Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Bu blef deyil": dünya Putini dinlədi

© Sputnik / POOL / Mediabanka keçid Putin
 Putin - Sputnik Azərbaycan, 1920, 23.09.2022
Abunə olmaq
Məsələ dünya qarşıdurması üçün uğursuz bəhanə olan Ukraynada deyil, Qərbin özünü və bütün dünyanı riskə ataraq ən böyük nüvə dövlətini təhrik etməsindədir.
Baş Assambleyasında hər şey bir-birinə qarışıb. Nyu-Yorkdakı otaqlarında oyanar-oyanmaz, bütün dünya siyasətçiləri televiziyada Vladimir Putinin Rusiyada qismən səfərbərlik elan etdiyini gördülər. Bu, keçmiş Ukraynanın işğaldan azad edilmiş ərazilərində keçirilən referendumlarla bağlı əvvəlki xəbərlərə əlavə edildi. Və beləliklə də Baş Assambleyanın bütün gündəmi cəhənnəmə vasil oldu.
Co Baydenin nitq müəllifləri ABŞ prezidentinin tribunadan söyləməli olduğu nitqini yenidən yazmağa tələsdilər. Bu nitqə, Putinin nitqinə uyğun olaraq, isti-isti, Rusiyanın "təcavüz"ünü pisləyən ifadələr daxil edildi. Düzünü desəm, buna öyrəşmişik. İstər Gürcüstanda, istər Suriyada, istərsə də hazırda Ukraynada ölkəmiz hər dəfə insanları terrorçulardan qorumağa çalışanda bizə hansısa "təcavüzkar" sözü calaq edilir. Necə ki, biz günün günorta çağı Qərb tərəfdaşlarının bizim dinc şəhər və kəndlərimizə necə raket zərbələri endirdiyini izləməyə davam etməliyik. Cavab isə yoxdur. Yaxşı, bir daha belə olmayacaq.
Hələ Baydenin Baş Assambleyadakı çıxışı ərəfəsində "The Washington Post" ona Ukrayna ilə bağlı Putini "sərt məzəmmət" etməyi tövsiyə edib. Düzünü desəm, ABŞ prezidenti artıq gənc deyil və bu, onda heç də uğurlu alınmadı. Bayden Rusiyanın BMT Təhlükəsizlik Şurasının üzvü olduğunu və eyni zamanda, guya öz XHƏ ilə "BMT Nizamnaməsinin əsas prinsiplərini pozduğunu" vurğuladı. Amerikalılar üçün bu, ora yeni kimisə dəvət etmək və Şuranın daimi və qeyri-daimi üzvlərinin sayını artırmaqla Təhlükəsizlik Şurasını genişləndirməyə çalışmaq üçün bir fürsət olmalıdır.
Bu, yəni, özünün ən sadiq vassallarından birini Təhlükəsizlik Şurasının daimi üzvlüyünə sövq etmək Vaşinqton rejiminin çoxdankı arzusudur – həmin vassal orada Rusiya və Çinə təzyiq göstərməyə kömək etməklə öz zəhmət haqqını qazansın.
Bu vəzifə üçün ən qəribə namizədlər meydana çıxır - məsələn, Almaniya. Olaf Şolts bu ideyaya qətiyyən qarşı deyil. Alman-faşist işğalçılarının dəhşətli cinayətlərini xatırlayan insanlar hələ də sağdırlar. Və bu gün Donbasda xalqımızın qanını tökən bu qaniçənlərin varisləri artıq dünyanı idarə etmək istəyir, BMT-nin əsasını qoyan II Dünya Müharibəsində qalib gələnlər sırasına girirlər. Digər namizəd , gülməyin - Yaponiyadır. Yəqin ki, o, dünyada yeganə ölkədir ki, müharibə cinayətləri üzrə Almaniyanın rekordunu təzələyib.
Bir zamanlar Almaniya və Yaponiyadan kifayət qədər əziyyət çəkən həm Rusiya, həm də Çin özlərinin veto hüququndan istifadə edərlərsə, bu himayədarların Təhlükəsizlik Şurasında öz namizədlərinə necə yer alacaqları aydın deyil. Yəni, bütün bunlar hələ də kasıbların xeyrinə olan söz-söhbətlərdir.
Bayden, həmçinin, " Rusiyanı heç kim təhdid etməyib və Rusiyadan başqa heç kim münaqişəyə can atmayıb" kimi köhnə mantranı təkrarlayıb. Elə bu vaxt Putin gözlənilmədən "ehtiyatsız nüvə təhdidləri ilə çıxış edib".
