin son açıqlamaları həm aktualdır, həm də ibrətamizdir. Ermənistan da gərək bunlardan dərs götürsün. Ermənistan özünün səhv siyasi kursundan çəkinməsə, heç vaxt normal dövlətlər cərgəsində yer ala bilməyəcək".