Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN başçısı Co Baydenlə görüşüb

Co Bayden Ceyhun Bayramov Cill Bayden
Co Bayden Ceyhun Bayramov Cill Bayden - Sputnik Azərbaycan, 1920, 23.09.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak edib.
BAKI, 23 sentyabr - Sputnik. 21 sentyabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak edib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat idarəsi məlumat yayıb.
Bayramov İordaniyalı həmkarı ilə görüşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın Nyu York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində İordaniya Haşimilər Krallığının Baş Nazirinin müavini və Xarici İşlər Naziri Ayman Əs-Safadi ilə görüşüb.
Bu barədə Ceyhun Bayramov tviter hesabında yazıb.
“BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində İordaniya Haşimilər Krallığının Baş Nazirinin müavini və Xarici İşlər Naziri Ayman Əs-Safadi ilə görüşdən məmnunluq duyuram. Azərbaycan və İordaniya arasında müxtəlif sektorlarda müstəsna əməkdaşlığın genişləndirilməsini səbirsizliklə gözləyirəm”, - nazir qeyd edib.
Mərakeşlə əməkdaşlıq
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın Nyu York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Mərakeş Krallığının Xarici İşlər, Afrika Əməkdaşlıq və mərakeşli mühacirlər naziri Nasser Bourita ilə görüşüb.
Bu barədə Ceyhun Bayramov tviter hesabında yazıb.
“Uzunmüddətli Azərbaycan-Mərakeş ikitərəfli və çoxtərəfli əlaqələri mühüm sərvətdir və mən əməkdaşlığın daha da inkişafı edəcəyinə ümid bəsləyirəm”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında bildirib.
Azərbaycan-Venesuela münasibətlərinin perspektivləri müzakirə edildi
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Karlos Rafael Faria Tortosa ilə görüşüb.
Ceyhun Bayramov tviter hesabında yazıb ki, görüşdə Azərbaycan-Venesuela münasibətləri və onların perspektivlərini, çərçivəsində əməkdaşlığı müzakirə edilib.
Xarici işlər nazirlərinin görüşündə həmçinin Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalar, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər diqqət mərkəzində olub.
Qoşulmama Hərəkatının fəaliyyətini daha da aktivləşdirməli
Birləşmiş Millətlər Təşkilatı (BMT) 77-ci Baş Assambleyasında iştirak üçün ABŞ-ın Nyu York şəhərində səfərdə olan Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb.
Bu barədə Əlcəzairin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, nazirlər beynəlxalq gərginlik fonunda Qoşulmama Hərəkatının fəaliyyətinin daha da aktivləşməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Görüşdə həmçinin iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib.
Bayramov ATƏT sədrinə Ermənistanın təxribatından danışıb
Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri qismində Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə Ermənistanın təxribatı barədə fikir mübadiləsi aparıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Nazirlər ATƏT çərçivəsində əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bununla yanaşı tərəflər, Ermənistanın davamlı təxribatları, bölgədəki son gərginliyin səbəbi və nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar.
Şimali Makedoniya Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır
Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin yaydığı məlumatda bildirilir ki, bu barədə Baş nazir Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bildirib.
Görüş zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələr və regional vəziyyət müzakirə olunub.
Ceyhun Bayramov Azərbaycanla Şimali Makedoniya arasında ikitərəfli dostluq münasibətlərindən məmnunluğunu bildirib. Azərbaycan tərəfindən energetika sahəsində həyata keçirilən işlər və gələcək planlar qarşı tərəfin diqqətinə çatdırılıb. Nazir, 30 il ərzində ərazilərimizin işğalı, şəhər və kəndlərin dağıdılması, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı tərəfimizdən görülən işlər, habelə Ermənistan tərəfinin son təxribatları ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib.
Baş nazir Dimitar Kovaçevski ölkələrimiz arasında münasibətlərin daha da inkişafında maraqlı olduqlarını, qurumlar arasında dialoqun davam etdirilməsinin vacibliyini səsləndirib. Azərbaycanın Avropanın enerji təminatına töhfəsi xüsusi vurğulanıb.
Tərəflər, həmçinin ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini, habelə digər qarşılıqlı maraq doğuran istiqamətləri müzakirə ediblər.
Xəbər lenti
0