CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərbaycan jurnalistlərinin VIII qurultayı"nın nümayəndələri

© Depositphotos.com / MacorJurnalist, arxiv şəkli
Jurnalist, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.09.2022
Abunə olmaq
"Azərbaycan jurnalistlərinin VIII qurultayı" sabah Muğam Mərkəzində keçiriləcək.
BAKI, 23 sentyabr — Sputnik. "Azərbaycan jurnalistlərinin VIII qurultayı"nın nümayəndələrinin adları açıqlanıb.
Bu barədə "Azərbaycan jurnalistlərinin VIII qurultayı"nın keçirilməsi üzrə Təşkilat Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, "Azərbaycan jurnalistlərinin VIII qurultayı"nın keçirilməsi üzrə Təşkilat Komitəsi Azərbaycan Mətbuat Şurasının ali məclisin iştirakçıları olan üzv təşkilatlarının siyahısını açıqlamaq barədə qərar qəbul edib.
Siyahı Şuranın "presscouncil.az" saytının "Azərbaycan jurnalistlərinin VIII qurultayı" bölümündə yerləşdirilib. (https://presscouncil.az/az/qurultay)
Təşkilat Komitəsi həmçinin Mətbuat Şurasının İdarə Heyətinə qurultay nümayəndəsi olmayan namizədlərin də ali məclisdə iştirakına şərait yaradılmasını qərara alıb.
Məlumatda həmçinin bildirilib ki, bu gün "Azərbaycan jurnalistlərinin VIII qurultayı"nın keçirilməsi üzrə Təşkilat Komitəsinin təşəbbüsü ilə "Azərbaycan jurnalistlərinin VIII qurultayı"nın iştirakçılarının bir qrupu Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarlarını ziyarət ediblər.
Tanınmış oftalmoloq alim Zərifə Əliyevanın da məzarı ziyarət edilib.
Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VIII qurultayı 24 sentyabr 2022-ci il tarixdə Muğam Mərkəzində keçiriləcək. Qeydiyyat saat 09.00-dan 10.00-dək aparılacaqdır. Saat 10.00-da qurultay işinə başlayacaq.
Xatırladaq ki, sonuncu dəfə 2018-ci ilin martın 10-da Bakıda "Azərbaycan jurnalistlərinin VII qurultayı" keçirilib. "Azərbaycan jurnalistlərinin VII qurultayı"nda "səsvermə nəticəsində" Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri "seçilib".
2003-cü il martın 15-də keçirilmiş "Azərbaycan jurnalistlərinin I qurultayı"nın nümayəndələrinin bildirdiyinə görə, həmin tədbirdə Əflatun Amaşovun Mətbuat Şurasının sədri seçilməsi böyük saxtakarlıqla müşahidə olunub.
Xəbər lenti
0