Belə çıxır ki, amerikalılar Ukrayna ərazilərinə milyardlar atıblar, ora tonlarla silah göndəriblər, USQ-yə təlimlər keçiblər, kəşfiyyat məlumatları veriblər, "muzdlular" əfsanəsi altında öz hərbiçilərini ora göndəriblər. Amerika silahlarından rusları öldürmək üçün istifadə olunub. Açıq-saçıq ingiliscə danışan bəzi oğlanlar İzyumun binalarından Rusiya bayraqlarını qoparıblar. Və bütün bunlar, guya ki, Rusiya üçün təhlükə yaratmayıb. Xeyr, demensiyanın zehni qabiliyyətləri kəskin şəkildə zəiflətdiyi aydındır. Bəs onun Baydenin nitq müəlliflərinə də yayıldığını hardan bilmək olardı ki?
Çinə həsr olunmuş nitq parçası gözlənilmədən dinc xarakterli olub. Yerli analitiklər Amerika prezidentinin çıxışında az qala Çinə müharibə elan edəcəyini gözləyirdilər. Ancaq görünür, Rusiya məsələsi o qədər mürəkkəb olub ki, Uzaq Şərq cinahında əyləcə basmalı olublar. Bayden insan hüquqlarına hörmət edilməməsi ilə bağlı nəsə mızıldandıb, lakin ABŞ-ın "Çin ilə münaqişə istəmədiyinə" əmin olub. Doğrudan da, eyni zamanda iki cəbhədə - Rusiya və Çinə qarşı döyüşmək şox çətin olar.
Britaniyadakılar Putinin çıxışına məhz Amerika təlimatlarına əsasən reaksiya veriblər. Ölkənin xarici işlər naziri Ceyms Kleverli anlaşılmazlıq nümayiş etdirib: "Biz heç vaxt Rusiyanı təhdid etməmişik, onun ərazi bütövlüyünə heç vaxt müdaxilə etməmişik". Yəni ki, "bunlar niyə belə edir?" Ben Uolles isə, ümumiyyətlə qərara gəlib ki, qismən səfərbərlik haqqında fərman "Ukraynanın işğalının uğursuzluğa düçar olmasının" əlamətidir.
Böyük Britaniyanın müdafiə nazirinin dünya xəritəsinə nə qədər baxdığını bilmirəm, amma ona izah etmək istərdim. Üç gün sonra, yəni, referendumlardan sonra milyonlarla insan 113 min kvadrat kilometr ərazidə Rusiyaya qoşulacaq. Bu, Böyük Britaniyanın demək olar ki, yarısıdır, Ben. Biz bunu heyrətamiz dərəcədə az qan tökməklə əldə etdik - Rusiya müdafiə naziri bildirib ki, Rusiya ordusunun bərpaolunmaz itkiləri altı min nəfərdən az, Ukrayna silahlı qüvvələrinin itkiləri isə 60 mindən çox olub. Düşünürəm ki, uğursuzluqlar bir növ fərqli görünür. Siz Əfqanıstandan bütün NATO dəstənizlə qaçdığınız zaman, bax, bu, uğursuzluq idi - bəli.
Putinin müraciəti ən çox Köhnə Dünya nümayəndələrinin narahatlığına səbəb olub. Avropalılar Baş Assambleyanın divarları arasında inildəyərək bir neçə saat öz mövqelərini koordinasiya ediblər. Onları başa düşmək olar - əgər nəsə baş verərsə, bütün Avropa və bütün dünyaya radiasiya daşıyacaq "külək gülü" ilə bağlı ipucu mümkün qədər aydın idi. Nəhayət, qərara gələn Köhnə Dünya nümayəndələri dərin narahatlıq nümayiş etdiriblər.
Həmişə Putinə zəng edən Makron, qismən səfərbərlik qərarının "səhv" olduğunu bildirib. Olaf Şolts bunu "çarəsizlik aktı" adlandırıb. Josep Borrel, ümumiyyətlə, xüsusi əməliyyatla əlaqəli bütün rusları mühakimə etməyə çağırıb. Həm də, deyəsən, biz Aİ-dən növbəti sanksiyalar paketini gözləməliyik - istər referendum, istər səfərbərlik, istərsə də məcmu olaraq - heç özləri də bilmirlər. Bütün bunların hamısı çox acınacaqlı görünürdü.
Başlanğıcda, demək olar ki, tamamilə amerikalıların təsiri altına düşən bu BMT Baş Assambleyasının məqsədi Rusiyanın nümayişkaranə "cəzalandırılması" idi. Vaşinqton Rusiya-Ukrayna münaqişəsində bitərəfliyə qəti şəkildə riayət edən dünya ölkələrini öz tərəfinə çəkməyi planlaşdırırdı. Bir tərəfdən onları ikinci dərəcəli sanksiyalarla iqtisadiyyatı çökdürməklə hədələyirdilər. Digər tərəfdən, zehni olaraq sıxışdırırdılar: əgər bizi dəstəkləməsəniz, sizi dünya sistemindən təcrid etməyə çalışacağıq.
