https://sputnik.az/20220923/azerbaycanda-tutun-memulatlari-mecburi-nisanlamaya-gore-dovlet-rusumundan-azad-edilir-446383991.html
Azərbaycanda tütün məmulatları məcburi nişanlamaya görə dövlət rüsumundan azad edilir
Azərbaycanda tütün məmulatları məcburi nişanlamaya görə dövlət rüsumundan azad edilir
Sputnik Azərbaycan
Mövcud qanunvericiliyə əsasən, məcburi nişanlama ilə nişanlanmalı olan malları məcburi nişanlama ilə nişanlanmadan idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün... 23.09.2022, Sputnik Azərbaycan
2022-09-23T12:42+0400
2022-09-23T12:42+0400
2022-09-23T12:46+0400
iqtisadiyyat
siqaret
tütün məmulatları
azərbaycan
nişan
rüsum
https://cdnn1.img.sputnik.az/img/42249/87/422498791_0:141:2000:1266_1920x0_80_0_0_49fe8072bae2b7e6e77239ddf540b2c9.jpg
BAKI, 23 sentyabr — Sputnik. Aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri dəyişir. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, tütün məmulatlarının istehsalçıları və idxalçıları müvafiq qurumun informasiya sisteminə qoşulma barədə göndərdiyi bildirişi aldıqları tarixdən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə bu qanunun 20-3.2.1-ci maddəsində nəzərdə tutulan (aksizli mallara məcburi nişanlamanın verilməsinə görə -0,07) dövlət rüsumunu ödəməkdən azaddırlar.Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin birinci cümləsində nəzərdə tutulan müddəti hər dəfə bir aydan çox olmamaq şərtilə 5 dəfə uzada bilər.Qeyd edək ki, məcburi nişanlama – malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara tətbiq olunan məcburi nişanlama kodu və digər qoruyucu elementlərdir.Azərbaycanda istehsal edilən, yaxud ölkəyə idxal olunan məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, həmin mallara məcburi nişanlamanın tətbiqi, vergi ödəyicilərinə verilməsi və uçotunun aparılması qaydası müvafiq qurum tərəfindən müəyyən edilir.Məcburi nişanlama ilə nişanlanmalı olan malları məcburi nişanlama ilə nişanlanmadan idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır.Məcburi nişanlamanın verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42249/87/422498791_227:0:2000:1330_1920x0_80_0_0_2e7f482fd6d70eb675952f534434e881.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
siqaret, tütün məmulatları, azərbaycan, nişan, rüsum
siqaret, tütün məmulatları, azərbaycan, nişan, rüsum
Azərbaycanda tütün məmulatları məcburi nişanlamaya görə dövlət rüsumundan azad edilir
12:42 23.09.2022 (Yenilənib: 12:46 23.09.2022) Mövcud qanunvericiliyə əsasən, məcburi nişanlama ilə nişanlanmalı olan malları məcburi nişanlama ilə nişanlanmadan idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır.
BAKI, 23 sentyabr — Sputnik. Aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri dəyişir. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, tütün məmulatlarının istehsalçıları və idxalçıları müvafiq qurumun informasiya sisteminə qoşulma barədə göndərdiyi bildirişi aldıqları tarixdən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə bu qanunun 20-3.2.1-ci maddəsində nəzərdə tutulan (aksizli mallara məcburi nişanlamanın verilməsinə görə -0,07) dövlət rüsumunu ödəməkdən azaddırlar.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin birinci cümləsində nəzərdə tutulan müddəti hər dəfə bir aydan çox olmamaq şərtilə 5 dəfə uzada bilər.
Qeyd edək ki, məcburi nişanlama – malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara tətbiq olunan məcburi nişanlama kodu və digər qoruyucu elementlərdir.
Azərbaycanda istehsal edilən, yaxud ölkəyə idxal olunan məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, həmin mallara məcburi nişanlamanın tətbiqi, vergi ödəyicilərinə verilməsi və uçotunun aparılması qaydası müvafiq qurum tərəfindən müəyyən edilir.
Məcburi nişanlama ilə nişanlanmalı olan malları məcburi nişanlama ilə nişanlanmadan idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır.
Məcburi nişanlamanın verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.