https://sputnik.az/20220923/azerbaycanda-aksizli-mallar-izlenilecek-446617196.html
Azərbaycanda aksizli mallar izləniləcək
Azərbaycanda aksizli mallar izləniləcək
Sputnik Azərbaycan
Vergi Məcəlləsinə dəyişiklik edilir. Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat "Track and Trace" ("Təqib və İzləmə") Sistemi yaradılacaq 23.09.2022, Sputnik Azərbaycan
2022-09-23T14:56+0400
2022-09-23T14:56+0400
2022-09-23T14:56+0400
aksiz
iqtisadiyyat
milli məclis
rüsum
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41794/89/417948979_0:0:2000:1125_1920x0_80_0_0_18129f31d30dcbe2b2a832f9ff62d4ba.jpg
BAKI, 23 sentyabr — Sputnik. Azərbaycanda aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinə nəzarətin həyata keçirilməsinə imkan verən Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat "Track and Trace" ("Təqib və İzləmə") Sistemi yaradılacaq.Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.İclasda qanun layihəsinin aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinin tənzimlənməsi, bu malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin təmin edilməsi məqsədilə hazırlandığı qeyd olunub.Belə ki, qanun layihəsinin qəbul olunması ilə istehsaldan və idxaldan son istehlakçıyadək olan bütün dəyər zənciri üzrə aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinə nəzarətin həyata keçirilməsinə imkan verən Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat "Track and Trace" ("Təqib və İzləmə") Sisteminin yaradılmasının nəzərdə tutulduğu bildirilib.Bunun da öz növbəsində kölgə iqtisadiyyatının aradan qaldırılmasında, aksizli malların və aksiz markalarının saxtalaşdırılmasının qarşısının alınmasında və son nəticədə istehlakçıların hüquqlarının qorunmasında mühüm rola malik olacağı bildirilib.Qeyd edək ki, məcburi nişanlama – malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara tətbiq olunan məcburi nişanlama kodu və digər qoruyucu elementlərdir.Azərbaycanda istehsal edilən, yaxud ölkəyə idxal olunan məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, həmin mallara məcburi nişanlamanın tətbiqi, vergi ödəyicilərinə verilməsi və uçotunun aparılması qaydası müvafiq qurum tərəfindən müəyyən edilir.Məcburi nişanlama ilə nişanlanmalı olan malları məcburi nişanlama ilə nişanlanmadan idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır.Məcburi nişanlamanın verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.Aksiz - aksizli malların satış qiymətinə daxil edilən vergidir.Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal olunan aksizli mallardan, vergidən azad edilən mallar istisna olunmaqla, aksiz tutulur.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41794/89/417948979_223:0:2000:1333_1920x0_80_0_0_7847e51b667d56e842b56f8a8e1804d2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
aksiz, milli məclis, rüsum, azərbaycan
aksiz, milli məclis, rüsum, azərbaycan
Azərbaycanda aksizli mallar izləniləcək
Vergi Məcəlləsinə dəyişiklik edilir. Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat "Track and Trace" ("Təqib və İzləmə") Sistemi yaradılacaq
BAKI, 23 sentyabr — Sputnik. Azərbaycanda aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinə nəzarətin həyata keçirilməsinə imkan verən Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat "Track and Trace" ("Təqib və İzləmə") Sistemi yaradılacaq.
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.
Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
İclasda qanun layihəsinin aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinin tənzimlənməsi, bu malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin təmin edilməsi məqsədilə hazırlandığı qeyd olunub.
Belə ki, qanun layihəsinin qəbul olunması ilə istehsaldan və idxaldan son istehlakçıyadək olan bütün dəyər zənciri üzrə aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinə nəzarətin həyata keçirilməsinə imkan verən Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat "Track and Trace" ("Təqib və İzləmə") Sisteminin yaradılmasının nəzərdə tutulduğu bildirilib.
Bunun da öz növbəsində kölgə iqtisadiyyatının aradan qaldırılmasında, aksizli malların və aksiz markalarının saxtalaşdırılmasının qarşısının alınmasında və son nəticədə istehlakçıların hüquqlarının qorunmasında mühüm rola malik olacağı bildirilib.
Qeyd edək ki, məcburi nişanlama – malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara tətbiq olunan məcburi nişanlama kodu və digər qoruyucu elementlərdir.
Azərbaycanda istehsal edilən, yaxud ölkəyə idxal olunan məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, həmin mallara məcburi nişanlamanın tətbiqi, vergi ödəyicilərinə verilməsi və uçotunun aparılması qaydası müvafiq qurum tərəfindən müəyyən edilir.
Məcburi nişanlama ilə nişanlanmalı olan malları məcburi nişanlama ilə nişanlanmadan idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır.
Məcburi nişanlamanın verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.
Aksiz - aksizli malların satış qiymətinə daxil edilən vergidir.
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal olunan aksizli mallardan, vergidən azad edilən mallar istisna olunmaqla, aksiz tutulur.