Çinli jurnalistlərin münasib ifadəsi ilə bu BMT Baş Assambleyası "Qərbin girovuna" çevrilib. Ancaq Moskvadan gələn gözlənilməz xəbər çox şeyi dəyişdi. Dünyanın ən mühüm ölkələrinin liderləri "işıq gələn tərəfə keçməkdən" imtina etdilər.
Nyu-Yorka gələn Meksikanın xarici işlər naziri Marselo Ebrard, Meksika prezidenti Andres Manuel Lopez Obrador Ukraynadakı qarşıdurmanın sülh yolu ilə nizamlanması planına sadiq qaldığını təsdiqləyib. Meksika rəhbərliyi də anti-Rusiya sanksiyalarına qarşıdır.
Braziliya prezidenti Jair Bolsonaru da Baş Assambleyada eyni ruhda çıxış edib. O, Qərb ölkələrindən dialoqa və münaqişələrin həllinə mane olmamağı tələb edib, həmçinin, "birqütblü" sanksiyaları qətiyyətlə pisləyib.
Rəsmi Çin bu pasifist istəkləri bölüşür və, həmçinin, danışıqlara və münaqişənin həllinə çağırır. Lakin maraqlıdır ki, Putinin çıxışından, sözün əsl mənasında, dərhal sonra Si Tszinpin Çin hərbçilərinə - milli müdafiə ilə bağlı seminar iştirakçılarına müraciət edərək ordunu döyüş əməliyyatlarına hazırlaşmağa çağırıb. Təəccüblü deyil: amerikalılar Tayvanı ikinci Ukraynaya çevirmək üçün hər şeyi etdilər. Sonra isə, Çin Xalq Azadlıq Ordusu ilə qarşılaşacaq Vaşinqton nümayəndələri də heyrətlə əllərini yelləyəcəklər - yaxşı, bu necə oldu, yaxşı, biz ki, sizə hədə-qorxu gəlməmişdik ...
Çinli politoloqlar Putinin qismən səfərbərlik qərarına rəğbət bəsləyirlər, lakin etiraf edirlər ki, bu, danışıqlar ideyasını mənasız edir və qaçılmaz olaraq uzunmüddətli qarşıdurmaya gətirib çıxarır. Müharibə isə nə qədər uzun sürərsə, bir o qədər təhlükəli və gözlənilməz olur. Hadisələrin üfüqündə qlobal nüvə münaqişəsi görünür.
Dünya qarşıdurması üçün uğursuz bəhanə olan Ukrayna çoxdan unudulub. Aydındır ki, məsələ onda deyil, Qərbin özünü və bütün dünyanı riskə ataraq ən böyük nüvə dövlətini təhrik etməsindədir. İndi də bütün dünya – aparıcı siyasətçilərdən tutmuş divan döyüşçülərinə qədər – ikinci gündür ki, Putinin "Bu, blef deyil" ifadəsini müzakirə edirlər.
"Mən onun nüvə silahından istifadə edəcəyinə inanmıram", - deyə Vladimir Zelenski ağalarını inandırır. "Nüvə müharibəsində qalib olmayacaq" - deyə Co Bayden ağlayır. NATO-nun baş katibi Yens Stoltenberq "Rusiya NATO ilə nüvə münaqişəsində uduzacaq" deyib. NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandan müavini, general Riçard Şirref, "Rusiya başını bayıra çıxaran kimi, NATO onu qoparacaq" deyib.
Yaxşı, çox sağ olun, başa düşdük. Əslində, başqa heç nə gözləmirdik. Qərbdə hər şeyin, sadəcə, çox pis vəziyyətdə olduğu çoxdan bəllidir. Vəziyyətlərini yaxşılaşdıra bilmədikləri üçün. Və onlar özləri üçün yeganə xilas yolu kimi tam hüquqlu dünya müharibəsini görürlər. O, hər şeyi həll edəcək. Budur, Ukraynanı qorumaq bəhanəsi ilə Rusiyaya qarşı növbəti Qərb kampaniyası başladı.
Ölkəmizin çoxəsrlik tarixində maraqlı bir qanunauyğunluq var. Hər əsrdə bir Qərb paytaxtına qalib gəlirik. Berlin 18-ci əsrdə bizə təslim olub. 19-cu əsrdə Paris. 20-ci əsrdə - yenidən Berlin. Demək olar ki, hər bir belə qələbə uzun onilliklər ərzində sülhü təmin edib. Və çox gözəl həyatımız var idi. Avropa isə, dərsini alaraq, qınına çəkilir və mükəmməl həyatına davam edirdi. İnsanlar arasında hər yerdə sülh və xoş niyyət hökm sürürdü.
Yetmiş yeddi il əvvəl əcdadlarımız qanları bahasına onilliklər ərzində bizə dinc həyat alıblar. Hazırda hər şey xərclənib. Yenidən dünyanı fəth etməyin vaxtıdır.
Xəbər lenti
0